CƏMİYYƏT
A- A A+

“Con Batçelor Şou”: Tərtər rayonundan reportaj

2018-08-16 07:45:15

Amerika Birləşmiş Ştatlarının geniş dinləyici auditoriyasına malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor Azərbaycana səfəri çərçivəsində Tərtər rayonunun Qapanlı kəndindən reportaj hazırlayıb

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Azərbaycan Silahlı Qüvvələrinin generalı Hikmət Həsənov müşayiət ediblər. Reportajın əvvəlində Con Batçelor deyib ki, o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumata malik deyil və təmas xəttində baş verənləri, burada yaşayan insanlara dəyən zərəri görmək onda böyük narahatlıq doğurub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qapanlı kəndinin təmas xəttinə ən yaxın yer olduğunu deyib. “Hazırda dayandığımız yerdən düşmən səngərinədək təxminən 200-250 metr məsafə var. Lakin buna baxmayaraq, yolboyu gördünüz ki, kənddə demək olar boş torpaq yoxdur, burada yaşayan insanlar əkib-becərirlər. Tərtər kənd təsərrüfatı rayonudur və burada bütün əhali kənd təsərrüfatı məhsulları yetişdirməklə gündəlik tələbatlarını təmin edirlər”, - deyə M.Məmmədov əlavə edib.

Con Batçelor 2016-cı ilin Aprel döyüşlərinə toxunaraq bu ərazinin cəbhə xəttinə çox yaxın olduğu üçün o cür hadisələrin hər an yenidən yaşana biləcəyini düşünməyin narahatlıq doğurduğunu deyib.

General Hikmət Həsənov cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat verərək bildirib ki, əsas tapşırığımız cəbhəboyu müdafiənin dayanıqlılığını, həmçinin təmas xəttinə yaxın yerləşən yaşayış yerlərini düşmən hücumlarından qorumaq, düşmənin istənilən təxribat və təhdidinin qarşısını almaqdır. General Ermənistan-Azərbaycan münaqişəsinin dondurulmuş münaqişə olmadığını qeyd edib. Bildirib ki, erməni silahlı qüvvələri tez-tez atəşkəsi pozur və müharibə istənilən zaman yenidən alovlana bilər. “Lakin bu gün Azərbaycan Ordusu düşmənin istənilən təhdidinin və hücumunun qarşısını almaq iqtidarındadır”, - deyə Hikmət Həsənov vurğulayıb.

Müstəqim Məmmədov rayonda kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən danışaraq deyib: “Əvvəla qeyd edim ki, biz əhaliyə suyu artezian quyularından verməyə məcburuq. Tərtərin 31600 hektar ərazisi var. May ayının sonundan noyabr ayının ilk ongünlüyünə qədər erməni işğalçıları suyu tamamilə kəsir. Biz torpaqlarımızı ancaq artezianlar vasitəsilə suvara bilirik və bu da əhalimizin yetişdirdiyi məhsulların hamısını suvarmağa çatmır. Əgər bizim Tərtər çayından suyumuz gəlsə, məhsuldarlığımız indikindən daha yaxşı olar və bu da kənd zəhmətkeşlərinin firavanlığının daha yaxşı olmasına şərait yaradar. Lakin siz özünüz də bayaq gördünüz ki, Tərtər çayında bir qram da su yoxdur”.

M.Məmmədov, həmçinin 2016-cı ilin Aprel döyüşlərindən danışıb. Bildirib ki, bu döyüşlərdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva buraya gəldilər. Dövlətimizin başçısı dağıdılmış 256 evin bərpa olunması tapşırığını verdi və onlar hamısı yenidən tikildi. İki məktəb binası da dağılmışdı, onlar da yenidən tikildi və bərpa olundu. Lakin əsas narahatlığımız ondan ibarətdir ki, mülki şəxslər hər gün ermənilərin hücumuna məruz qalırlar. Gündəlik təsərrüfatda işlədikləri zaman erməni silahlı qüvvələri onlara atəş açır. Yəni, bizim əsas narahatlığımız ondadır ki, burada mülki əhali hücuma məruz qalır. Lakin əgər Aprel hadisələri bir daha təkrarlansa, insanlar öz torpaqlarını qorumaq üçün silaha sarılıb döyüşməyə hazırdırlar. Bu gün bütün Tərtər əhalisi, ümumiyyətlə, bütün Azərbaycan xalqı bilir ki, Azərbaycanın işi haqq işidir. İşğal olunmuş torpaqlar bizim dədə-baba torpaqlarımızdır və biz bu torpaqları geri qaytarmağa həmişə hazır olmalıyıq.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 258

QHT və MEDİA

2019-01-20 11:55:08

QHT və MEDİA
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ...

2019-01-18 16:05:33

QHT və MEDİA
Səfir Əkrəm Zeynallı: Azərbaycan ŞƏT-in ...
Səfir Əkrəm Zeynallı: Azərbaycan ŞƏT-in ...

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) məqsəd və prinsiplərini dəstə...

CƏMİYYƏT

2019-01-18 22:05:32

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında...

2019-01-17 13:20:07

CƏMİYYƏT
“Times of San Diego” qəzeti Cocuq Mərca...
“Times of San Diego” qəzeti Cocuq Mərca...

Müəllif Bakıda keçirilmiş 6-cı Beynəlxalq Humanitar Forumla bağlı təəssüratla...

İQTİSADİ

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...