SOSİAL
A- A A+

Müharibə Əlilləri üçün Müalicə Pansionatında müalicə prosesinin monitorinqi aparıldı

2018-08-03 09:25:24

.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin tərəfindən həyata keçirilən, “Əlilliyi olan vətəndaşların tibbi-reabilitasiyası və əmək fəaliyyətindəki imkanları ilə bağlı monitorinqlərin keçirilməsi” layi¬hə¬si çərçivəsində, QHT–rəhbərlərinin iştirakı ilə, Xəzər rayonunun Şaqan qəsəbəsində müharibə əlilləri üçün müalicə pansionatında müalicə prosesi monitorinq olunub.

Monitorinqdən sonra Mərkəzin iclas zalında, mərkəzdə müalicə alan vətəndaşlarla, tibb işciləri və QHT–rəhbərlərinin iştirakı ilə görüş keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda Şəhid olmuş soydaşlarımızın xatirəsi yad edildi. Daha sonra Pansionatının direktoru Pərvanə Hacıyeva qonaqları və Müharibə Əlilləri üçün Müalicə Pansionatının kolektivi adından salamladı. Vəfa Şəbiyeva Mərkəz haqqında ətrafləı məlumat verdi.

Azərbaycan Respub¬likası “Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi”nin direktoru Sərraf Oruc çıxış edərək bildirdi: “Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və ve¬teran¬lara qay¬ğı göstərmək həm dövlətin həm də cəmiy¬yətin başlıca vəzifələ¬rin¬dən biridir!». Müharibə əlilləri üçün müalicə pansionatı müharibə əlillərinin müalicə almaları üçün ümummilli lider Heydər Əliyevin xususi göstərişi ilə tikilərək müharibə əlillərinin xidmətinə verilmişdir. Bu gündə, müharibə əlillərinin tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını ar¬tır¬¬maq məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərən¬camlar imzalanır.

Sərraf Oruc çıxış edərək bidirib ki, Azərbaycan Qanununvericiliyə əsasən əlil vətəndaşlar ildə bir dəfə dövlət büdcəsi hesabına pulsuz tibbi-reabilitasiya kursu keçməli və pulsuz putyovkalarla müalicəvi sanatoriyalara göndərilərək orada müalicə olunmalıdırlar. Əlil vətəndaşlarımızın müalicələrini təşkil etmək məqsədi ilə dövlət hər il nəzərdə tutulan qədər vəsait ayırır.

Tədbirdə “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədr müavini və layihənin rəhbəri Məcid Məmmədov bildirdi ki, əsas məqsəd əlillərin Tibbi-Sosial Ekspert Komissiyalarına və rayon poliklinikalarında qanunda nəzərdə tutulmuş dövlət hesabına pulsuz müalicələrinə və digər sosial problemlərinin həllinə dəstək olmaqdır.

Məcid Məmmədov çıxışının sonunda, Müharibə Əlilləri üçün Müalicə Pansionatında səliqə-səhman və mərkəzin kolektivinin müalicə alan əlil vətəndaşlarla göstərdikləri xidmətin təşkilindən və onlara götərilən diqqət və qayğıdan razı qaldığını bildirərək, gözəl xidmətin təşkilinə görə ilk öncə Pansionatın direktoru Pərvanə xanım Hacıyevaya, həkimlərə və tibb başılarına öz təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edən digər şəxslər müxtəlif təklif və tövsiyələrini bildirdilər


Kateqoriya : SOSİAL Baxış sayı : 600

QHT və MEDİA

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...