İQTİSADİ
A- A A+

Ünvanlı dövlət sosial yardımı ilə bağlı qanunvericilik təkmilləşdirilir

2018-08-06 08:25:52

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sosial yardım sistemində aparılan islahatlar bu sistemdə ünvanlılığın, şəffaflığın və sosial ədalətin tam bərqərar olmasına yönəlib

Əsas hədəflər, həmçinin, ünvanlılıq prinsipi pozulmaqla təyin olunmuş yardımların dayandırılması, digər tərəfdən, sosial yardıma ehtiyacı olsa da bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığının təmin edilməsi, yardım alan ailələrin potensial imkanları müqabilində özünüməşğulluq proqramına transfer olunmasıdır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmış İşçi Qrupun növbəti iclasında bildirib. Nazir diqqətə çatdırıb ki, İşçi Qrupu yaradıldıqdan sonrakı dövrdə mövcud vəziyyət araşdırılmaqla nəticəsinə uyğun qısa müddətli və ortamüddətli dövr üzrə atılacaq addımlar müəyyən edilib. Ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edən hallar aşkar edilərək onların aradan qaldırılması, vətəndaşlarda narazılıq yaradan belə hallara yol vermiş əməkdaşlarla bağlı inzibati tədbirlərin görülməsi, sosial yardımların təyinatında ciddi nöqsanlara yol verdiyi aşkar edilmiş DSMF-nin rayon şöbəsi rəhbərlərinin işdən azad edilməsi, sosial yardım almaq üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin şəffaf şəkildə təşkili, həmin müayinəni həyata keçirən əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsi və s. istiqamətlərdə müvafiq işlər aparılıb. Bu işlər hazırda da davam etdirilir. S.Babayev bildirib ki, ünvanlı sosial yardım alan ailələrin təxminən 40 faizinin tərkibində əmək qabiliyyətli insanlar var. Belə ailələrin özünüməşğulluq proqramına geniş şəkildə cəlb olunması üçün təkmil və səmərəli iş mexanizmi hazırlanmaqdadır. Ümumilikdə sosial yardım sisteminin təkmilləşdirilməsi, sosial yardım proqramının sosial cəhətdən daha həssas ailələrə, əlilliyi olan insanlara yönəldilməsi, sosial yardım üçün müraciət prosedurunun sadələşdirilməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə, habelə ünvanlı sosial yardım proqramının özünüməşğulluq və digər aktiv əmək bazarı proqramları ilə əlaqələndirilməsinin təmin edilməsi üçün müvafiq qanunvericilik aktlarında da təkmilləşdirmələr aparılması nəzərdə tutulub. İclasda İşçi Qrupunun gördüyü işlər, yeni araşdırmaların nəticələri, hazırlanan yeni qanunvericilik layihəsi müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 282

QHT və MEDİA

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

2019-04-18 11:15:30

QHT və MEDİA
Azay Quliyev Türkiyə parlamentinin vitse...
Azay Quliyev Türkiyə parlamentinin vitse...

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay...

CƏMİYYƏT

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

2019-04-16 08:45:44

CƏMİYYƏT
Prezident Dövlət Himnindən istifadə qayd...
Prezident Dövlət Himnindən istifadə qayd...

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərba...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...