İQTİSADİ
A- A A+

Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini möhkəmləndirir

2018-08-09 12:00:01

İrana qarşı tətbiq olunan sanksiyaların “Cənub Qaz Dəhlizi” layihəsinə şamil edilməməsi mövcud geostrateji reallığın düzgün qiymətləndirilməsi və Avropanın enerji təhlükəsizliyi maraqlarının nəzərə alınması baxımından olduqca əhəmiyyətlidir

Bu layihənin müəllifi olan Azərbaycan onun reallaşdırılması zamanı bütün mümkün riskləri və perspektivləri dəqiqliklə hesablaya bilib. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, müasir beynəlxalq enerji münasibətlərinin vacib aktorlarından biri olan Azərbaycan özünün strateji tərəfdaşları ilə birlikdə hazırda elə bir geostrateji reallıq formalaşdırıb ki, onun ətrafında bütün iştirakçı ölkələrin maraqları uzlaşır. Bu isə heç də sadə məsələ deyil. Ancaq Azərbaycan buna nail olmağı bacarıb. H.Babaoğlu əlavə edib ki, iqtisadi sanksiyaların təzyiq rıçağı olaraq istifadə edilməsi tarixində ən sərt hallardan biri kimi müşahidə etdiyimiz sanksiyalar zamanı belə Azərbaycanın maraqları xüsusi istisna kimi nəzərə alınır.

Çünki ölkəmiz öz milli maraqlarını özünün strateji tərəfdaşlarının milli maraqları ilə məharətlə koordinasiya edib. Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, söhbət dünyanın ən böyük və ən bahalı layihələrinin birindən gedir. Bu layihə, sözün əsl mənasında, XXI əsrin layihəsi adını daşımağa layiqdir. Son hadisələr də bir daha bunu sübut edib.

“Cənub Qaz Dəhlizi" layihəsinin 7 ölkəni kəmər boyunca 12 fərqli investorla, 12 fərqli alıcı ilə birləşdirəcəyini deyən Hikmət Babaoğlu vurğulayıb ki, bu, həm də böyük enerji ehtiyatlarına malik olan Xəzər regionunu Avropa İttifaqı istehlakçıları ilə birləşdirən ilk boru kəməri olacaq. “Yəni, əslində bu kəmər Avropanın enerji təhlükəsizliyinin yeni alternativi kimi çıxış edəcək.

Belə bir alternativ mənbənin olması isə hazırkı gərgin beynəlxalq münasibətlər mərhələsində Avropa üçün hava və su kimi lazımdır. Ona görə də hələ bir qədər əvvəl Vaşinqtonda İtaliya Baş naziri Cüzeppe Konte ilə görüşdə ABŞ Prezidenti Donald Trampın Cənub Qaz Dəhlizinin bir hissəsi olan Transadriatik boru kəmərini (TAP) dəstəkləməsi çox böyük əhəmiyyətə malik idi və heç də təsadüfi deyildi”, - deyə H.Babaoğlu bildirib.

Baş redaktor qeyd edib ki, belə mühüm layihələrin həmişə iqtisadi tərəfləri ilə bərabər mütləq siyasi tərəfləri də olur ki, bu da bizim üçün az əhəmiyyətli deyil. Ölkəmizin həyata keçirdiyi bu tipli meqa layihələr beynəlxalq münasibətlər sistemində də Azərbaycanın yerini möhkəmləndirir və rolunu artırır. Bu isə nəticə etibarilə milli maraqlarımızın və ərazi bütövlüyümüzün təmin olunmasına əsaslı zəmin yaradır.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 153

QHT və MEDİA

2018-09-18 22:15:59

QHT və MEDİA
“Dünyaya sülh” başlığı altında fləşmob ...
“Dünyaya sülh” başlığı altında fləşmob ...

18 sentyabr 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azər...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-20 07:40:21

CƏMİYYƏT
“Qarabağ dünən və bugün” mövzusunda müz...
“Qarabağ dünən və bugün” mövzusunda müz...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2018-09-18 08:30:26

CƏMİYYƏT
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a analitik Ehtiram Aşı...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...