MƏDƏNİ
A- A A+

“Şanlıurfa və Battalqazidən Qarabağa könül körpüsü” adlı tədbir keçirilib

2018-08-06 09:35:21

Bakı Yunus Əmrə İnstitutu və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Şanlıurfa və Battalqazidən Qarabağa könül körpüsü” adlı tədbir keçirilib

Tədbirdə ölkəmizdəki diplomatik korpusun təmsilçiləri, Milli Məclisin deputatları, media nümayəndələri və Türkiyədən gəlmiş görkəmli şəxslər iştirak ediblər. Əvvəlcə Türkiyə-Azərbaycan dostluğunu əks etdirən film nümayiş olunub.

Tədbirdə çıxış edən Türkiyənin Şanlı Urfa Böyük Şəhər Bələdiyyəsinin başçısı Nihat Çiftçi bildirib ki, türk milləti Vətəni üçün canından keçməkdən heç vaxt çəkinmir və həmişə Azərbaycanlı qardaşlarını yanında görməkdən fərəh hissi keçirir. Natiq Türkiyə-Azərbaycan əlaqələrindən, ölkələrimizin birgə həyata keçirdiyi layihələrdən söz açıb. Qardaş ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini bildirərək ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladıb və bu qardaşlığın sonsuza qədər davam edəcəyini vurğulayıb.

Tədbirdə Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva bu görüşü qardaşlığın və doğmalığın təntənəsi adlandırıb.

Natiq ölkələrimiz arasında dostluq və qardaşlığın daha da möhkəmlənməsi və hər hansı bir təhlükəyə qarşı fəaliyyətin gücləndirilməsinin vacibliyindən söhbət açıb: “Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü göstərməlidir. Hər bir türk övladı həm də Qarabağlıdır. Siz nə qədər Qarabağlı olursanız səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdı. Bizim doğma torpaqlarımız bu gün Ermənistan tərəfindən işğal olunub və bu, bizim hamımız üçün çox ağırdır. Birlikdə bu işğalların bitməsi üçün daha da çox çalışmalıyıq. Birliyimizi daha da gücləndirməliyik”.

Tədbirdə Malatyanın Battalqazi Bələdiyyəsinin başçısı Səlahəddin Gürkan, Bakıda Yunus Əmrə İnstitutunun mədəniyyət işləri üzrə koordinatoru Nuranə Tağıyeva və başqaları bu qardaşlığın ədəbiyyatımızda, mədəniyyətimizdə, mənəviyyatımızda, bütünlükdə həyatımızda geniş əksini tapdığını bildiriblər.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 623

QHT və MEDİA

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...