SİYASƏT
A- A A+

Rufiz Qonaqov: "Paşinyanın bəyanatları qorxu içində səsləndirilmiş bəyanatlardır"

2018-07-27 18:45:27

.

"Ermənistanın küçə meydanından birbaşa hakimiyyətə gələn baş naziri hal-hazırda çox çaşqın bir vəziyyətdədir. Paşinyanı hakimiyyətə gətirən xalq ümid edirdi ki, o, erməni xalqının sosial problemlərini həll edəcək. Lakin bu gün Ermənistanın boşalmış büdcəsi və Paşinyanın siyasətdə naşılığı xalqın sosial problemlərini həll etməyə imkan vermir. Sarkisyan ölkədə ki, sosial gərginlik vəziyyətindən fikiri yayındırmaq üçün hər dəfə Dağlıq Qarabağla bağlı cəfəng fikirlər ortaya atırdı. Biz bu gün Paşinyanın təcrübəsiz siyasətində də bu addımı görürürük". Bu fikirləri Olaylar.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov deyib.

O bildirib ki, Paşinyanın apardığı dırnağarası siyasətdə fərqli cəhət odur ki, hakimiyyətə gəldiyi zaman Azərbaycanla hər hansı bir danışığa getmək istəmirdi. Ancaq bu gün bunun əksini söyləyərək Azərbaycan prezidenti ilə danışıqlara getmək istədiyini bildirir: "Paşinyanın həyat yoldaşı sülh naminə çağırışlar edərək müharibə etmək istəmədiyini bildirib. Əgər belədirsə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilsin".

Politoloq qeyd edib ki, bu gün bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın müstəqilliyini tanıyır. Paşinyan başa düşür ki, danışıqlar əgər tez bir zamanda bərpa olmasa Azərbaycan ordusu ən qısa zamanda hərb yolu ilə öz torpağını azad etmək məcburiyyətində qalacaq. "Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatları cəfəngiyyatdan ibarətdir. Bütün bu bəyanatlar qorxu içində səsləndirilmiş bəyanatlatdır". Siyasi ekspertin sözlərinə görə, Ermənistanda Paşinyana qarşı keçirilən aksiyalar da öz növbəsində göstərir ki, parlamentdə 6%-ın dəstəklədiyi qurumun rəhbəri olan bu şəxs nə qədər çox istəsə də, hakimiyyətdə uzun müddət qala bilməyəcək.

Rufiz Qonaqov vurğulayıb ki, Azərbaycanın silahlı qüvvələri son olaarq Cünnüt əməliyyatı ilə ordusunun gücünü bir daha sübut etdi: "Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq səbirsizlikə gözləyir ki, danışıqlar prosesi bərpa olunsun. Əgər bu proses sülh yolu ilə bərpa olmayacaqsa cənab prezidentin də qeyd etdiyi kimi ordumuzun gücü hesabına nəyinki Qarabağı hətta tarixi torpaqlarımızıda azad edə bilərik".

Nigar Orucova


Kateqoriya : SİYASƏT Baxış sayı : 1714

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...