2018-08-01 10:50:08 | TƏDQİQATLAR-ANALITIKA
Dünya bir meyar üzərində qurulub

Dünya bir meyar üzərində qurulub. Onun adı "Ədalət"dir. Əks halda yaşadığımız Yer kürəsi bu qədər uzunömürlü olmazdı

Əgər bu planetin ədalət, balans və harmoniya məfhumlarından ibarət müvazinəti zərrəcə pozularsa, həyat məhv olmaq təhlükəsi ilə üzləşər və bəlkə də, hər şey alt-üst olar. Yaradan, Tanrı, Allah üçün də hər hərəkətin, əməlin, münasibətin yeganə ölçü vahidi ədalət prinsipinə sədaqətdir. Hətta uca Allah da Yer üzündəki bütün problemləri yalnız və yalnız bu prinsipin tələblərinə əsaslanaraq həll edir. "Allah hər şeyə qadirdir, nə vaxt nə istəsə edə bilər" ifadəsini gündə bir neçə dəfə işlədirik. Amma bir məqamı nəzərdən qaçırırıq ki, Allah da özünü müəyyən çərçivədə hiss edir. Onun da əməlləri müəyyən sərhədlər daxilindədir. Məsələn, insanlara qarşı münasibətdə o, heç vaxt göndərdiyi müqəddəs Qurani-Kərimdə yazılanlardan kənara çıxmır. Deməli, O, bizimlə münasibətini öz qoyduğu qanunlar çərçivəsində qurur. Bu qanunların ən əsası ədalət prinspidir. Təsadüfi deyil ki, biz çox zaman çətinlik qarşısında aciz qalanda "Allah bilən məsləhətdir" deyib təslim oluruq. Ən böyük dərdimizi ona həvalə edir, onu vəkil edirik. Çünki ədalətinə inanırıq. Hər kəsdən gizlətdiyimiz sirrimizi söyləyir, çətin problemlərimizin həllində Ondan kömək istəyirik. Allaha olan ümidimizi heç vaxt itirmirik. Bütün bunlar insanla Allah, Yerlə Göy arasındakı münasibətlərdir. O, gözə görünməsə də, bizimlə əlaqəyə girməsə də, varlığı ilə təsəlli tapır, ruhən dincəlir, mənən paklaşırıq.

Son illərdə Yaxın Şərqdə, Əfqanıstanda gedən qanlı müharibələrin, münaqişələrin, vətəndaş qarşıdurmalarının, fəlakətlərin hardan qaynaqlandığını hamımız yaxşı bilirik. Amma bu müsibətlərin qarşısını almaq iqtidarında olanlar alovu söndürmək əvəzinə, onu daha da alışdırırlar. Bu xoşagəlməz olayların baş verdiyi ölkələrdə yaşayanlar başlarına gələn müsibətlərin səbəbkarlarını tanısalar da, mövcud vəziyyət qarşısında acizdirlər, nə edəcəklərini, bu vəhşilikdən necə qurtulacaqlarını anlaya bilmir və sonda müharibəni törədənlərin ölkələrinə uz tuturlar. Kobud tərzdə desək, çıxılmaz vəziyyətdə qalıb "qatil" ölkələrə pənah aparırlar. Bu, normal hal deyil, məntiqə, insanlığa, vicdanın səsinə və etirazına cavab vermir. Görəsən, onları Avropaya, ABŞ-a getməyə məcbur edən hansı hisslərdir? Əlbəttə, milyonlarla qaçqının içərisində nifrət hissi, terror törətmək niyyəti olanlar da az deyil. Lakin mütləq əksəriyyəti Avropaya yönəldən, çoxlarını dəniz heyvanlarına yem edən başqa vacib amil var: İMAN. Allaha - ədalət hakiminə olan inam. Onlar anlayırlar ki, qarşısında aciz qaldıqları caniləri Allah nə vaxtsa mütləq cəzalandıracaq. Haqq-hesab dünyasında hər əməl ədalət tərəzisinə qoyulacaq və cinayət törədənlər - baş kəsənlər, şəhərləri, kəndləri viran edənlər və onların himayədarları, maliyyə və silahla təmin edənlər Ədalət məhkəməsi qarşısında cavab verəcək, layiqli cəzalarını alacaqlar. Əsas səbəb budur - Allahın təqdirinə, mükafatına və əlbəttə ki, ən əsası, cəzasına olan mütləq inam.

Təəssüflər olsun ki, Avropa siyasətçiləri bu psixoloji amili nəzərə almadan qaçqınların inam və iman hissinə - geydikləri hicaba, saxladıqları saqqala, qıldıqları namaza, tutduqları oruca qarşı mübarizə aparmağa cəhd göstərir, millətçi-şovinist əhval-ruhiyyəli vətəndaşlarını dəstəkləyir, qaçqınlara qarşı yönəlmiş cəmiyyətlərin, birliklərin yaranmasına rəvac verirlər. Onlar dərk etmirlər ki, müsəlman qaçqınların Allaha inamını məhv etməklə Avropanın süqutunu sürətləndirirlər. Hər şeyini itirmiş imansız insanlar vəhşiləşə və ədalət məhkəməsini, axirət gününü gözləmədən özləri öz qisaslarını ən sərt şəkildə ala bilərlər. Bu isə Avropada vətəndaş müharibəsi, terror aktları və açıq şəkildə silahlı qarşıdurmalar ilə nəticələnə bilər. Odur ki, nə olursa olsun, insanın, imanlı bir kəsin ümidini qırmaq çox təhlükəlidir. Bu dəhşətli faciələrə gətirib çıxara bilər. Bu, illüziya deyil, reallıqdır. Avropa qitəsi Yaxın Şərq kimi müharibə alovuna düçar ola bilər. Avropalılar bunumu istəyirlər?! Əmin olun ki, bu, bəşəri fəlakətə çevrilə bilər. Bu faciənin qarşısını almaq üçün insanların imanı toxunulmaz olaraq qalmalıdır. Bu, ilahi ədalətin yerdəki təzahürüdür, bünövrəsidir, xeyir-şər tərəzisidir. Eyni sözləri ilahi ədalətin Yerdəki prototipi olan ədalət məhkəməsi barəsində də söyləmək olar. Nahaq yerə hakimlərə xalq hakimi, məhkəməyə isə ədalət məhkəməsi demirlər. Məhkəmə xeyirlə şərin mübarizəsində son nöqtəni qoyan yeganə, insanların hələ inamlarını tam itirmədikləri bir strukturdur. Polis, prokurorluq və digər hüquq-mühafizə orqanları yalnız əməliyyat işləri aparır, faktları, sübutları toplayaraq cinayət işini tamamlamaq məqsədilə son qərarı çıxarmaq üçün məhkəməyə göndərirlər. Hökm, son söz hakimindir. Məhkəmə ədalət məfhumunun ünvanı kimi yüz illərlə qalmaqdadır. Lakin son 20 ildə dünyada ədalət çox hücumlara məruz qalıb, siyasətin, maddiyyatın qurbanına çevrilib. Bu proses getdikcə daha da genişlənir, dərinləşir və bəzi hallarda siyasət alətinə çevrilir. Biz bunu əsasən kapitalizmin, demokratiyanın inkişaf etdiyi ABŞ-da, Avropa ölkələrində daha çox görür və məyus oluruq. Uzun illərdir bütün dünyaya demokratiya, ədalət, insan haqqları dərsi verənlər indi beynəlxalq hüquq və konvensiyaları, müqavilələri nəzərə almadan hər şeyi kapital qazandıran siyasətə qurban verirlər. Heç bir fakt, sübut göstərmədən insanları həbs edir, mühakimə edir və həbsxanalara salırlar. Minlərlə insan taleyi kapital-siyasət simbiozunun qurbanına çevrilir. Dünya ictimaiyyətini yalana inanmağa məcbur edərək, psixoloji təzyiqə məruz qoyurlar. Bu, artıq bəşəriyyətin ən böyük bəlalarından birinə, bəlkə də birincisinə çevrilib. İslamofobiya, şpionomaniya, rusofobiya, özündən razılıq, müştəbehlik, dünyanı idarə etmək niyyəti, hamını özündən asılı salmaq istəyi ədalətin bünövrəsini sarsıdan başlıca amillərdəndir.

"Ədalət pozulan yerdə bərəkət olmaz" deyib böyüklərimiz. Bu, tarixin süzgəcindən keçərək öz təsdiqini tapmış kəlamdır. İngiltərədə solsberi zəhərlənməsi maskaradı, idmançıların dopinq əhvalatları, hamının tanıdığı "WikiLeaks" saytının yaradıcısı Culiyan Assanjın guya 15 il öncə kimisə zorlamağa cəhdi, siyasi motivlərlə həbsə salınanlar - Avropa ölkələrində məhkum olunan keçmiş siyasətçilər, Ukrayna, Gürcüstan, Ermənistan, Moldova olayları və s. söylənilənlərə əyani nümunədir. Hələ Yaxın Şərq, Afrika, Latın Amerikası ölkələrində yaşananları demirəm.

Bəşər övladı gördüklərindən və yaşadıqlarından dərs çıxarmalıdır. Bu faciələrlə üzləşməmək üçün əlimizdən gələni əsirgəməməliyik. Mən istərdim ki, qeyd etdiyim iyrənc məqamlar bizim məhkəmə sistemimiz üçün yad ünsür olaraq qalsın. Buna nə dərəcədə nail olduğumuza isə gələn dəfə aydınlıq gətirəcəyəm. Hələ ki, özgələrinin səhvlərini deməklə kifayətlənək.

Rafiq ƏLİYEV

Baxış sayı : 1020
Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08