SİYASƏT
A- A A+

Prezident İlham Əliyev: Ölkələrimizi daha da yaxınlaşdırmaq üçün çox iş görməliyik

2018-08-10 11:30:14

.

"Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Sizin səfərinizə çox sevinirəm. Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək". Azadinform xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü zamanı deyib. Prezident bildirib ki, biz gündəliyimizdə duran mühüm məsələləri, əlbəttə ki, regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyik: "Ölkələrimizi daha da yaxınlaşdırmaq üçün çox iş görməliyik. Səfəriniz ərəfəsində nümayəndə heyətlərimiz çox fəal iş görüblər, ticari-iqtisadi inkişaf, nəqliyyat infrastrukturu ilə bağlı bir çox məsələləri müzakirə ediblər. Əməkdaşlığı gücləndirmək üçün yaxşı zəmin var. Əlbəttə, bu gün biz bunu mütləq müzakirə edəcəyik. Həmçinin bu gün bizim uğurla irəliləməyimiz üçün hüquqi baza yaradacaq xeyli sənəd imzalanacaq. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminəm ki, səfər məhsuldar olacaq. Biz həm Tacikistanda, həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə tez-tez görüşürük. Əlbəttə ki, gündəlikdə duran məsələləri ətraflı müzakirə etmək üçün yaranan bu imkan münasibətlərimizə yeni impuls verəcək. Bir daha xoş gəlmisiniz".

Tacikistan Prezidenti Emoməli Rəhmon isə deyib: "Biz dost Azərbaycanın uğurlarına, sosial-iqtisadi inkişafına, beynəlxalq arenada uğurlarına səmimi qəlbdən sevinirik. Tacikistan Azərbaycanla çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət verir. Tacikistan-Azərbaycan qarşılıqlı əlaqələrinin bütün formatlarda dinamik inkişafı sevindiricidir. Əminəm ki, bizim bugünkü görüş bütün əsas məsələlər üzrə qarşılıqlı münasibətlərimizə yeni impuls verəcək".


Kateqoriya : SİYASƏT Baxış sayı : 231

QHT və MEDİA

2019-01-15 11:05:39

QHT və MEDİA
Vüsal Qasımlı: "Struktur islahatları ida...
Vüsal Qasımlı: "Struktur islahatları ida...

Bunu Trend-ə Prezident İlham Əliyev tərəfindən aparılan struktur islahatların...

2019-01-12 18:15:19

QHT və MEDİA
Azay Quliyev beynəlxalq təşkilatlara və ...
Azay Quliyev beynəlxalq təşkilatlara və ...

Fact-info.az xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, millət vəkili...

CƏMİYYƏT

2019-01-16 09:30:10

CƏMİYYƏT
İsveçrə mediası 20 Yanvar hadisələrindən...
İsveçrə mediası 20 Yanvar hadisələrindən...

“Milli azadlıqla xalq matəmi arasında” sərlövhəli məqalədə 20 Yanvar faciəsin...

2019-01-14 08:30:18

CƏMİYYƏT
Akademik: 2019-cu ilin "Nəsimi ili" elan...
Akademik: 2019-cu ilin "Nəsimi ili" elan...

Bunu Trend-ə Milli Məclisin deputatı, AMEA akademik Ziya Bünyadov adına Şərqş...

İQTİSADİ

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...

2019-01-13 13:40:27

İQTİSADİ
Neft tariximizə böyük ehtiram hissilə...
Neft tariximizə böyük ehtiram hissilə...

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanmı...