QHT və MEDİA
A- A A+

Milli Mətbuatımızın yaranma və təkamül dövrünü izləyək

2015-07-22 09:15:30

1875-ci ilin 22 iyulunda görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzetində Azərbaycan milli mətbuatında xalqçılıq, millilik və bəşərilik məsələləri əsas tutulurdu

 Fəaliyyəti dövründə cəmiyyəti düşündürən, problemlərə yer ayıran, xalqın maarifdlənməsində əvəzsiz xidmət göstərən bu qəzetdən sonra onun ənnənələrini davam etdirən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin” və digər nəşrlərin də milli mətbuatımızın inkişafında böyük rolu oldu.

  Keçmiş Rusiya imperiyasında 24 türk mənşəli xalq var.

   Onların içərisində ilk qəzeti, operanı Azərbaycan xalqı yaradıb, milli-mədəni muxtariyyət, müstəqillik ideyasıbizə məxsusdu.Üzeyir Hacıbəyli “Siyasi imtahan” yazısında bunları qeyd edirdi və yazırdı ki, “millət də tarix, tale qarşısında imtahan verir”.

 İlki “Əkinçi” qəzeti”nin nəşri ilə başlayan Azərbaycan Milli Mətbuatı  140 il müddətdə böyük və keşməkeşli inkişaf yolu keçib. 19-cu yüzilin sonlarında, 20-ci yüzilin əvvəllərində məmləkətimizdə ictimai fikri formalaşdıran hər şeydən öncə məhz milli mətbuatımız idi.

 Gəlin tarixə dönək və Milli Mətbuatımızın yaranma və təkamül dövrünü birlikdə izləyək.

Çar Rusiyasında “Sensura haqqında qəti qanunu”ndan sonra mətbu nəşrin qeydə alınması çox çətin məsələydi. Çar idarələrindəki süründürməçilik, hərc-mərclik Həsən bəy Zərdabinin qəzet nəşr etdirmək arzusunu uzun müddət çin olmağa qoymadı. Zərdabinin rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu. Azərbaycan Milli Mətbuatının əsasını qoyan qəzetin adının “Əkinçi” olması, şübhəsiz ki, çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü.

   1875-ci ilin 22 iyulunda”Əkinçi” nin ilk sayı işıq üzü gördü.  Xalqa maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq, cəhalətə və mövhumata ağır zərbə vurmaq kimi şərəfli, şərəfli olduğu qədər də çətin bir missiya götürdü öz üzərinə Həsən bəy Zərdabi və onun məsləkdaşları.

   Həsən bəy “Əkinçi” nin ideya istiqamətlərinin 4 əsas şöbədə əksini tapacağını müəyyənləşdirmişdi. Daxiliyyə, əkin və ziraət xəbərləri, elm xəbərləri, tazə xəbərlər.  “Əkinçi”nin 6-cı nömrəsindən sonrasa qəzetdə məktublar şöbəsi açıldı və “məktubat” rubrikası altında məqalələr dərc olunmağa başladı.

 “Əkinçi” Bakıda dərc olunsa da tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi. Qəzeti Dağıstanda və Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular. “Əkinçi”nin sorağı Londona da gedib çıxmışdı. Bakıya gələn bir fransız müxbirisə Həsən bəyin təkbaşına qəzet çap etdiyini öyrənib onunla görüşür və deyir: “ Siz əsl qəhramansız. Bizdə elə bir yoxsul qəzetdə işləməyə razı olan bircə nəfər də tapılmazdı. Sizin enerjinizə heyranam. Görünür, öz xalqınızı ürəkdən sevirsiz”.

 Bu həqiqətən də beləydi...Rusiyada təhsil aldığı illərdə demokratik fikirli ziyalılarla ünsiyyət quran və dövrün mütərəqqi ideyalarını mənimsəyən Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin nəşrilə bu ab-havanı Azərbaycanda da görmək istəyir, xalqın tərəqqisini, məsələsini əsas məqsədi  sayan bu maarifpərvər ziyalı insan hüquqarını, azad söz problemini ön plana çəkirdi, xalqı fanatizmə və mövhumata  sürükləyənlərə qarşı çıxırdı.    

 Bəli, 140 il öncə “Əkinçi” o dövrün azərbaycanlısını dünyagörüşünü dəyişməyə, qonşu ölkələrdə və bütün dünyada baş verən mütərəqqi ideyalar barədə məlumatlanmağa, mədəni intibaha dəvət edirdi və bu yolda qəzetin rolu danılmazdı.

BöyükAzərbaycanmütəfəkkiri, filosofu, millidramatirgiyamızın əsasını qoyan Mirzə Fətəli Axundov “Əkinçi”nin nəşrini ilk alqışlayan, ona xeyir-dua verib məsləhətini bildirənlərdəndi.

19-cu əsr Şərq Klassik şerinin məşəl daşıyıcılarından olan Seyid Əzim Şirvaninin yaradıcılığında da “Əkinçi”nin müstəsna rolu var. Bu mətbu orqanın səhifələrində şairin 10-dan çox şeri işıq üzü görüb. Azərbaycan xalqının həyatında “Əkinçi”nin böyük rolu olduğunu şerlərində vurğulayan Şirvani “Əkinçi” qəzetini maarifçilik ideyalarının əsl xitabət kürsüsü adlandırırdı.

