CƏMİYYƏT
A- A A+

Xarici media Azərbaycanın böyük şairi Nizami Gəncəvidən yazıb

2015-07-23 09:45:06

Bolqarıstanın “Standart” qəzetində Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, jurnalist Olia Al Ahmedin “Azərbaycan Nizamini fəxrlə anır” sərlövhəli məqaləsi dərc edilib

Azərbaycanın Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, müəllif məqalədə Gəncəyə səfərinin təəssüratlarını bölüşüb. Azərbaycanın poeziya və neft ölkəsi olduğunu yazan jurnalist, Forum çərçivəsində Gəncədə keçirilmiş Beynəlxalq üzüm və şərab festivalında iştirak etdiyini bildirib. Olia Al Ahmed yüzlərlə üzüm növündən hazırlanan şərabların Fransaya ixrac olunduğunu diqqətə çatdırıb.

Bununla yanaşı, Gəncəni incəsənət şəhəri adlandıran müəllif görkəmli şair Nizami Gəncəvinin həyat və yaradıcılığından söhbət açıb. Nizami Gəncəvinin “Xəmsə”sindəki beş poemanın Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmasından ətraflı bəhs edib. Müəllif Gəncə şəhərində anadan olmuş Məhsəti Gəncəvinin yaradıcılığından söhbət açaraq, öz əsərlərini əsasən rübai janrında yazdığından, şairənin müsəlman intibahının parlaq nümayəndəsi olduğundan, Yaxın Şərq poeziyasında bir çox ədəbi tənqidçilər tərəfindən onun Fransanın milli qəhrəmanı Janna Darkla müqayisə edilməsindən yazıb. Jurnalist məqaləsində Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramına daxil edildiyini vurğulayıb.

 

Müəllif məqalədə Nizaminin və Məhsətinin əsərlərindən bir neçə bəndi bolqar dilinə tərcümə edərək ictimaiyyətin diqqətinə çatdırıb.

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1198

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...