CƏMİYYƏT
A- A A+

Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması Xəzəryanı ölkələr arasında münasibətlərin yeni mərhələsinin əsasını qoydu

2018-08-13 20:55:07

.

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 1996-cı ildən konkret sənəd üzərində aparılan danışıqlar öz məntiqi nəticəsini verdi. 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentləri tarixi əhəmiyyətli sənədi imzaladılar. Bu Konvensiyanın imzalanması sözün həqiqi mənasında dövrümüzün mürəkkəb məsələlərindən birinin həll olunması deməkdir.

Bu, regionda sülhə, sabitliyə xidmət edən, Xəzəryanı dövlətlər arasında münasibətlərin yeni səviyyəsini müəyyən edən, yeni mərhələsinin əsasını qoyan bir sənəddir. Bu Konvensiyanın imzalanması Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, Xəzəryanı ölkələrin xalqlarının rifahının daha da yaxşılaşmasına töhfə verəcək. Konvensiyanın imzalanması bir daha sübut edir ki, Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur. Şübhə yoxdur ki, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi təhlükəsizliyin və sabitliyin başlıca qarantı qismində çıxış edəcə

Xəzər dənizində yalnız 5 sahilyanı ölkənin silahlı qüvvələrinin mövcud olmasını özündə əks etdirən Konvensiya, eyni zamanda, bu ölkələrin heç birinin ərazisindən digər ölkəyə qarşı istifadə olunmamasına da təminat verir. “Xəzər beşliyi”nin sammitində imzalanan sənədin 14-cü maddəsinə görə, sahilyanı ölkələr dənizin dibi ilə qaz və neft kəmərləri çəkə bilərlər, bunun üçün sadəcə olaraq kəmərin keçdiyi sektorlara sahib ölkələrin razılığı kifayət edir. Bu maddə Türkmənistan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə Türkiyə və Avropaya nəqlinə yaşıl işıq yandırır. Belə ki, indiyədək statusun qeyri-müəyyən olması Qazaxıstanın planlaşdırdığı Xəzər Kəmərinə və Türkmənistanın öz qazını Avropa bazarına çıxarmaq istədiyi TransXəzər Kəmərinə ciddi maneələr törədirdi. Ona görə də bu sənədin qəbulu bütün tərəflər üçün uğurludur.

Ümumiyyətlə, Azərbaycan hüquqi statusla bağlı danışıqların aparıldığı bütün dövr ərzində beynəlxalq hüquqa və qarşılıqlı etimada söykənən milli mənafelərini müdafiə edib. Konvensiya bütün Xəzəryanı dövlətlər, o cümlədən, Azərbaycan üçün olduqca faydalıdır. Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlərin çəkilməsi üzərində maneə aradan qaldırılacaq və əməkdaşlıq əlaqələri xüsusilə iqtisadi baxımdan bütün Xəzəryanı dövlətlər üçün mənfəətli olacaq. Xəzərin statusunun müəyyənləşdirilməsi, eyni zamanda, yeni kəmərlərin inşası baxımından da əhəmiyyətlidir. Bu isə Xəzəryanı dövlətlərin əməkdaşlıq imkanlarını daha da genişləndirəcək. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət və bu xəttin son 15 ildə prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və rolunun artmasını, əsl söz sahibinə çevrilməsini şərtləndirdi. Prezident İlham Əliyevin yürütdüyü balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanı regionun və dünyanının sayılıb-seçilən dövlətinə çevirib.

Hikmət Şikarov:

Yeni Azərbaycan Partiyası(YAP) Pirallahı rayon təşkilatının sədri


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 438

QHT və MEDİA

2018-11-13 22:10:16

QHT və MEDİA
Azay Quliyev: "QHT-in dəstəklənməsinə xü...
Azay Quliyev: "QHT-in dəstəklənməsinə xü...

“Bilirsiniz ki, 10 ildir ki, Prezidentin təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyy...

2018-11-13 09:20:57

QHT və MEDİA
Allen Alen: Azərbaycanda dinlərarası har...
Allen Alen: Azərbaycanda dinlərarası har...

Qonağa ölkəmizdəki sabit dini durum, tolerant və multikultural mühit barədə m...

CƏMİYYƏT

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

İQTİSADİ

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...

2018-11-05 10:10:57

İQTİSADİ
“Azərbaycan regionda mühüm tranzit rolu ...
“Azərbaycan regionda mühüm tranzit rolu ...

Bunu Baş nazir Novruz Məmmədov Astanada MDB Hökumət Başçıları Şurasının iclas...