İQTİSADİ
A- A A+

Regionların sosial-iqtisadi inkişafı ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edir

2018-08-15 13:55:58

.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən davamlı inkişaf etdirilməsi nəticəsində ölkəmiz demokratik inkişaf yolunda sürətlə irəliləməkdədir. Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bugünkü vəziyyəti, artıq keçid proqramının əsas məqsədlərinə həm forma, həm də məzmun etibarilə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir.

Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən, qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələri aid etmək olar.

Müstəqil dövlətimizin sosial-iqtisadi inkişaf siyasətinin əsasını təşkil edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları (2004-2008, 2009-2013, 2014-2018-ci illər)” bütün əsas sahə və göstəricilər üzrə müvvəffəqiyyətlə yerinə yetirilir. Ölkəmiz bir çox makroiqtisadi göstəricilərin artım sürətinə görə dünyada liderlər sırasına daxil olmuşdur. Müasir regional siyasət və idarəetmənin əsas məqsədi ölkədə yeridilən sosial-iqtisadi inkişaf siyasətinin və idarəetmə sisteminin məqsəd və vəzifələrinin regional miqyasda həyata keçirilməsini təmin etməklə, ölkənin regionlarının sosial-iqtisadi inkişafında hər bir konkret dövrün tələblərinə uyğun səmərəliliyə və ədalətliliyə nail olmaqdır. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Artıq uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də əsaslı yer tutur. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi vətəndaşlarımızın sosial rifahının yüksəlişinə xidmət göstərir.

Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən inkişaf proqramlarının əsas hədəflərindən biri regionlarda işsizlik probleminin aradan qaldırılmasıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ötən müddət ərzində respublika ərazisində yüz minlərlə yeni iş yeri yaradılıb. Yaradılan yeni iş yerlərinin mütləq əksəriyyəti daimidir.

Ölkənin sosial-iqtisadi inkişaf strategiyasında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsi istiqamətində müstəsna rol oynayan regional inkişaf üzrə Dövlət Proqramları əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuş, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı 2004-2008-ci illər" əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2004-2008-ci illərdə uğurlu icrası bütün regionların inkişafında yeni bir mərhələnin yaranmasına səbəb olmuş, formalaşmış əlverişli iqtisadi mühit ölkənin sosial-iqtisadi inkişafı sahəsində başlanmış tədbirlərin davam etdirilməsi zərurətini yaratmışdır.

Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunması məqsədilə 2004-cü ildən başlamış tədbirlərin davam etdirilməsi zərurəti üçün Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynamışdır.

Ümumiyyətlə, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Son 15 il Azәrbaycanın sürәtli vә hәrtәrәfli inkişafı, iqtisadiyyatın rәqabәt qabiliyyәtinin artması, ölkәnin enerji, әrzaq, nәqliyyat vә ekoloji tәhlükәsizliyinin möhkәmlәndirilmәsi, beynәlxalq nüfuzunun yüksәlmәsi, әhalinin rifahının davamlı olaraq yaxşılaşması dövrü kimi tariximizә daxil olmuşdur. Bu uğurların әsasında Prezident İlham Әliyevin müasir çağırışlara cavab verәn, mәqsәdyönlü vә praqmatik siyasәti durur.

Ölkәnin davamlı sosial-iqtisadi inkişafının tәmin olunmasında, makroiqtisadi sabitliyin qorunmasında, dünya iqtisadi böhranının mәnfi tәsirinin qarşısının alınmasında dövlәt başçısının böyük uzaqgörәnliklә apardığı iqtisadiyyatın şaxәlәndirilmәsi siyasәtinin, o cümlәdәn bu siyasәtin prioritet istiqamәtlәrindәn olan regionların inkişafı strategiyasının müstәsna әhәmiyyәti vardır. 2004-cü ildәn uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlәt proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur tәminatının, kommunal xidmәtlәrin keyfiyyәtinin daha da yüksәlmәsinә, biznes vә investisiya mühitinin, әhalinin rifahının yaxşılaşmasına sәbәb olur, bununla da ölkәnin strateji inkişaf hәdәflәrinә, müәyyәn edilmiş mәqsәdlәrә nail olunmasına әhәmiyyәtli töhfәsini verir.

Müstəqil Azərbaycanın sürətli inkişafı, onun iqtisadi imkanlarının artması, eləcə də ölkədə işsizlik probleminin həlli və əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" respublikanın hər bir bölgəsində uğurla, nəzərdə tutulan plana uyğun şəkildə icra edilir.

İstər iri şəhərlər, istər paytaxtda kifayət qədər uzaq olan bölgələr, istərsə də ucqar dağ rayonlarında proqram çərçivəsində qarşıya qoyulan məqsədlər, hədəflər reallaşdırılır. 2014-2018-ci illərə dair növbəti regional inkişaf proqramının uğurla icra olunması da bu reallığı təsdiqləyir. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır.

Onu da nəzərə almaq lazımdır ki, qarşıdakı illərdə yeni dövrün tələbləri başqa cür olacaq. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxmaqdadır. Dövlət bütün bu tədbirləri də perspektiv inkişaf planında nəzərə alacaq, gələcəkdə yeni layihələrin hazırlanaraq həyata keçirilməsi istiqamətində müvafiq addımlar atılacaq. Tam əminliklə demək olar ki, həm 2004-cü ildə, həm 2009-cu ildə, həm də 2014-cü ildə qəbul edilmiş Dövlət Proqramlarının icrası ölkəmizin inkişafı üçün çox böyük rol oynamışdır.

Günel Məmmədova

Yeni Azərbaycan Partiyası(YAP) Pirallahı rayon təşkilatının məsul əməkdaşı


Kateqoriya : İQTİSADİ Baxış sayı : 568

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-16 10:00:50

CƏMİYYƏT
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...

Fact-info.az xəbər verir ki, Sərəncama əsasən, İmadəddin Nəsiminin 650 illik...

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...