QHT və MEDİA
A- A A+

Avropa Azərbaycanlılar Konqresinin prezidenti İspaniyanın Kataloniya muxtariyyətinin rəsmi şəxsləri ilə görüşüb

2018-07-20 09:00:47

Avropa Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov başda olmaqla bu qurumun idarə heyətinin üzvlərindən ibarət nümayəndə heyəti İspaniyanın Kataloniya muxtariyyətinin rəsmləri ilə görüşüb

Əvvəlcə İspaniya Müdafiə Nazirliyinin Kataloniyadakı nümayəndəsi, polkovnik Luis Qastuera Novella ilə görüş keçirilib. Tərəflər regional separatizm problemi ilə üzləşmiş iki dövlətin oxşar talelərini vurğulayıblar. Avropa Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fərqləndirici xüsusiyyətini qeyd edib və bildirib ki, qonşu dövlət Azərbaycanın suveren ərazisinin bir hissəsini işğal edib.

1988-1993 illər ərzində Ermənistan silahlı qüvvələri və onlara himayədarlıq edən dövlətlərin hərbi təcavüzü nəticəsində 1 miliyondan çox adam (ümumi əhalinin 15%-i) qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, azərbaycanın 20%-dən çox ərazisi işğal edilmişdir. Ermənistanda yaşayan 300 min nəfərə yaxın azərbaycanlı öz doğma yurdlarından son nəfərədək zorla qovulmuşdur. 700 minədək azərbaycanlı öz vətənində məcburi köçkün həyatı yaşayır. Qeyd olunan müddət ərzində 30 mindən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfərə qədər əlil olmuş, 4853 nəfər isə itkin düşmüş və əsir götürülərək amansız işgəncələrə məruz qalmışlar. Onların taleyi bu günədək məlum deyil. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, sosial-iqtisadi problemləri və Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vandalizimcəsinə dağıdılır.

Bu baxımdan, Kataloniya böhranı Madriddəki mərkəzi hökumət ilə separatist Kataloniya arasında tipik dövlətdaxili münaqişədir, Qarabağda isə bir ölkənin (Ermənistanın) digər ölkəyə (Azərbaycana) qarşı aşkar ifadə olunmuş təcavüzü ilə fərqlənən dövlətlərarası münaqişədən söhbət gedir. Təcavüzkar Ermənistan dövləti özünün guya bu münaqişədən uzaq olmasını sübut etməyə və işğal olunmuş regiondakı oyuncaq rejimi münaqişə tərəfinin “oyunçusu” kimi irəli verməyə çalışır. Pireney yarımadasında Kataloniya məhz belə oyunçudur. Buna görə də həmin iki münaqişə arasında paralellərlə bərabər prinsipial fərqlər də mövcuddur. İspaniyanın Kataloniya regionunun hərbi idarəsinin başçısı bu arqument ilə razılaşaraq qeyd edib ki, hər iki halda dövlətin ərazi bütövlüyü toxunulmaz olmalıdır.

“Benilüks” Azərbaycanlıları Konqresi sədri Elsevər Məmmədov çıxış edərək bildirdi ki, 26 ildən artıqdır ki, bu ədalətsiz müharibəyə dünya birliyi hələ də biganə yanaşır. Hazırda Qarabağda yaşayan ərazilərdə soydaşlarımız hər gün təhlükə altındadırlar. Güllə, mərmi atəşləri altında qorxulu, həyacanlı günlər yaşayarlar, dinc əhalimiz hər gün şəhid verir. Qarabağ vətəndaşlarının yaşlı nəsilinin çoxusu oz doğma dədə baba yurd-yuvalarından didərgin düşdükləri üçün bu dərdə dozə bilmədiylərindən onlar vaxtsız dünyalarını dəyişirlər. Dədə, babalarımızın bizə qoyduğları yurd yuvalarımız xarabalığa çevirilib, doğmalarımızın dəfn olunduqları məzrlıqlarımız insani hərəkətlərə sığmayan vəhşiliklərlə dağıdılımışdır.

Erməni dövlətinin beynəlxalq insan hüquqları normalarına məhəl qoymayaraq insani hərəkətlərə sığmayan vəhşiliyə və vandaliziminə hələ də beynəlxalq təşkilatlar göz yumur işlərini isə sadəcə bəyanatlar verməklə bitmiş hesab edirlər.

Kataloniya Muxtariyyətinin baş prokuroru Fransisko Baneres Santos ilə görüşdə sesessiyalı münaqişələrin tənzimlənməsində konstitusiyanın və qanunun aliliyi qeyd edilib. Prokuror bildirib ki, yaxın vaxtlarda erməni mafiyasının üzvlərinin tutulub saxlanması üçün əməliyyat keçirilib. Bir gün ərazində Kataloniyanın erməni mənşəli 142 sakini həbs edilib. Ən müxtəlif, o cümlədən ağır cinayətlər törədilməsində ittiham edilən bu sakinlər İspaniya Femidası qarşısında cavab verəcəklər. Sonra Kataloniya Ali Məhkəməsinin sədri Antonio Rekio Kordova ilə görüş olub. Bu görüşdə də tərəflər beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipinin aliliyi bir daha vurğulayıblar. Kordova başçılıq etdiyi idarənin işi barədə azərbaycanlı qonaqlara məlumat verib və onlar üçün Ali Məhkəmənin tarixi binasına ekskursiya keçirib. Hər üç görüşdə qonaqlar öz müsahiblərinə xatirə hədiyyələri – coğrafi baxımdan Kataloniyadan uzaq, lakin onunla oxşar taleli Azərbaycanın mədəniyyəti barədə Heydər Əliyev Fondunun nəşrlərini təqdim ediblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 346

QHT və MEDİA

2018-10-17 19:25:17

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatında növbəti...
YAP Pirallahı rayon təşkilatında növbəti...

17 oktyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təş...

2018-10-16 12:00:51

QHT və MEDİA
Agentliyin nizamnamə və strukturu təsdiq...
Agentliyin nizamnamə və strukturu təsdiq...

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Əqli Mül...

CƏMİYYƏT

2018-10-16 09:55:59

CƏMİYYƏT
30 illik Azərbaycan Respublikası Müharib...
30 illik Azərbaycan Respublikası Müharib...

Öncə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun İdar...

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

İQTİSADİ

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...