MÜSAHİBƏ
A- A A+

Abdulla Əmir Haşımı Cavanşır: “Azərbaycanla bağlı təbliğat işini daha sürətlə, peşəkar səviyyədə aparmaq lazımdır"

2018-08-09 14:25:55

Fact-info.az saytının suallarını İsveçdə fəaliyyət göstərən Cənubi Azərbaycan Konqresinin sədri, Azərbaycan Mədəniyyət-Qarabağ Cəmiyyətinin rəhbəri Abdulla Əmir Haşımı Cavanşır cavablandırır:

-Bu gün Avropa məkanında, xüsusilə yaşadığınız İsveçdə Azərbaycan necə tanınr, yerli əhali əvvəlki illərlə müqayisədə Azərbaycan haqqında nə dərəcədə məlumatlıdır?

-Bu gün İsveç ictimaiyyətinin xeyli hissəsinin Azərbaycan haqqında məlumatı var. Onlar bilirlər ki, Azərbaycan açıq, tolerant bir ölkədir, burada bütün etniklərin dilində məktəb,qəzet və radio verlişləri var, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar, onların öz ibadət yerləri var. Bakıda kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Hətta Bakıda erməni kilsəsi də qorunub saxlanılıb. Bu gün Avropa, o cümlədn İsveç ictimaiyyəti Azərbaycan ərazisinin işğal olunmasından xəbərdardilar. Hətta bir çoxlarının Azərbaycanla bağlı bilgiləri yetərincədir. Azərbaycan mühüm tədbirlərə ev sahibliyi edən bir ölkə kimi tanınır və qəbul edilir. Avropa və İsveç torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsindən tam məlumatlıdı. Avropalılar və isveçlilər, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbulundan həmçinin ATƏT, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı qərar və qətnamələrindən xəbərdardılar..Bu işdə xaricdə yaşayanların xüsusilə Güney azərbaycanlıların böyuk zəhməti və xidmətləri olub.

-Sizin diaspora nümayəndəsi kimi fəaliyyətiniz İsveçdə hansı istiqamətlərdə davam edir?

-Qısaca desək, İsvecdə nüfuzlu KİV-lərlə Azərbaycan həqiqətləri barədə materialar göndəririk, xarici işlər nazirliklərinin müxtəlif bölmələrinə, işçi quruplarina, Azərbaycan haqqında və günün mövzusu barədə dərnəyimiz adindan məktublar göndəririk. Həmçinin rəsmilərlə görüş təşkil edilir. Həmçinin Azərbaycanımızın kültür, incəsənət və musiqisin təbliğ etmək, İsveç dilində və Azərbaycan türkcəsində uşaqlara və yeni gələn soydaşlarımiz uçun kurslar təşkil etmək, isveç kitabxanalarinda Azərbaycanda nəşr olanan kitab,jurnal və qəzetləri yaymaq, və sairə işlər bizim fəaliyyət istiqamətlərimizdir. Azərbaycanın haqlı mövqeyini, Ermənistanın təcavüzkar siyasəti haqqında məlumatları dünya ictimaiyyətinə çatdırılması işini hər zaman davam etdiririk.

-Əməkdaşlıqda siz hansi pinsiplərlə başqa təşkilatlarla işləyirsiniz?

-Uzun zamandı cəmiyyətimiz bir çoxlu dəyərli dərnəklər, partiyalar və rəsmi qurumlarla, Bütöv Azərbaycan və Qarabağ mövzusunda müzakirələr aparıqıq. Hər qurum, partiya və cəmiyyət öz üzvülərinin siyasi və əxlaqi səlahiyyətlərinə məsuliyyət daşıyır .Biz onların daxili işlərinə müdaxilə etmirik. Uzun illərdi İsveçdə özündə 155 dən artıq cəmiyyət, dərnək və müxtəlif növlu fəaliyyət göstərən qurumları özündə birləşdirən ABF adli bir təşkilatla əməkdaşlıq edirik Həmçinin İsveçdə Azərbaycan dərnəklərilə əməkdaşlıq edirik. Azərbaycan səfiliklərinin tədbirləri, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və digərləri ilə sıx əməkdaşlıq edirik. Düşünürəm ki, bu əməkdaşlıq çox effektli olur.

-Yerli media və ümumilikdə Avropa məkanında nüfuzlu KİV-lərlə Azərbaycanın təbliğatı nöqteyi nəzərindən necə əməkdaşlıq qurursunuz?

-Xatırladım ki, İsveç bir demokratik ölkə olduğu üçün, bir vətəndaş kimi Azərbaycanımıza qarşı hər hansi neqativ mövqe haqsız söz-söhbət KİV-lərdə gedərsə, dərhal ona cavab hazılayıb göndərmək haqqımız var və bu təbii haqqımızdan dəfələrlə istifadə edib ittihamçılari cavablandirmışıq. Azərbaycanın haqlı mövqeyini, Ermənistanın təcavüzkar siyasəti haqqında məlumatları dünya ictimaiyyətinə çatdırılması işini hər zaman davam etdiririk. Ancaq bütün hallarda İsveçdə və digər ölkələrdə Azərbaycanla bağlı təbliğat işini daha sürətlə, peşəkar səviyyədə aparmaq lazımdır.

-Avropa kitabxanalarında Azərbaycanla bağlı kitabların, müxtəlif elektron resursların yerləşdirilməsi prosesi necədir?

-Azərbaycanla bağlı kitablar var. Mənim qənaətimcə, bütün bunlar həddindən artıq azdır. Müxtəlif xarici dillərdə Azərbaycanla bağlı bir sıra kitabların sayı çoxalmalıdır.

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 751

QHT və MEDİA

2019-01-15 11:05:39

QHT və MEDİA
Vüsal Qasımlı: "Struktur islahatları ida...
Vüsal Qasımlı: "Struktur islahatları ida...

Bunu Trend-ə Prezident İlham Əliyev tərəfindən aparılan struktur islahatların...

2019-01-12 18:15:19

QHT və MEDİA
Azay Quliyev beynəlxalq təşkilatlara və ...
Azay Quliyev beynəlxalq təşkilatlara və ...

Fact-info.az xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, millət vəkili...

CƏMİYYƏT

2019-01-16 09:30:10

CƏMİYYƏT
İsveçrə mediası 20 Yanvar hadisələrindən...
İsveçrə mediası 20 Yanvar hadisələrindən...

“Milli azadlıqla xalq matəmi arasında” sərlövhəli məqalədə 20 Yanvar faciəsin...

2019-01-14 08:30:18

CƏMİYYƏT
Akademik: 2019-cu ilin "Nəsimi ili" elan...
Akademik: 2019-cu ilin "Nəsimi ili" elan...

Bunu Trend-ə Milli Məclisin deputatı, AMEA akademik Ziya Bünyadov adına Şərqş...

İQTİSADİ

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...

2019-01-13 13:40:27

İQTİSADİ
Neft tariximizə böyük ehtiram hissilə...
Neft tariximizə böyük ehtiram hissilə...

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanmı...