MƏDƏNİ
A- A A+

CNN: “Şəki: Azərbaycanın ipək yolu – karvanlar və xanlar şəhəri”

2018-08-01 09:10:33

ABŞ-ın CNN televiziya kanalının saytında “Şəki: Azərbaycanın ipək yolu – karvanlar və xanlar şəhəri” sərlövhəli məqalə yerləşdirilib

Məqalənin müəllifləri Morin Oheyr və Cəfər Almadhun yazırlar ki, nefti ilə şöhrət tapmazdan əvvəl, Azərbaycan öz ipəyi və ədviyyatının keyfiyyəti ilə məşhur idi. Avropa ilə Asiyanın kəsişdiyi məkanda, Xəzər dənizinin sahilində və Qafqaz dağlarının ətəyində yerləşən ölkə qədim ticarət marşrutlarının şəbəkəsi olan və Şərqlə Qərbi birləşdirən İpək yolunun mühüm hissəsi idi.

Diqqətə çatdırılır ki, İpək yolunun Azərbaycanın şimal-qərbindən keçən hissəsində yerləşən Şəki şəhəri XIX əsrin əvvəlində dünyada ipək istehsalı üzrə mərkəz olub. Çay daşları ilə döşənmiş küçələri və orta əsr memarlığı ilə seçilən Şəki müasir Azərbaycanın ən mənzərəli şəhərlərindən biridir. Şəkinin tarixi abidələrini təsvir edən müəlliflər qeyd edirlər ki, yüz illər bundan əvvəl İpək yolu boyu çoxlu mehmanxanalar vardı, bu gün Azərbaycana gələn turistlər isə XVIII əsrə aid olan və orijinal üslubda tikilmiş “Yuxarı Karvansara” otelində qala bilərlər. Əlavə edilir ki, 2017-ci ildə Azərbaycana 2,7 milyon əcnəbi turist gəlib ki, bu da rekord rəqəmdir.

Məqalədə bildirilir ki, Şəki Xan Sarayı şəhərin ən başlıca turizm məkanıdır. XVIII əsrdə tikilmiş bu ikimərtəbəli bina öz zəngin interyeri və eksteryeri ilə fərqlənir. Binanın içərisində çiçəklər, fauna, döyüş və ov səhnələri təsvirləri olan kompleks freskalarla bəzənmiş altı otaq var. Ticarət şəhərinin kosmopolit ruhuna uyğun olaraq, Şəki dini müxtəlifliyin uzun tarixinə malikdir. Bölgədə çoxlu kilsə və məscid var. Şəhərin şimalından bir neçə kilometr aralıda yerləşən Kiş kəndində tikintisi eramızın I əsrində başa çatmış bölgənin ən qədim məbədi var.

Beynəlxalq oxucu auditoriyası üçün yerli mətbəxin xüsusiyyətlərindən bəhs edən müəlliflər yazırlar ki, çörəklə yeyilən piti yeməyi yerli kulinariyanın özəl təamıdır, şəkər və qozdan hazırlanan halva isə bölgənin ən sevilən şirniyyatıdır. Şəhərin hüdudlarından kənardakı qədim İpək yolunu birləşdirən yollar isə yenə tacirlərlə doludur.

Məqalənin sonunda qeyd olunur ki, 2017-ci ildə Azərbaycanda elektron vizaların alınması prosesinin daha da asanlaşdırılmasından sonra Qafqazın bu guşəsinə gələn turistlərin sayı artıb.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 410

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...