CƏMİYYƏT
A- A A+

Erməni politoloqdan İrəvanın mərkəzində jurnalistlərə şillə kimi CAVAB - “Qarabağ Azərbaycanındır, işğal etmişik”

2018-08-02 08:05:05

“Erməni Milli Konqresi” partiyasının üzvü Zoya Tadevosyan İrəvanda keçirilən mətbuat konfransında Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasının vacibliyindən danışıb

Fikirləri ilə erməni ictimaiyyətində qalmaqala səbəb olan Tadevosyan “bu auditoriyada oturanların hamısı yaxşı anlayır ki, bu ərazilər işğal edilib” deyə bildirib.

“Qarabağ müharibəsi zamanı ələ keçirilən bu əraziləri biz azad edilmiş ərazilər adlandırırıq, lakin bu ərazilərin tutulduğunu hamımız bilirik”, - deyə o bildirib.

Jurnalistlərdən biri “bu bəyanat ərazilərin işğal edildiyi deməkdir” sualına erməni siyasətçi sualla cavab verib: “Bu torpaqlar ermənilərindir?”

Daha sonra erməni siyasətçi ərazilərin Azərbaycana qaytarılmasının vacibliyini qeyd edib.

“Kimsə məndən inciməsin, bu məsələləri mən həll etmirəm. Bu məsələ danışıqlar masasında müzakirə olunur. Əgər münaqişənin həlli ərazilərin qaytarılmasını tələb edirsə, bunu etməliyik. Erməni tərəfi bu əraziləri azad edilmiş hesab edir, lakin beynəlxalq ictimaiyyət bu əraziləri işğal edilmiş adlandırır”, - deyə o bildirib.

Jurnalistlərdən biri isə ona “siz “Qarabağ xalqı”nın fikrini soruşmusunuz” sualına Tadevosyan belə cavab verib: “Mən heç kimdən heç nə soruşmuram, mən faktı təsdiq edirəm”.

Qeyd edək ki, Tadevosyanın üzvü olduğu “Erməni Milli Konqresi” partiyasının lideri, keçmiş prezident Levon Ter-Petrosyan da münaqişənin ərazilərin Azərbaycana qaytarılması çərçivəsində həll edilməsi ilə bağlı zaman-zaman fikirlərini gündəmə gətirib.(publika)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 195

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...