SİYASƏT
A- A A+

"Ermənistanın səmərəli danışıqlar aparmaq niyyəti yoxdur"

2018-07-20 10:10:10

.

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səmərəli danışıqlar aparmaq niyyəti yoxdur. Trend-in məlumatına görə, bunu Azernews-a açıqlamasında rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib. O bildirib ki, münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin intensivləşməsi üçün ilk növbədə münaqişə tərəflərinin özlərinin danışıqlara hazır olması lazımdır: "Hazırda mən Azərbaycan tərəfindən fərqli olaraq, Ermənistan tərəfində səmərəli danışıqlar aparmaq arzusu görmürəm".

Ekspert vurğulayıb ki, problemin həlli üzrə danışıqlar prosesinə zəmanət verən ölkələri dəyişmək zəruridir: "Üçüncü ölkələrin qoşulması sülhün əldə olunması baxımından hər zaman müsbət məqam hesab olunur. Lakin fikrimcə, indiki vəziyyətdə danışıqlar prosesinə zəmanət verən ölkələri dəyişmək, formatı dəyişdirmək, yəni indiki halda səmərəsiz ölkələr kimi ABŞ və Fransanı kənarlaşdırmaq lazımdır. Regionda sülhə real zəmanətçi Rusiya, Türkiyə və İrandır. Məhz bu ölkələr Bakı və Yerevan arasında diplomatik konsensusun tapılmasına kömək etməlidir".

Y.Mixaylov, həmçinin Ermənistanın cari siyasəti ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, Ermənistanın siyasəti Moskva ilə əsrlik münasibətlərin pozulmasına istiqamətlənib ki, bu da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına, ümumilikdə regional təhlükəsizliyə təsir edə bilər: "Yerevan tam olaraq Qərbə yönələcəyi halda Moskva təhlükəsizlik planında Ermənistanın maraqlarını təmin edə bilməyəcək. Əgər Ermənistan hətta Rusiya hərbi bazalarının çıxarılmasına təkid etsə, o zaman Moskva böyük ehtimalla mühüm siyasi qərarlar qəbul edəcək. Mən Cənubi Qafqaz üzrə siyasətdə koordinatların tam dəyişdirilməsini nəzərdə tuturam. Bu, ilk növbədə, Ermənistanın düşmən adlandırdığı ölkə ilə mümkün yaxınlaşma və hərbi-siyasi ittifaqdır".


Kateqoriya : SİYASƏT Baxış sayı : 262

QHT və MEDİA

2019-02-21 09:30:11

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Bunu Trend-ə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəs...

2019-02-20 10:50:56

QHT və MEDİA
Xarici media Azərbaycan həqiqətlərindən ...
Xarici media Azərbaycan həqiqətlərindən ...

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavrit...

CƏMİYYƏT

2019-02-20 09:45:03

CƏMİYYƏT
Yaddaşımdakı Ağa Laçınlı
Yaddaşımdakı Ağa Laçınlı

Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz v...

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

İQTİSADİ

2019-02-21 10:00:56

İQTİSADİ
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...

Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir. Trend-...

2019-02-20 09:30:35

İQTİSADİ
"Xəzərin statusu barədə Konvensiya Xəzər...
"Xəzərin statusu barədə Konvensiya Xəzər...

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xəl...