QHT və MEDİA
A- A A+

Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb

2018-08-11 10:50:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında (MKS) “Yubileylər silsiləsi” layihəsi çərçivəsində əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş “Mehdi Hüseynzadə-100” adlı videoçarx hazırlanıb

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, videoçarxda Azərbaycanın əfsanəvi qəhrəmanının həyatı və keçdiyi döyüş yolu haqqında məlumatlar verilib. İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə”, Şəmistan Nəzirlinin “Əfsanəvi Mixaylo” kitabları haqqında Azərbaycan və rus dillərində anonslar öz əksini tapıb, arxiv sənədləri və fotolar toplanılıb.

Layihənin ideya müəllifi Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədovadır. Videoçarxa aşağıdakı linkdə baxmaq olar: Qeyd edək ki, 1941–1945-ci illər Böyük Vətən müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və misilsiz hərbi şücaəti ilə böyük şöhrət qazanmış, Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazan Mehdi Hüseynzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2018-ci il tarixli sərəncamına əsasən Yasamal rayon MKS-də bir sıra tədbirlər keçirilib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 704

QHT və MEDİA

2019-10-22 09:45:08

QHT və MEDİA
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin T...

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

CƏMİYYƏT

2019-10-22 15:20:16

CƏMİYYƏT
Yüz il bundan əvvəlin eyni məkanında...
Yüz il bundan əvvəlin eyni məkanında...

Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirləri davam edir. Oktyabrı...

2019-10-22 08:40:42

CƏMİYYƏT
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbayc...

İQTİSADİ

2019-10-23 10:45:33

İQTİSADİ
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu...
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu...

Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabın...

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...