SİYASƏT
A- A A+

Britaniya parlamentində “Chatham House”a etiraz bildirilib

2015-07-23 10:00:34

Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi Bob Bləkmən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyanın Londonda “Chatham House” - Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən tədbirə dəvət olunması faktını pisləyib

Avropa Azərbaycan Cəmiyyətindən  bildiriblər ki, deputat ötən həftənin sonunda Böyük Britaniya parlamentinin iclasında nitq söyləyərkən “Chatham House”un Bako Saakyanı Londona dəvət etməsi qərarına etirazını bildirib. O, üzünü parlament üzvlərinə tutaraq sual edib ki, heç bir ölkə, hətta Ermənistanın özünün belə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımadığı halda özünü onun başçısı kimi təqdim edən şəxsə “Chatham House” tərəfindən diqqət yetirilməsi nə dərəcədə doğru qərardır?

B.Bləkmən diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun zəbt olunması, 1 milyondan çox azərbaycanlının isə öz ata-baba yurdundan qovularaq qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Deputat deyib:

“Düşünürəm ki, həmin insanlara qarşı ədalətsizlik törədən bir şəxsin hər hansı təşkilat tərəfindən bu ölkəyə dəvət olunması və ona çıxış etmək üçün tribuna verilməsi olduqca yanlış bir qərardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair 4 qətnamə qəbul edib və onların icrası hələ də həyata keçirilməyib. Azərbaycan vətəndaşlarından daxil olan şikayətlərdə bildirilir ki, BMT-nin razılaşdırılmış qaydada qəbul etdiyi qətnamələr əsasən dərhal yerinə yetirildiyi halda, onlara aid məsələdə isə ədalətin bərqərar olunmasını 20 ildən çoxdur ki, gözləyirlər”.

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1160

QHT və MEDİA

2019-12-09 11:00:11

QHT və MEDİA
“Çingiz dastanı” Horadizdə təqdim edili...
“Çingiz dastanı” Horadizdə təqdim edili...

Müdafiə Nazirliyinin dəstəyi ilə cəbhəyanı bölgəyə səfər edən Bakı Bələdiyyə ...

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...