CƏMİYYƏT
A- A A+

Bolqarıstan KİV-ləri Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında yazır

2018-07-27 09:35:30

Bolqarıstanın nüfuzlu KİV-ləri 2014-cü ildə yaxınlarının məzarlarını ziyarət edərkən ermənilər tərəfindən qanunsuz həbs olunmuş azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqlarından yazır

Ölkənin aparıcı “Standart” qəzetində “Dağlıq Qarabağda həbs olunmuş azərbaycanlılar üçün azadlıq tələb olunur’’ sərlövhəli xəbər dərc edilib. Xəbərdə 1993-cü ildə doğma torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində məcburi köçkünə çevrilmiş D.Əsgərov və Ş.Quliyevin 2014-cü ildə öz ata-baba yurdlarını ziyarət edərkən Ermənistan əsgərləri tərəfindən əsir götürüldükləri, digər Azərbaycan vətəndaşı Həsən Həsənovun isə öldürüldüyü qeyd olunur. 2016-cı ildə D.Əsgərov və Ş.Quliyevin hüquqlarını müdafiə komitəsinin yaradıldığı bildirilərək məsələ ilə bağlı BMT-nin insan hüquqları üzrə ali komissarına, Rusiya Prezidentinə və Rusiyanın Azərbaycandakı səfirinə müraciətlərin edildiyi vurğulanır. 2017-ci ildə Ukraynanın Milli Qəhrəmanı və deputat Nadejda Savçenkonun D.Əsgərov və Ş.Quliyevə dəstək bəyanatı yayması və beynəlxalq səviyyədə müdafiəsinə qoşulacağını bildirməsi barədə məlumat verilərək D.Əsgərovun oğlu Kürdoğlu Əsgərovun 2017-ci il sentyabrın 11-12-də Varşavada ATƏT-in insan haqları ilə bağlı sammitində iştirakına diqqət cəlb edilir.

Yazıda girovların azad olunması istiqamətində Azərbaycan Xarici İşlər Nazirliyinin səylərinə də toxunulur, “Facebook” və “Twitter” sosial şəbəkələrində #freedilgam və #freeshahbaz həştəqlərindən istifadə olunmaqla D.Əsgərov və Ş.Quliyevə yardım göstərilə bilinəcəyi qeyd edilir. Sözügedən xəbər, həmçinin “Standart” qəzetinin rəsmi internet səhifəsində da yerləşdirilib.

Bolqarıstanın nüfuzlu “Focus” xəbər agentliyinin internet səhifəsində “Azərbaycan səfirliyi: Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin D.Əsgərov və Ş.Quliyevin taleyinə biganə qalmayacağına ümid edir” adlı xəbər yerləşdirilib. Xəbərdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma torpaqlarını və valideynlərinin məzarlarını ziyarət edən azərbaycanlı mülki şəxslər D.Əsgərov və Ş.Quliyevin girov götürülməsinin, H.Həsənovun isə qətlə yetirilməsinin iyulun 11-də 4 ilinin tamam olduğu bildirilir. Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz separatçı qurum tərəfindən uydurulmuş cinayət işi əsasında D.Əsgərovun “ömürlük”, Ş.Quliyev isə “22 illik azadlıqdan məhrum edildiyi” diqqətə çatdırılan xəbərdə D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsdən əvvəlki və sonrakı görüntülərinin onların erməni girovluğunda qeyri-insani rəftara məruz qalmalarını sübuta yetirdiyi bildirilir.

Girov götürülməni qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarına zidd olaraq, Ermənistan tərəfinin beynəlxalq səviyyədə götürdüyü öhdəlikləri kobud şəkildə pozmaqda davam etdiyi vurğulanan xəbərdə humanitar hüquq normalarına əməl olunmasına və mülki şəxslərin azad edilməsinə dair Azərbaycan tərəfinin çağırışlarına məhəl qoyulmadığı bildirilir. Xəbərdə D.Əsgərov və Ş.Quliyevin 1993-cü ildən bəri öz doğma torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nəticəsində məcburi köçkün həyatı yaşadığı, 20 ildən çox davam edən vətən həsrətinin onları işğal edilmiş torpaqlarını ziyarətə sövq etdiyi və onların öz doğma evlərini və valideynlərinin qəbrini görmək istəkləri oxucuların diqqətinə çatdırılır. Daha sonra D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsi və Ermənistanın onları azad etməkdən imtina etməsinin girovların yaxınlarının böyük üzüntüsünə, Azərbaycan ictimaiyyətinin isə haqlı narazılığına səbəb olduğu vurğulanır.

Azərbaycan tərəfinin mövqeyi olaraq Ermənistanın bu qeyri-humanist və qeyri-konstruktiv mövqeyinin münaqişənin sülh yolu ilə həllini daha da çətinləşdirdiyi qeyd olunur. D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanılmasının təcavüzün və işğalın nəticələrini möhkəmləndirməyə hədəflənmiş məqsədyönlü və etnik təmizləmə, eyni zamanda, yüz minlərlə azərbaycanlının qovulduğu evlərinə qayıtmaq, onların yaşamaq, azadlıq və təhlükəsizlik hüququnun qarşısının alınması siyasətinin açıq nümayişi olduğu qeyd edilir.

Sonda Azərbaycan tərəfinin beynəlxalq ictimaiyyətin girovluqda müxtəlif xəstəliklərə düçar olmuş D.Əsgərov və Ş.Quliyevin taleyinə biganə qalmayacağına və bu günahsız insanların dərhal azad edilməsi və öz ailələrinə qovuşması üçün Ermənistana təsir göstərəcəyinə ümid etdiyi vurğulanır.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 698

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...