   Azərbaycan ədəbiyyatına mahir dramaturq kimi daxil olan Nəcəf bəy Vəzirov hələ tələbəlik illərindən “Əkinçi”nin səsinə səs verib, onun yaradıcı heyətinə qatılıb,  publisist məqalələrlə çıxış etmişdi.

 Əsgər ağa Gorani, Ələkbər Heydəri, İsa Sultan Şaxtaxtlı, Məmmədtağı Əlizadə Şirvani, Əlimədəd Abdullahzadə, Məmnun Əlqadari, Ələkbər Elmizadə kimi dövrün görkəmli şəxsiyyətləri  “Əkinçi”nin milli özünüdərk və maarifçilik xəttini qəbul edir, öz məqalələrini bu istiqamətdə hazırlayaraq oxuculara təqdim edirdilər.

“Əkinçi”nin 1877-ci ildə çıxan 20-ci sayının ilk səhifəsində belə bir elan vardı: “Biz xəstə olduğumuza görə ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq,onların nə vaxt çıxacağı da məlum deyil”. Məhz bu elanın çap olunduğu saydan sonra “Əkinçi” qapadıldı. Bunda azərbaycanlı əhaliyə düşmən münasibətilə seçilən  yeni Bakı qubernatoru Ruzinin də rolu vardı. Qəzetin cəmi 56 sayı işıq üzü gördü.

 “Əkinçi”ni bağlatmaqla kifayətlənməyib Həsən bəy Zərdabinin mətbu və ictimai fəaliyyətini dayandırmaqçün onu Bakı gimnaziyasından Yekaterinodar gimnaziyasına dəyişmək haqqında əmr verdilər.  Əslində bu Zərdabinin Azərbaycandan  sürgün edilməsi qərarıydı. Taleyini öz xalqıyla bağlayan Həsən bəy müəllimlikdən istefa verdi. Onun bu qərarı gimnaziya müəllimlərinə, xüsusilə də şagirdlərə çox pis təsir elədi. Çünki ilk azərbaycanlı gimnaziya müəllimi olan Zərdabi böyük nüfuz və hörmət sahibiydi.

    Müəllimlikdən istefa verdikdən sonra Həsən bəyi heç yerdə işə götürmədilər. O, həyat yoldaşı Hənifə xanımla birgə Bakını tərk edib 16 il doğma kəndi Zərdabda yaşadı. Bu illər ərzində böyük çətinliklərlə üzləşsə də maarifçilik missiyasından əl çəkmədi. Burda bir məktəb açıb kənd uşaqlarına dərs verdi, publisist fəaliyyətindən də qalmadı.Təkcə Bakıda, Tiflis

mətbuatında deyil,  Peterburq və Moskva qəzetlərində də məqalələrlə çıxış edirdi.

    1896-cı ildə Həsən bəy təkrar Bakıya qayıdıb əvvəlki ictimai -mətbu həyatını bərpa etdi. Rus və Azərbaycan dillərində çıxan qəzetlərə məqalələr yazaraq fəal əməkdaşlığa başladı, “Həyat”, “Kaspi” qəzetlərində müntəzəm yazılarla çıxış etdi Həsən bəy Zərdabi.

   Həsən bəy Zərdabi möhkəm iradəyə, qaynar və tükənməz enerjiyə sahib milli ziyalıydı.  O, ömrünün sonunadək xalqının savadlanmasına, hüquqlarının qorunmasına və Azərbaycan  mətbuatının, jurnalistikasının inkişafına xidmət etdi. Hətta ağır xəstə olan, güclə hərəkət edən fədakar ziyalı həyatının son günlərində,vəfatına bircə gün qalmış belə məsləyindən əl çəkməyib “Kaspi” qəzetinə  gedib, yeni nəşri hazırlayırmış.

   Həsən bəy ömrü boyu özüyçün yaşamadı, şəxsi mənfəətini güdmədi, xalqın səadətini hər şeydən üstün tutdu.

Həsən bəy Zərdabi Azərbaycan tarixində o nadir şəxsiyyətlərdəndi ki,oz xalqının inkişafı yolunda yorulmadan çalışdı,özündən sonra da təmiz, yüksək ehtirama layiq ad qoyub getdi.

Artıq 140 yaşını qeyd edən Milli Mətbuatımız böyük inkişaf yolu keçsə də, Həsən bəy Zərdabinin təməlini qoyduğu Əkinçi” ənənələrinə sadiqdi. Prezident İlham Əliyevin sərəncamıyla paytaxtımızda və məmləkətimizin müxtəlif bölgələrində Azərbaycan milli mətbuatının 140 illiyi münasibətilə keçirilən silsilə yubiley tədbirlərində çıxış edən ziyalılarımız dəfələrlə bu fikri vurğulayıb. Ziyalılarımız onu da xüsusi qeyd edib ki, bu gün, jurnalistlərimiz qarşısında Qarabağ həqiqətlərini dünyaya çatdırmaq kimi son dərəcə ciddi və  məsuliyyətli vəzifə dayanır. Jurnalist ilk növbədə  vətəninin təəssübünü çəkən vətəndaş, sonra peşəsinə sadiq jurnalist olmalıdı.
 Cənab prezidentin Azərbaycan milli mətbuatının inkişafında xidmətləri olan jurnalistləri mükafatlandırması milli mətbuatımıza  verilən yüksək qiymətin göstəricisidi. Mükafat alan bütün həmkarlarımızı səmimi qəlbdən təbrik edirik. Milli Mətbuat Günümüz mübarək, dostlar!

  Rübabə  Səməndər

 
 
 
 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 771

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...