SİYASƏT
A- A A+

Amerikalı ekspert ABŞ hökumətini Yerevana maliyyə yardımını dayandırmağa çağırıb

2015-07-21 09:45:28

Amerikanın “The Daily Caller” qəzeti Beqin-Sadat Strateji Tədqiqatlar Mərkəzinin eksperti, “Wikistart” Geostrateji Təhlil Agentliyinin baş analitiki Aleksandr Murinsonun “Əgər ölkəni sevirsənsə, onu azad et: Ermənistana yardımın dayandırılması haqqında düşüncələr” sərlövhəli məqaləsini dərc edib

Ekspert məqalədə Ermənistanın siyasi reallıqları, bu ölkənin ABŞ hökuməti tərəfindən Amerikanın tərəfdaşı rolunda düzgün qəbul edilməməsi haqqında yazır və bunu “kor-koranə dəstək” adlandırır.

A.Murinson yazır ki, elə yaxın vaxtlarda İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə qərarında Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistanın silahlı qüvvələrinin nəzarətində olduğunu bildirib. O qeyd edir ki, qonşu dövlətin ərazisinin Ermənistan tərəfindən işğalı çoxdan məlum olan bir faktdır ki, buna Amerika hökuməti layiqincə diqqət yetirmir. Əlavə olaraq, Riqada Şərq Tərəfdaşlığının sonuncu sammitində Avropa İttifaqı “Ermənistanın Avropa və Birləşmiş Ştatların maraqlarına münasib olmadığını” təsdiqləyib, onun Rusiya ilə münasibətlərdən hələ də asılı olduğunu bildirib.

Azərbaycan və Gürcüstan regionda gələcək qurduqları halda, Ermənistan Azərbaycana qarşı hərbi təcavüzü və bu ölkənin torpaqlarını işğal etməsi səbəbindən regionun enerji layihələrindən kənarda qalıb. A.Murinson qeyd edir ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazası mövcuddur. Həmçinin ölkənin bir çox strateji iqtisadi obyektləri, o cümlədən enerji, nəqliyyat, bank və telekommunikasiya sektoru əsasən Rusiya şirkətlərinin əlindədir.

Müəllif sonda bildirir ki, xarici siyasəti Amerika ilə bir araya sığmayan Ermənistan ABŞ-ın maraqlarına uyğun deyil. Ancaq Vaşinqtondan kifayət qədər maliyyə yardımı alır. Buna görə də ABŞ Ermənistana münasibətdə ölçü götürməlidir.

 

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:http://dailycaller.com/2015/07/16/if-you-love-a-country-set-it-free-the-case-for-cutting-aid-to-armenia/ .

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 707

QHT və MEDİA

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

2018-07-19 10:15:01

QHT və MEDİA
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...

Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Z...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...