SOSİAL
A- A A+

“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü düşərgənin bağlanış mərasimi olub

2018-08-01 09:00:54

.

Müdafiə Nazirliyinin və Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə nazirliyin Qusar rayonundakı “N” saylı hərbi hissəsində yaradılmış “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü ənənəvi yay düşərgəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Müdafiə Nazirliyinin məsul əməkdaşı Əfqan Əliyev, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, hərbi hissənin rəhbərliyi və digər qonaqlar iştirak ediblər. Tədbirdən əvvəl müvəkkil və digər qonaqlar hərbi hissədə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini dərin ehtiramla yad ediblər.

“N” saylı hərbi hissənin komandiri hərbi-vətənpərvərlik yay düşərgəsinin nəticələri barədə məlumat verib. Ombudsman tədbirdə çıxış edərək burada uşaqların layiq görüldüyü “Gənc Heydərçilər” adının əhəmiyyətindən danışıb, bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün geniş qeyd edildiyini xatırladıb.

Müvəkkil bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə digər böyük tarixi nailiyyətlərlə yanaşı, müsəlman Şərqində ilk demokratik respublikamızın Milli Ordusu da yaradılıb. Ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətini, o cümlədən onun ordu quruculuğu sahəsində mühüm fəaliyyətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, bununla əlaqədar paytaxtda və regionlarda silsilə tədbirlərin təşkili hər bir azərbaycanlının, o cümlədən zabit və əsgərlərin, xaricdə yaşayan soydaşlarımızın ürəyində fərəh və sevinc hissi yaşadır. Ombudsman son illərdə “Şahinlər” və “Gənc Heydərçilər” düşərgələrinin təşkil edilməsinin gələcəyin əsgər və zabitləri olacaq uşaqların intellektual, fiziki hazırlığının yüksəldilməsinə, onların vətənpərvərlik ruhunda, milli mənəvi dəyərlərə sadiq yetişməsinə, gümrah böyüməsinə töhfələr verdiyini qeyd edib və təşkilatçılara təşəkkür edib.

Düşərgədə hərbi qulluqçular uşaqları müasir hərbi texnika və sursatlarla tanış edib, silahlardan istifadə qaydalarını öyrədiblər. Tədbirdə uşaqlar zabit və təcrübəli təlimatçılardan öyrəndikləri idman tapşırıqları, habelə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım üzrə biliklər və bacarıqlarını nümayiş etdiriblər. Ombudsman tərəfindən hərbi hissəsinin komandirinə müvəkkilin xatirə medalı, habelə yay düşərgəsində könüllü kimi fəal iştirak edən uşaqlara sertifikatlar və xatirə nişanları təqdim olunub.

Eyni zamanda, müxtəlif idman növləri üzrə keçirilən yarışlarda fərqlənərək qalib gəlmiş uşaqlara, onlara təlim keçmiş və xidmət göstərmiş şəxslərə, habelə dəstə rəhbərlərinə təşkilatçılar tərəfindən mükafatlar verilib. Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin şəhid, qaçqın və məcburi köçkün, aztəminatlı ailələrdən olan üzvləri də düşərgədə iştirak edərək fərqlənib və mükafatlandırılıblar.


Kateqoriya : SOSİAL Baxış sayı : 200

QHT və MEDİA

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

CƏMİYYƏT

2018-12-12 09:40:41

CƏMİYYƏT
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan ...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...