TƏDQİQATLAR
A- A A+

ABŞ-ın nüfuzlu “Global Ambassadors” jurnalında Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş məqalə dərc edilib

2018-08-03 10:15:13

Amerika Birləşmiş Ştatlarının nüfuzlu “Global Ambassadors” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının İspaniya Krallığındakı və Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmovun müəllifi olduğu məqalə dərc edilib

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, məqalədə 1918-ci il 28 May tarixində müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edildiyi, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, plüralist parlamentin, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquqlara malik olduğu qeyd edilib, habelə gənc respublikada dünyanın bir çox dövlətindən daha öncə qadınlara kişilərlə bərabər hüquqların təmin edilməsi vurğulanıb.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə qazanılan nailiyyətlərdən bəhs edilərək, dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, Azərbaycan Milli Ordusunun yaradılmasının, Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsinin, dövlət himninin, bayrağının və gerbinin təsis olunmasının, ölkədə milli məfkurənin formalaşmasına əhəmiyyətli dərəcədə töhfə vermiş Bakı Dövlət Universitetinin təsis edilməsinin Azərbaycan tarixində yeni şərəfli səhifə açdığı əks olunub.

Məqalədə Azərbaycan Respublikasının 1991-ci ildə müstəqilliyini bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qaldığı, özünü Cümhuriyyətin siyasi və mənəvi varisi elan etdiyini qeyd olunub. Eləcə də Azərbaycan xalqının istəyi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkədə bütün sahələrdə inkişafa nail olunduğu, Azərbaycanın regionda lider ölkəyə çevrildiyi bildirilib.

Məqalədə, həmçinin qeyd olunub ki, Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq miqyasda əhəmiyyətli uğurlar əldə edib. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyevin böyük səs çoxluğu ilə qələbəsi göstərib ki, Azərbaycan xalqı növbəti dəfə sabitlik, tərəqqi, rifah və dinamik inkişafa səs verib.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və Cümhuriyyətin 100 illiyi həm respublika daxilində, həm də ölkədən kənarda təntənəli şəkildə qeyd edilib.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 238

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...