SİYASƏT
A- A A+

Avropalı ekspert: TAP Azərbaycan üçün yeni üfüqlər açır

2018-08-06 09:20:02

Transadriatik boru kəməri (TAP) layihəsinin ABŞ və Avropa tərəfindən dəstəklənməsi ilk növbədə Azərbaycana regionda enerji ehtiyatlarının nəqli ilə bağlı etimadın olmasını ifadə edir

Bunu Trend-ə enerji məsələləri üzrə avropalı ekspert İqor Tsaraniç deyib. İ.Tsaraniçin sözlərinə görə, Avropa ölkələri xüsusilə enerji sahəsində Azərbaycanla əməkdaşlığa üstünlük verirlər: “Bu baxımdan TAP Avropa üçün, xüsusilə də Azərbaycan qazının daxil olacağı İtaliya və Bolqarıstan üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Təkcə ona görə yox ki, Azərbaycan neft ölkəsidir, həm də ona görə ki, Azərbaycandan enerji ehtiyatlarının daşındığı vacib tranzit yolları keçir. Bu isə ölkədə həyata keçirilən və enerji ehtiyatlarının tədarükü marşrutlarının şaxələndirilməsinə yönəlmiş düşünülmüş iqtisadi siyasətin nəticəsidir”. Ekspert əlavə edib ki, “Şahdəniz” yatağından Avropaya təbii qaz tədarükü Azərbaycan milli iqtisadiyyatına müsbət təsir göstərəcək və ölkənin xarici bazarlarda imkanlarını genişləndirəcək. Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 648

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-08 16:35:41

CƏMİYYƏT
Bayrağımız - milli qürur mənbəyimiz...
Bayrağımız - milli qürur mənbəyimiz...

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...