SİYASƏT
A- A A+

Türkiyəli jurnalistlər Bakı təəssüratlarından yazırlar

2018-07-28 10:20:18

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və milli mətbuatımızın yaranmasının 143 illiyi münasibətilə iyulun 21-də Bakıda keçirilmiş Beynəlxalq Media Forumunda iştirak edən Türkiyə jurnalistləri ölkəmizə səfərlərinin təəssüratlarını oxucularla bölüşüblər.

Star, Yenişafak, Yeniakıt, Akşam, Aksutvhaber və digər mətbu orqanlarda maraqlı yazılar dərc edilib, forum barədə videomateriallar yayılıb. Jurnalistlər səfər təəssüratlarını sosial şəbəkələrdə də bölüşüblər. “Yeni akıt” qəzetində mövzu ilə bağlı üç yazı dərc olunub. Yazılarda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşdən, forumda müzakirə olunan aktual məsələlərdən bəhs olunur. Jurnalist Hasan Öztürkün “Yeni Şafak” qəzetində dərc edilən məqaləsində də türkiyəli jurnalistlərin Bakıda keçirdikləri görüşlər, forum barədə məlumat verilir. Tanınmış jurnalist Emin Pazarcının “Akşam” qəzetində dərc olunmuş “Ayrılırmı könül candan...” adlı məqaləsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Qafqaz İslam Ordusunun rəşadəti, Azərbaycan milli mətbuatının yaranması, eləcə də 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycan xalqının Türkiyə dövlətinin yanında olması ilə bağlı fikirlər yer alıb. Xatırladaq ki, forumda iştirak etmək üçün Türkiyənin 40-dan çox jurnalisti Azərbaycanda olub.(Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 478

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...