SOSİAL
A- A A+

“Cümhuriyyət Qurucuları” kitabı haqqında bir neçə söz

2018-07-30 18:50:49

Azərbaycan tarixinin şərəfli səhifələrindən biri Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdür. Bu şərəfli səhifə bir neçə amillərlə bağlıdır

Əvvəla e.ə. III-II minillikdən başlayan dövlətçilik tariximizdə mövcud olan dövlətlərin paytaxtları və adları müxtəlif olmub. Tarixdə ilk dəfə paytaxtı Bakı, adı Azərbaycan olan dövləti Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları yaradıblar. İkincisi, Cümhuriyyətə qədər mövcud olan dövlətlər ayrı-ayrı tayfalar və ya sulalələr tərəfindən yaradılıb. Ancaq Cümhuriyyət millətin müxtəlif təbəqələrinin içərisindən çıxmış, Vətənimizin müxtəlif bölgələrini təmsil etmiş ziyalılar tərəfindən sahibkarların da bir qisminin yaxından köməkliyi sayəsində yaradılıb. Bu səbəbdən Cümhuriyyət hamı tərəfindən milli dövlət kimi qavranılır, qəbul edilir və sevilir. Üçüncüsü, Cümhuriyyət müsəlman və türk dünyasında ilk parlamentli Respublikadır.

Tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun bu yaxınlarda çapdan çıxmış “Cümhuriyyət qurucuları” kitabı məhz belə bir dövləti yaradanların həyat və fəaliyyətinə həsr edilib. Olduqca maraqlı olan kitabda Cümhuriyyəti quran və onun möhkəmlənməsində, ayrı-ayrı sahələrin inkişafında böyük xidmətləri olan 59 nəfərin həyat və fəaliyyəti işıqlandırılıb. Müəllif çox haqlı olaraq dəyərli əsərini M.Ə.Rəsulzadənin fəaliyyəti bəarədə məlumat verməklə başlayır. O, burada geniş oxucu kütləsi üçün az məlum olan xeyli yeni məlumatlar vermiş, bir sıra fakt və fotoları ilk dəfə elmi dövriyəyə cəlb etmişdir. Nəsiman müəllim cəmi 25 səhifəlik yazıda Cümhuriyyətin qurulmasında, azərbaycançılığın elmi konsepsiya halına salınmasında M.Ə.Rəsulzadənin rolunu və əhəmiyyətini olduqca dəqiq faktlarla oxuculara çatdırmağı bacarmışdır. Onun Cümhuriyyətin digər qurucuları haqqında yazıları da yüksək elmi səviyə və sevgi ilə qələmə alınmışdır.

Nəsiman müəllim əsəri yazarkən mövzu ilə bağlı müxtəlif araşdırmaçıların yazıları ilə kifayətlənməmiş, Respublikamızın o cümlədən, Türkiyənin, Polşanın dövlət arxivlərindən, şəxsi arxivlərdən səmərəli formada istifadə etmişdir. Əsərin maraqlı yerlərindən biri də əlavələr adlanan hissəsidir. Belə ki, müəllif burada indiyə qədər oxuculara məlum olmayan xeyli yeni fotolar təqdim etmişdir. Maraqla oxunan bu əsər gərgin əməyin, uzunmüddətli elmi araşdırmaların nəticəsidir. Fikirmizcə, istedadlı alimin qələmindən çıxan bu əsər də Cümhuriyyət sevərlərə, obyektiv tarix sevərlərə gözəl bir hədiyyədir. Çap olunmasından qısa bir müddət keçməsinə baxmayaraq, xeyli sayda insanların bu maraqlı kitabı haradan və necə əldə etmək barədə sualları da bizi belə qənaətə gətirmişdir. Təəssüf ki, olduqca nəfis şəkildə çap olunan bu dəyərli əsərin tirajı az olduğu üçün Azərbaycanın XX əsr tarixi, Cümhuriyyət dövrü ilə maraqlanan mütəxəssislər, tarix, diplomatiya, beynəlxalq münasibətlər üzrə təhsil alan tələbələr, milli, demokratik, hüquqi dövlət quruculuğu prosesini öyrənmək istəyən insanlar üçün tələbatı ödəməkdən uzaqdır.

Boran ƏZİZ


Kateqoriya : SOSİAL Baxış sayı : 815

QHT və MEDİA

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

2020-06-01 08:10:21

QHT və MEDİA
Fransa mediası 28 May Respublika Gününə...
Fransa mediası 28 May Respublika Gününə...

Fransanın “Agoravox” portalında “Rusiya və Azərbaycanın qeyri-adi tarixi “ ad...

CƏMİYYƏT

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...