SOSİAL
A- A A+

Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanı Azərbaycanda səfərdə olub

2018-08-11 15:25:24

.

Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun prezidenti və Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanının Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi kazak general-mayoru Sərraf Orucovun verdiyi məlumata görə, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun rəsmi dəvəti ilə, 5 avqustdan 10 avqust 2018-ci il tarixinə kimi, Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Ali Məclisinin Getmanı, dünya şöhrətli kazak marşalı Saqaydak Dimitri İvanoviç və onun Azərbaycan üzrə müşaviri, kazak marşalı Üzeyir Vahabov Azərbaycan veteran təşkilatları, “Azərbaycanda Kazak Həmyerlilləri” Birliyi ilə tanış olmaq və gələcəkdə qarşılıqlı əməkdaşlıq etmək üçün Azərbaycana işgüzar səfərə gəlmişlər. Avqustun 5-ində Ukranyalı qonaqlar ilk öncə Fəxri xiyabana gedərək, ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib məzarı önünə gül dəstəsi qoyaraq ziyarət etdilər. Sonra şəhidlər xiyabanına gedrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini ehtiramla yad olunub.

Daha sonra qonaqlar, Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun xatirəsini yad edib, abidəsi önünə gül dəstəsi qoyublar. Sonra o, Şəhidlər Xiyabanında Ziyarət zamanı Türk şəhid əsgərlərinin xatirəsinə ucaldılmış abidənidə ziyarət ediblər.

Həmin gün, ukranyalı qonaqlar, Bakıdakı Müqəddəs Jen-Mironosits Rus-Provoslav Kofedral kilsəsini ziyarət etdikdən sonra, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzininində, Bakı və Azərbaycan Arxeyepiskopu Əlahəzrət Aleksandır Bakı və Azərbaycan Yeparxiyası, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandrın adından salamlayaraq, “Zaparoji Kazakları” Birliyinin Getmanı, kazak marşalı Dimitri Saqaydakın Jen-Mironosits Rus-Provoslav Kofedral kilsəsini ziyarət etdiyindən məmnun olduğunu bildirdi.

Azərbaycan yeparxiyasının mətbuat xidmətinin rəhbəri Konstantin Pominovla tanışlıq görüş keçirilərək qonaqlara qədim Kofedral kilsə və Mərkəz haqqında ətraflı məlumat verdi.

“Zaparoji Kazakları” Birliyinin Getmanı, kazak marşalı Dimitri Saqaydak rəhbərlik etdiyi “Zaparoji Kazakları” Birliyinin fəaliyyəti barəsində və birliyinin kazaklarının Kiyev-Peçersk Lavra və Ukraynadakı bütün xiristian, pravoslav kilsələrinin, məbədləri müafizə etdiklərini bildirdi.

Avqustun 6-sında, Azərbaycan Respub¬likası Prezident Administrasiyasının İctimai-siyasi məsəllər şöbəsinin diasporlarlarla iş sektorunun müdiri Qafar Əliev rəsmi qəbul edərək qonaqları Prezident Administrasiyasının rəhbərliyi adından salamladı. “Zaparoji Kazakları” Birliyinin Getmanı, kazak marşalı Dimitri Saqaydak rəhbərlik etdiyi təkilat haqqında ətraflı məlumat verərək bildirdi ki, Beynəlxalq “Zaparoji Kazakları” Birliyi dünyanın bir çox ölkələri ilə dostluq əlaqələrini saxlayır, dövlətlər və xalqlar arası münasibətlərdə daha çox qarşılıqlı anlaşma təşviq edir. Bu dost ölkələrindən biridə Azərbaycan dövləti və xalğıdır.

Uk¬¬ray¬¬na dövlət orqanlarının rəsmi statistik məlumatına əsasən Uk¬¬ray¬¬nada 45176 nəfər azərbaycanlı yaşayır və Ukraniya–Azərbaycan əlaqələri sürrətlə inkişaf edir. Hesab edirik ki, iki dövlətin, Azərbaycan və Ukraynanın veteran, diaspor təşkilatları ilə yeni səviyyədə qarşılıqlı münasibətlərini və dostluq əlaqələrini daha da inkişaf etdirərək, Azərbaycan və Ukrayna xalqlarının dostluq görüşlərin, mədəni tədbirlərin və bayramlarını daha da inkişaf etdirmək lazımdır. Görüşdə Azərbaycan-Ukraynanın veteran, diaspor təşkilatları ilə yeni səviyyədə qarşılıqlı münasibətlərini və dostluq əlaqələrini daha da inkişaf etdirərək, dostluq görüşlərin, mədəni tədbirlərin keçirilməsi, Böyk Vətən Müharibəsində Ukranya uğrunda geden döyüşlərdə həlak olmuş azərbaycanlıların məzarlarının və onların xatirəsinə ucaldılmış abidələrin qorunub saxlanılması, ehtiyacı olan müharibə əlillərinin Ukranyada müalicə olunmalarına köməklik edilməsi məsəlləri müzakirəsi müsbət qarşılandı.

