2018-08-16 07:35:42 | SİYASƏT
"Konvensiya Xəzərdə dövlətlərarası münasibətlərin hüquqi çərçivəsini müəyyən edir"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Aktauda keçirilmiş Xəzəryanı dövlətlərin V Zirvə toplantısının nəticələrinə dair Trend-ə müsahibə verib. Həmin yazını təqdim edirik.

- Qazaxıstanın Aktau şəhərində Xəzər dənizi üzrə V Zirvə toplantısının nəticələri barədə nə deyərdiniz?

- 12 avqust 2018-ci ildə Aktauda keçirilmiş V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın imzalanması beş Xəzəryanı dövlət üçün tarixi hadisə və mühüm nailiyyətdir. Bu bir daha onu nümayiş etdirir ki, Xəzəryanı dövlətlər Xəzər hövzəsi və onun ətrafındakı regionlarda dayanaqlı sülh və əməkdaşlıq mühitinin təsbit olunmasında qəti əzmə malikdirlər. Konvensiya Xəzər dənizində dövlətlərarası münasibətlərin və davranışın hüquqi çərçivəsini müəyyən edir. Sənədin əsasını beynəlxaq hüququn ümumqəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi təməl prinsiplər təşkil edir.

Hüquqi rejimin və anlayışların müəyyən edilməsi ilə bərabər Konvensiya bütün Xəzəryanı dövlətlərin fəaliyyətində aydın, şəffaf və proqnozlaşdırılan sivil davranışı özündə ehtiva edir. Xəzəryanı dövlətlər arasında qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan bu cür münasibətlər Xəzər dənizi dövlətləri, həmçinin tərəfdaşlar üçün vacibdir. Xəzəryanı dövlətlər, həmçinin bu Konvensiyanın hazırlanması prosesində unikal regional mənsubiyyət, məsuliyyət və sahiblik kimi yüksək siyasi mədəniyyət nümayiş etdirdilər. Xəzəryanı dövlətlər hər hansı kənar müdaxiləyə imkan vermədən birgə konstruktiv səylərlə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya daxil olmaqla mühüm nailiyyətlərə imza atdılar. - Konvensiyanın razılaşdırılması prosesi üzv dövlətlər tərəfindən davamlı səylər tələb edib. Bu barədə fikirlərinizi öyrənmək istərdik. - Etiraf etməliyik ki, Konvensiya razılaşdırılmasının son mərhələsi heç də asan olmayan müzakirələrdən keçib. 2017-ci ilin dekabrında Moskvada keçirilmiş Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iki günlük iclası çox intensiv xarakter daşıdı və nəhayət ki, Konvensiyanın razılaşdırılması istiqamətində əsas irəliləyiş əldə olundu. Bir sıra müddəalar üzrə çox ağır müzakirələr keçmişdi. Amma xoş niyyətlə və qarşılıqlı etimad şəraitində aparıldığı halda, danışıqlar müsbət nəticə verir. Bütün bu müzakirələrin yekunu olaraq, Xəzəryanı dövlətlərin Aktauda keçirilmiş Zirvə toplantısında Konvensiya imzalanmaq üçün prezidentlərə təqdim olundu və biz bu nailiyyətə imza atdıq.

- Bundan sonrakı addımlar nədən ibarət olacaq?

- Ölkədaxili prosedurlara uyğun olaraq Konvensiya üzv dövlətlərin ratifikasiyasına təqdim olunacaq. Biz ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq. Ratifikasiya prosesinin başa çatması və Konvensiyadan irəli gələn müddəaların praktiki icrası regionun dayanaqlı inkişafı üçün daha da geniş imkanlar açacaq. Konvensiyada və Aktau Zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilmiş kommünikedə yeni vəzifələr və tapşırıqlar müəyyən olunub. Bütün Xəzər regionunun və xalqlarımızın gələcək mənafeyi naminə xoş niyyətə, dostluğa və əməkdaşlığa əsaslanan intensiv işimiz bundan sonra da davam etdiriləcək.

Baxış sayı : 1133
Cəbrayılın Sofulu kəndi - VİDEO 2021-07-24 17:25:41 İşğaldan azad olunan əraziləri görəndə çox təsirləndik - Fransalı deputat 2021-07-24 08:30:01 "Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir" 2021-07-24 07:55:49 Cavid Qurbanov: "İşğaldan azad olunan ərazilərdə dəmiryol infrastrukturunun yaradılması istiqamətində sürətli işlər aparılır" 2021-07-24 07:25:16 Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib 2021-07-23 15:30:06 Nəzirməmməd Zöhrablının “İgid ömrü” kitabı çapdan çıxıb 2021-07-23 15:10:17 Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur 2021-07-23 11:05:13 Üçtərəfli bəyanatın prinsiplərinə sadiqlik regionda sülh və sabitliyin təminatıdır - Rusiyalı politoloq 2021-07-23 10:25:12 “Leyli və Məcnun” kitabının təqdimatı Ukrayna mətbuatında 2021-07-23 09:05:11 Kəlbəcərin Bəzirxana kəndinin görüntüləri - Video 2021-07-23 07:30:05 Prezident İlham Əliyev: Bizim Zəfərimiz Ermənistanın bütün ideoloji sütunlarını darmadağın edib 2021-07-22 21:05:45 Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu Milli Mətbuat günü münasibətilə təbrik edir 2021-07-22 16:00:47 Bakıda Polad Həşimov parkı istifadəyə verildi 2021-07-22 10:35:13 Dövlət sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir 2021-07-22 09:50:53 Könül Nurullayeva: Moskva görüşündə bir daha aydın oldu ki, Azərbaycan və Rusiya 10 noyabr bəyanatının icrası ilə bağlı vahid mövqedən çıxış edir 2021-07-22 09:45:56 Xocavənd rayonu ərazisində yeni hərbi hissələrin açılışı olub 2021-07-22 08:00:53 “Yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir” 2021-07-22 07:20:42 Bir qrup media nümayəndəsi mükafatlandırılıb 2021-07-21 21:20:58 Media və iqtisadi faktor 2021-07-21 20:05:12 Azərbaycan əsilli alman polisi kitab yazıb 2021-07-21 10:05:43 Ermənistan rəhbərliyi Cənubi Qafqazda silahlı toqquşmanı təşviq etdiyi üçün məsuliyyətə cəlb olunmalıdır - Piter Teys 2021-07-21 09:05:47 Qurban bayramı Şuşa şəhərində təntənə ilə qeyd olunub 2021-07-21 09:00:26 Prezidentlər arasında Qarabağ müzakirəsi 2021-07-20 22:10:12 Makron elektoral simpatiyanın artması naminə istənilən şəkildə "erməni" kartını işə salacaq - Oleq Kuznetsov 2021-07-20 09:25:31