QHT və MEDİA
A- A A+

QHT fəaliyyətinin maraqlı məqamları – Fərasət Qurbanov yazır

2018-07-25 06:35:33

Vətəndaş cəmiyyətinin əsas institutlarından biri olan qeyri-hökumət təşkilatları ölkənin ictimai həyatında mühüm rola malikdirlər. QHT-lər ictimai həyatın ən fəal təbəqəsi olmaqla cəmiyyətdə mövcud olan problemlərə çevik reaksiya verir və onların həlli üçün ciddi səylər göstərirlər

Real QHT həyatı yaşayan, bu ictimai işin incəliklərinə dərindən bələd olan və ona qəlbən bağlı olanlar QHT fəaliyyətin nə qədər maraqlı və mənalı olduğunu yaxşı bilirlər. Bu gün cəmiyyətimizi QHT-lərsiz təsəvvür etmək mümkün deyil. Özünü ictimai problemlərin həllinə həsr edən, cəmiyyətdə mövcud olan ən kiçik məsələlərə belə biganə qalmayan bu təşəbbüskar insanların fəaliyyəti sözün birbaşa mənasında əsl fədakarlıqdır. Dövlətimiz də bu fədakar insanların təşəbbüslərini yüksək dəyərləndirir və onların reallaşmasına hər cür dəstək verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hər il QHT-lərin ictimai əhəmiyyətli yüzlərlə layihələrini dəstəkləyir. Qurumun icra orqanının rəhbəri olaraq həmin layihələr çərçivəsində QHT-lərin həyata keçirdiyi işlər haqqında hesabatları vəzifə borcu olaraq diqqətlə oxuyur və onların reallığa təsiri ilə yaxından maraqlanıram. Heç şübhəsiz, müxtəlif istiqamətlər üzrə həyata keçirilmiş bu layihələrin yekunlarında insanı duyğulandıran, qürurlandıran və düşündürən xeyli məqamlar var. Çox təəssüflə qeyd etmək istəyirəm ki, bəzən hesabatda qeyd olunan bir sıra məqamlar mediada öz əksini tapmayıb, ya da əksinə, mediada gedən maraqlı məlumatlar hesabata daxil edilməyib. Bununla əlaqədar Şura Katibliyi QHT-lərə müvafiq təlimatlar verir və zəruri konsultativ xidmətlər göstərir. QHT layihələri, onların mövzuları, ictimaiyyətlə iş, layihələrin idarə olunması, ümummilli məsələlərə çevik reaksiya, ictimai problemlərə yeni yanaşma metodları, tədbirlərin təşkili, nəticələrin ümumiləşdirilməsi və sair bu kimi məsələlərə növbəti yazılarımda bəhs etmək fikrindəyəm.

Bu yazımda QHT fəaliyyətinin ən mühüm prinsiplərındən biri olan kollegiallıq məsələsinə toxunmaq istərdim. Əlbəttə, bu heç də təsadüfi deyildir. QHT fəaliyyətini maraqlı edən, ona ictimai rəng qatan və onun əsl mahiyyətini ifadə edən məqam da məhz kollegiallıqdır. Bir qədər sadə formada ifadə etsək, QHT-nin seçkili orqanlarının, idarə heyətinin və nəzarət təftiş komissiyasının praktik olaraq fəaliyyət göstərməsi nəzərə tutulur. Fikrimcə, bu işin qismən də olsa təşkil edilməsi QHT həyatını çox maraqlı və məzmunlu edər, cəmiyyətin və digər tərəfdaşların QHT-lər olan inam və etibarı daha da artırar. Bu, həm də ictimai fəaliyyətlə bağlı böyük bir islahatın başlanğıcı ola bilər.

Fərasət Qurbanov

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı Direktoru


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 359

QHT və MEDİA

2019-05-18 10:35:39

QHT və MEDİA
Beynəlxalq Münasibətlərin Araşdırılması ...
Beynəlxalq Münasibətlərin Araşdırılması ...

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcə...

2019-05-16 07:55:17

QHT və MEDİA
Azərbaycanın ictimai-siyasi həyatında QH...
Azərbaycanın ictimai-siyasi həyatında QH...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri MDB PAA DİMBİ Bakı ...

CƏMİYYƏT

2019-05-17 22:25:16

CƏMİYYƏT
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan R...

2019-05-15 10:25:01

CƏMİYYƏT
Hikmət Şikarov: Nə xaricdə olan bəzi qü...
Hikmət Şikarov: Nə xaricdə olan bəzi qü...

Brüsseldə Avropa İttifaqının Şərq tərəfdaşlığı Sammiti ərəfəsində bəzi qərb d...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...