Avqustun 7-sində Silahlı Qüvvələr və Əmək Respublika Veteranlar Təşkilatında veteranlarla və “Azərbaycanda Kazak Həmyerlilləri” Birliyinin kazak qardaşları ilə görüş keçirildi. Görüşdə, Silahlı Qüvvələr və Əmək Respublika Veteranlar Təşkilatın sədri, ehiyatda olan genral polkovnik Tofiq Ağahüseyinov, sədr müavini ehiyatda olan polkovnik Cəlil Xəlilov, Ehtiyatda olann Zabitlər Konfedrasiyasının sədr müavini ehiyatda olan polkovnik Hikmət Ağayev, Ehtiyatda olan Zabitlər Konfedrasiyasının idarə heyətinin üzvü ehiyatda olan polkovnik Xətai Baxışıv, ehiyatda olan polkovnik Elşad Şabanov, ehiyatda olan polkovnik Adil Haqverdiyev, “Azərbaycanda Kazak Həmyerlilləri” Birliyinin Atamanı, kazak polkovniki Çiqiryov Yuri Sergeyeviç, “Azərbaycanda Kazak Həmyerlilləri” Birliyinin Baş qərərgah rəisi, kazak mayoru Aslan İsmayılov, Qarabağ vetranı Veteran qəzetinin Baş redaktoru Qafar Nuriyev və başqaları çıxış edərək, Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Ali Məclisinin Getmanı, kazak marşalı Dimitri Saqaydakın və kazak marşalı Üzeyir Vahabovun Azərbaycana işgüzar səfərə gələrək azərbaycan veteranları ilə görüşdüyükləri üçün qonaqlara öz təşəkkürlərini bildirdilər.

Görüşün sonunda gələcəkdə veteran təşkilatların qarşılıqlı əməkdaşlıq edib, Azərbaycan-Ukraniya veteran təşkilatlarının həmrəylik nümayiş etdirmək üçün birgə tədbirlərin keçirilməsi qərara alındı. Tədbirin sonunda, Azərbaycan və Ukraynanın veteran təşkilatları ilə qarşılıqlı münasibətlərin və dostluq əlaqələrini inkişaf etdirdiklərinə görə, 15 nəfər Silahlı Qüvvələrin, Əfqansdan və Qarabağ müharibələrinin vetranlarına, Beynəlxalq “Zaparoji Kazakları”-nın orden, medalları və Fəxri-Fərmanları ilə təltif olundu və xatirə şəkili çəkildi.

Avqustun 7-sində Cənub bölgəsinə səfər edərək Cəllabad, Lənkaran və Astara rayonlarında oldular. İlk öncə Cəllabad rayonunda yerləşən, yaşı 300 ildən artıq olan kazak məbədi ilə tanş olmuşlar. Daha sonra Lənkaran şəhərində Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etdilər.

Sonra Lənkaran şəhərində, 1795-ci ildə Rusiya imeriticasının şəxsi sərancamına əsasən Azərbaycanın cənub sərhədlərini İran yürüşlərindən qorunmaq məqsədi ilə Azərbaycanin cənub bölgəsinə gəLərək orada xidmət edərkən vəfat etmiş və Azərbaycan Respublikasının ərazisində 1795-ci ildə Ləkaran şəhərində dəfn edilmiş, məşhur Ukraynalı kazak qenral-briqadir və Qara kazak qoşunu atamanı Антoн Andreyeviç Qolovatininin məzarı və kazak əsgərlərinin xatirələrini əbədiləşdirmək məqsədi ilə ucaldılmış abidə ziyarət edildi.

Avqustun 8-ində qonaqlar, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Astara rayon şöbəsinin sədri, Əfqanstan və Qarabaq müharibəsinin veteranı Tofiq Əliyevin təşkilatçılığı ilə Astara rayonunda Şəhidlər xiyabanına gedrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edərək onların məzarları önünə gül dəstəsi qoydular.

“Zaparoji Kazakları” Birliyinin Ali Məclisinin Getmanı, kazak marşalı Dimitri Saqaydak yüksək qonaqpərvərliyə və işgüzar görüşlərə görə rəhbərlik etdiyi “Zaparoji Kazakları” Birliyinin Ali Məclisinin və şəxsən öz adından ilk öncə Azərbaycan dövlət başçısı cənab İlham Əliyevə, Azərbaycan Respub¬likası Prezident Administrasiyasının İctimai-siyasi məsəllər köməkçisi Əli Həsənova, Azərbaycan Respublikası Silahlı Qüvvələr və Əmək Respublika Veteranlar Təşkilatının və Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun kolektivinə öz təşəkkürünü bildirərək, Azərbaydana etdiyi işgüzar səfərdən məmnun olduğunu bildirdi.


Kateqoriya : SOSİAL Baxış sayı : 319

QHT və MEDİA

2018-09-18 22:15:59

QHT və MEDİA
“Dünyaya sülh” başlığı altında fləşmob ...
“Dünyaya sülh” başlığı altında fləşmob ...

18 sentyabr 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azər...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-20 07:40:21

CƏMİYYƏT
“Qarabağ dünən və bugün” mövzusunda müz...
“Qarabağ dünən və bugün” mövzusunda müz...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2018-09-18 08:30:26

CƏMİYYƏT
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a analitik Ehtiram Aşı...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...