2018-07-26 06:30:04 | SİYASƏT
Müdafiə Nazirliyi: “Ölkənin bütün hava məkanının və xüsusi əhəmiyyətli obyektlərin təhlükəsizliyi tam təmin edilir”

.

“Son günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur”. Bunu APA-nın sorğusuna cavab olaraq Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar hərbi rejimin rəhbəri Levon Mnatsakyanın “lazım gələrsə, Mingəçevir SES-ə dərhal zərbə endiriləcəyi” barədə dediklərinə münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bəyan edib. Müdafiə Nazirliyi nəzərə çatdırıb ki, Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır: “Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir. Levon Mnatsakanyanın budəfəki absurd bəyanatına gəlincə, Azərbaycan hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin təhlükəsizliyini tam təmin edir. Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var ki, onlara zərbə endirəcəyimiz təqdirdə, həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq”.

Baxış sayı : 986
Prezident İlham Əliyev: "Şuşa bizim tarixi şəhərimizdir və biz bu şəhərə qayıtmışıq" 2021-01-27 19:00:42 “SOCAR Türkiyə Ar-Ge” tədqiqat və inkişaf mərkəzi birgə görəcəyi işlər 2021-01-27 19:05:02 "Beynəlxalq hüququn aliliyi qorunmur" - Hikmət Hacıyev 2021-01-27 12:25:23 Heiko Maas: Avropa Şurası Cənubi Qafqazda sabitliyin bərqərar olmasında, qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır 2021-01-27 08:35:25 Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlanacaq 2021-01-27 08:15:39 Ermənistanın düzəlişləri AŞPA tərəfindən rədd edildi 2021-01-27 07:50:29 ATƏT-in həmsədrlik institutu yeni reallıqları qəbul etməli və onlarla hesablaşmalıdır 2021-01-27 07:10:54 "Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir" 2021-01-26 18:40:43 "Kapital Bank" ASC-nin Lerik filialından cavab gözləyirik! 2021-01-26 17:15:58 Ədəbi fikir tariximizin böyük ziyalısının anadan olmasından 158 il ötdü 2021-01-26 10:05:32 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb 2021-01-26 09:05:48 Lütfi Zadənin 100 illiyik yubileyi qeyd ediləcək 2021-01-26 08:50:16 "ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər" 2021-01-26 08:15:49 Qarabağda torpaq islahatı üçün yeni mexanizm hazırlanacaq 2021-01-26 08:10:46 Prezident: “Regionda yeni imkanlar əməkdaşlığa geniş qapılar açır” 2021-01-25 19:20:14 İnkişafın Qarabağ modeli qurulacaq 2021-01-25 11:20:56 Ombudsman əsir və girovlarla bağlı hesabatı beynəlxalq təşkilatlara göndərib 2021-01-25 09:45:33 Vətən müharibəsi memorial kompleksi və Zəfər muzey 2021-01-25 08:40:03 Məhəmməd Cavad Zərif: İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur 2021-01-25 08:20:49 117 km-dən çox yol minalardan təmizlənib 2021-01-25 08:05:27 “Dostluq” yatağına dair Memorandum nəqliyyat-tranzit potensialını möhkəmləndirəcək” 2021-01-24 20:05:44 Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev 2021-01-24 09:25:25 “Komsomolskaya Pravda”da 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə dərc olunub 2021-01-24 09:15:43 "Ermənistan cəmiyyəti qisasla bağlı fikirlərdən əl çəkməlidir" 2021-01-24 09:05:37