CƏMİYYƏT
A- A A+

Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən biridir

2018-08-17 08:50:12

.

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim var ki, vətən sərhəddən başlayır. Bu, həqiqətdir. Ona görə də sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir. Milli sərhəd mühafizəsi ənənələrini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti, onun ayrılmaz hissəsi olan Sərhəd Qoşunları keçmişinə ehtiramla yanaşır, gələcəyinə inam hissi ilə baxır, bu günündən qürur duyur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Təəssüflər olsun ki, o vaxt yaranmış Sərhəd Qoşunları müstəqil dövlətin sərhədlərinin qorunmasına xidmətini göstərə bilməmişdir. Çünki cəmi səkkiz aydan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etmişdir. Ancaq həmin o qərarla Azərbaycanda sərhədçilik, sərhəd qoşunları ənənəsi yaranmışdır. Sovet İttifaqı dövründə də Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib. Tarixi haqqımız olan müstəqilliyimizi qazandıqdan sonra Azərbaycanda milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Müstəqil dövlətin əsas dayağı olan silahlı qüvvələrin, o cümlədən, Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən idi.

Müstəqillik illərində Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması proseslərinə bilavasitə rəhbərlik edən ulu öndər Heydər Əliyev Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmət göstərmiş, milli sərhəd siyasətinin əsasını qoymuş, sərhəd strategiyasını müəyyənləşdirmişdir. Ümumiyyətlə, üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 16 dekabr 1996-cı ildə Azərbaycanda sərhəd qoşunlarının yaradılmasının 5 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edərək Azərbaycanın müstəqilliyinin əsas amillərindən olan Azərbaycan Respublikasının sərhədlərinin məhz Sərhəd Qoşunlarına tapşırılmasının bu qoşun növünün Respublika Silahlı Qüvvələrinin tərkibində çox böyük əhəmiyyətə malik olduğunun göstəricisi olduğunu qeyd etmişdi. Ulu öndərin 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərmanı Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirdi. Ümummilli lider Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarlar sübut etdi ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtlardan ulu öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirərək, sərhədçiləri və Sərhəd Qoşunlarını daim dövlət qayğısı ilə əhatə etdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri, yeni sərhəd dəstələri və zastavalarında müasir şəraitin yaradılması, Xidmətin maddi-texniki bazasının gücləndirilməsi nəticəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır. Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlığının yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin son illər ərzində ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlməsinin arxasında dövlət qayğısının, Azərbaycan sərhədçisinə olan inam və etibar dayanır. Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Dövlət Sərhəd Xidmətinin ölkəmizin sərhədlərinin toxunulmazlığının təmin edilməsi ilə bağlı həyata keçirdiyi strategiya onu deməyə əsas verir ki, Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur.

Hikmət Şikarov

Yeni Azərbaycan Partiyası(YAP)Pirallahı rayon təşkilatının sədri


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 528

QHT və MEDİA

2018-11-13 22:10:16

QHT və MEDİA
Azay Quliyev: "QHT-in dəstəklənməsinə xü...
Azay Quliyev: "QHT-in dəstəklənməsinə xü...

“Bilirsiniz ki, 10 ildir ki, Prezidentin təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyy...

2018-11-13 09:20:57

QHT və MEDİA
Allen Alen: Azərbaycanda dinlərarası har...
Allen Alen: Azərbaycanda dinlərarası har...

Qonağa ölkəmizdəki sabit dini durum, tolerant və multikultural mühit barədə m...

CƏMİYYƏT

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

İQTİSADİ

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...

2018-11-05 10:10:57

İQTİSADİ
“Azərbaycan regionda mühüm tranzit rolu ...
“Azərbaycan regionda mühüm tranzit rolu ...

Bunu Baş nazir Novruz Məmmədov Astanada MDB Hökumət Başçıları Şurasının iclas...