QHT və MEDİA
A- A A+

Layihə çərçivəsində bölgələrdə prezidentin fərmanına ictimai dəstək verilib

2018-08-15 18:20:39

Bu gün, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu 15 aprel - 15 avqust 2018-ci il tarıxinə kimi həyata keçirtdiyi “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə dəstək” layihəsində nəzərdə tutulmuş yekun tədbirini geniş auditoriyanın iştirakı ilə keçirib

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsi yad edilərək öz işinə başladı.

Daha sonra layihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»nin direktoru Sərraf Oruc bildirib: «Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin həm də cəmiyyətin başlıca vəzifələrindən biridir.

Həyata keçirilən layihə çərçivəsində, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə, Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixli Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik sığorta vəsaitinin almaları üçün ayrı-ayrı regionlarda maarifləndirmə işləri apararaq onlara hüquqi köməklik göstərildi.

Layihə çərçivəsində həmçinin regionlarda, Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicələrinin, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən təmin olunmasına hüquqi köməklik göstərilmişdir.

Sərraf Oruc öz çıxışında ümid edərək bildirdi ki, Prezidentin 19 aprel 2018-ci il tarixli fərmanı tətbiq edilərək icrası başa çatdıqdan sonra cənab Prezidentin bu istiqamətdə növbəti fərmanı Qarabağ müharibəsi əlillərinə birdəfəlik sığorta pulunun ödənilməsi ilə bağlı olacaq və tezliklə onlarında söqorta məsələləri öz həllini tapacaqdır. Daha sonra “Əskər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əskər qızı, “Şəhid Aillərininə Maddi Mənəvi Dəsdək” İctimai Birliyinin sədri Nəzakət Həsənova, Respublika Veterannlar Təkiltının Nərmanov Rayon şöbəsinin sədri, ehtiyatda olan polkovnik Elşad Şabanov, “Şəhid Aillərinin Hüquqlarının Müdafiə” İctimai Birliyinin sədri Rövşən Ağamaliyev, “Milli Qəhramanların Tantma” İctimai Birliyinin sədri Elşən Uluxanlı, “Dünya Ana və Uşaqları” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva, QHT-AZ elektron portalının direktoru Cəsarət Hüseyinzadə, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahirə Məmmədova və Hüquqşunast ekspert Mobil Vəkiloğlu, Emin Qasmov, Azər Səfərov və başqaları çıxış edərək şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitləri haqqında və şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası, sosial problemləri ilə əlaqədar tədbir iştirakçılarına məlumat verdilər.

Çıxış edənlər öz çıxışlarnın sonunda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanını müsbət qiymətləndirərək cənab Prezidentə öz təşəkkürlərini bildirdilər və şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası, sosial problemlərin həlli istiqamətində öz təkliflərini verdilər.

Tədbirin sonunda, Sərraf Oruc “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə dəstək” layihəsininin bölgələrdə işgüzar keçməsində birgə əməkdaşlıq edərək təşkilatı işlərdə yaxından köməklik göstərdikləri üçün, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsəllər şöbəsinin müdiri Əli Həsənova, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenat Arzu Rəhimova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi polkovnik Valeh Nəcəfova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəisi mayor Füzuli Əliyevə, Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi polkovnik Arif Həsənova və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Polkovnik Arif Həsənova və "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri ehtiyatda olan polkovnik Mehti Mehtiyevə öz təşəkkürünü bildirdi.

Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 318

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-16 10:00:50

CƏMİYYƏT
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...

Fact-info.az xəbər verir ki, Sərəncama əsasən, İmadəddin Nəsiminin 650 illik...

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...