SOSİAL
A- A A+

QHT Cənub bölgəsində növbəti tədbirini keçirib

2018-07-27 08:20:24

QHT–rəhbərlərinin iştirakı ilə Lənkəran şəhər Əlillərin Regional Bərpa Mərtəzində müalicə alan vətəndaşların müalicə prosesinin monitorinqi keçirildi

25 iyul 2018-cı il tarixində, Cənub bölgəsində, Əlil vətəndaşlara diqqət və qayğını gücləndirmək məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi layihəsini davam etdirir. “Əlilliyi olan vətəndaşların tibbi-reabilitasiyası və əmək fəaliyyətindəki imkanları ilə bağlı monitorinqlərin keçirilməsi” layi¬hə¬si çərçivəsində, QHT–rəhbərlərinin iştirakı ilə, Lənkəran şəhər Əlillərin Regional Bərpa Mərtəzində müalicə alan vətəndaşların müalicə prosesinin monitorinqi keçirildi.

Monitorinqdən sonra Mərkəzin iclas zalında, mərkəzdə müalicə alan vətəndaşlarla, tibb işciləri və Lənkaran şəhərində fəaliyyət göstərən QHT–rəhbərlərinin iştirakı ilə toplantı keçirildi. Toplantı Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının ərazi bütövlüyü uğrunda Şəhid olmuş suydaşlarımızın xatirəsi yad edilərək öz işinə başladı.

Tədbiri Bərpa Mərtəzinin direktoru Vəfa Şəbiyeva açaraq qonaqları və iştirakçılarını, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun və Lənkəran şəhər Əlillərin Regional Bərpa Mərtəzinin adından salamladı. Sonra Vəfa Şəbiyeva Mərkəz haqqında ətrafləı məlumat verərək bildirdi ki, 14 çarpayılıq olan Lənkəran Əlillərin Regional Bərpa Mərkəzi. Lənkəran şəhərində və həmçinin Astara, Lerik, Masallı, Biləsuvar, Yardımlı, Cəlilabad rayonlardan 30, 31, 32, 11 saylı TSEK-lərin göndərişləri əsasında əlillərə kompleks stasionar reabilitasiya xidməti göstərir.

Tədbirdə “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədr müavini və layihənin rəhbəri Məcid Məmmədov həyata keçirilən layihə haqqında danışdı. O, bildirdi ki, əsas məqsəd əlillərin Tibbi-Sosial Ekspert Komissiyalarına və rayon poliklinikalarında qanunda nəzərdə tutulmuş dövlət hesabına pulsuz müalicəvi sanatoriyalarına getmələri üçün köməklik göstərərək, onların müalicələrinini təşkil etməkdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Mərkəzləri ilə birgə əməkdaşlıq edərək, əlillərin işlədikləri idarələrdə və müəssisələrində yaranmış problemləri aradan qaldırmaqdan ibarətdir. Layihə, Bakının Sabunçu, Xəzər və Lənkəran şəhrində yerləşən İdarə və müəssələrdə çalışan əlilliyi olan işçilərin işləyib-işləməmələri və Əlillərin Bərpa Məkəzi, Xəzər rayonunun Şağan qəsəbəsində Müharibə əlillərinin Müalicə Sanatoriyası və Lənkəran şəhər Əlillərin Regional Bərpa Mərtəzlərində monitorinq apararıb əlill vətəndaşların müalicə prosiduralarına ictimai nəzarət edirik.

Azərbaycan Respub¬likası Prezident Administrasiyasının İctimai-siyasi məsəllər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev çıxış edərək xususi ilə vurğuladı ki, «Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və ve¬teran¬lara qay¬ğı göstərmək həm dövlətin həm də cəmiy¬yətin başlıca vəzifələ¬rin¬dən biridir!». Adları qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını ar¬tır¬¬maq məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərən¬camlar imzalanmışdır.

Rasim Mirzəyev çıxışının sonunda, Lənkəran şəhər Əlillərin Regional Bərpa Mərtəzində səliqə-səhmman və mərkəzin kolektivinin müalicə alan əlil vətəndaşlarla göstərdikləri xidmətin təkilindən və onlara götərilən diqqət və qayğıdan mənmum olduğunu bildirərək, gözəl xidmətin təşkilinə görə ilk öncə Mərkəzin direktoru Vəfa Şəbiyeva, həkimlərə və tibb bacılarına öz təşəkkürünü bildirdi.

Azərbaycan Respub¬likası “Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi”nin direktoru Sərraf Oruc çıxış edərək bildirdilər ki, Azərbaycan Qanununvericiliyə əsasən əlil vətəndaşlar ildə bir dəfə dövlət büdcəsi hesabına pulsuz tibbi-reabilitasiya kursu keçməli və pulsuz putyovkalarla müalicəvi sanatoriyalara göndərilərək orada müalicə olunmalıdırlar. Əlil vətəndaşlarımızın müalicələrini təşkil etmək məqsədi ilə dövlət hər il nəzərdə tutulan qədər vəsait ayırır. Amma təəsüflər olsun ki, əlillərin çoxusu heç bir dəfə də olsun ki, pulsuz tibbi-reabilatiyasiya kursu keçməmiş və putovka ilə müalicəvi sanatoriyalara göndərilərək orada müalicə ola bilmirlər. Əlillərin çox hissəsi bilmirlər ki, müalicəvi sanatoriyalarda müalicə olunmaları üçün hara və necə müraciət etsinlər.

Tədbir iştirak edən, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Lənkəran şəhər şöbəsinin sədrİ Əbülfət Əliyev Lənkəran şəhərdə yaşayan müharibə veteranları və şəhid ailləri haqqında statistik məlumat verərək bildirdi ki, Lənkəran şəhərində 1600 müharibə veteranı vardır. Bunlardan 287 Əfqanstan müharibəsi veteranı, 140 nəfər Qarabağ müharibəsi əlilidirlər. 11 20 yanvar əlili və 200 şəhid ailəsi vardır. Onlardan 5 nəfəri Azərbaycanin Milli Qəhranıdır. Bu insanlar hər zaman ilk növbədə Lənkəran şəhər İcra Hakimiyyətinin diqqət və qayğsı altındadırlar.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, görkəmli şair-ictimai publisist, jurnalist Mübariz Süleymanlı və “Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin Lənkaran şöbəsinin sədri, Azərbaycanın Milli Qəhrəman şəhid atası Hacı Ələkbər Əliyev, 20 yanvar Cəmiyyəti İctimai Birliyinin Lənkəran şöbəsinin sədri Yusif Abdullayev, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkaran şöbəsinin sədri İlham Qurbanov, Cernobl İctimai Birliyinin Lənkəran şobəsinin sədri Azad Ağayev və Mərkəzdə müalicə alan əlil vətəndaşlar çıxış edərək, Lənkəran şəhərində əlil vətəndaşlara göstərilən diqqət və qayğılarından danşdılar . Sonda tədbir iştirakçılarına, layihə çərçivəsində hazırlanmşı “Əlil vətəndaçların tibbi reabilitiyasası və əmək fəaliyyətlərindədi imtiyazları” haqqında maarifləndirmə kitabları paylanıldı.

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 472

QHT və MEDİA

2019-07-18 14:25:20

QHT və MEDİA
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-07-18 11:05:04

QHT və MEDİA
“Gənclik İlləri” adlı kitab təqdim olund...
“Gənclik İlləri” adlı kitab təqdim olund...

Tədbiri giriş sözü ilə acan Xurşudbanu Natavan adına kitabxananın müdiri Tura...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...