MƏDƏNİ
A- A A+

"Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi" kitabının təqdimatı olub

2018-08-14 08:25:25

.

"Azərkitab" Kitab Təbliğatı Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin nəşr etdirdiyi "Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi" monoqrafiyasının təqdimatı olub.

Birliyin sədri Hacı Nərimanoğlu Şuranın Azərbaycanın tarixi həqiqətlərinin öyrənilməsi, təbliği sahəsində həyata keçirdiyi genişmiqyaslı layihələrdən daha birinin uğurla yerinə yetirildiyini bildirib. Layihə çərçivəsində “QHT nəşriyyatında” buraxılan kitabın Azərbaycanın əzəli tarixi torpaqları olan Zəngəzur mahalının son iki yüz illik tarixinin əks olunduğunu, müxtəlif dillərdə 300-dən çox arxiv materialı, tarixi sənədlərə istinadla tədqiqi edildiyini vurğulayıb.

Təqdimatda çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Abbas Abbasov, Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami, şair Oqtay Rza, "Azərkitab"ın direktoru Sabir Həsənov, AMEA-nın elmi işçiləri Razim Əliyev, Elcan Oruclu, Birliyin üzvləri Elbrus Quliyev, Fehruz Quliyev və başqaları görülmüş işin, yenicə işıq üzü görən kitabın məziyyətlərindən, nəşrin Zəngəzur barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasındakı əhəmiyyətindən danışıblar. Bildirilib ki, tədqiqatçılar, tarixçilər, müəllim və tələbələr, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan nəşrdə Zəngəzur bölgəsinin tarixi keçmişinin ümumi mənzərəsi yaradılıb, əhalisinin məruz qaldığı müsibətlərin səbəbləri, nəticələri gerçək tarixi sənədlər və detallarla araşdırılıb.

Kitabda Zəngəzurda yerli əhalisinin çarizmin müstəmləkəçilik siyasətinə, bolşevik-daşnak işğalına qarşı mübarizəsi də əks olunub, böyük dövlətlərin hərbi-siyasi planlarının nəticəsi olan Ermənistan respublikası yaradılmasının bütün Qafqazda xalqların təhlükəsizliyinə və əmin-amanlığına zərbə vurduğunu, Ermənistanın regionda başlıca gərginlik, münaqişə ocağı olduğunu faktlarla göstərilib. Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitaba bu institutun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov ön sözündə qeyd edib ki, müəllifin çoxillik elmi tədqiqatlarının yekunu olan monoqrafiya xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci il yanvarın 31-də AMEA-nın aparıcı alimləri və institut rəhbərləri ilə keçirdiyi görüşdə milli tarix elmi qarşısında məqsədyönlü saxtalaşdırmalara və təhriflərə məruz qalmış Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yenidən obyektiv, vicdanlı yazılması vəzifəsinin davamlı olaraq icrasına və dövlətimizin başçısı İlham Əliyevin bu çağırışına real cavabdır: “Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq”.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 759

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...