SOSİAL
A- A A+

Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək

2015-07-21 09:20:06

Təhsil Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyi münasibətilə respublika elmi-nəzəri və praktiki konfransı keçiriləcək

Akademiyanın elmi və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar İncəsənət Xadimi Gülnaz Abdullazadə AZƏRTAC-a bildirib ki, “Üzeyir Hacıbəyli – Azərbaycan bəstəkarlıq məktəbi XX-XXI əsrlərdə: ənənə və novatorluq, yeni cərəyanlar” adlı konfransda mədəniyyət və incəsənət xadimləri, elm adamları və akademiyanın professor-müəllim heyəti ilə yanaşı, bir sıra dövlət xadimlərinin də iştirakı gözlənilir. Belə ki, noyabr ayında keçiriləcək və iki gün davam edəcək konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor, Dövlət mükafatı və beynəlxalq müsabiqələr laureatı Fərhad Bədəlbəyli məruzə ilə çıxış edəcək. Daha sonra “Azərbaycan estrada mahnısında yeni təmayüllər”, “Söz və musiqi probleminin araşdırılması”, “Üzeyir Hacıbəylinin Azərbaycan himninin 1990-cı il mayın 28-də Bakı Musiqi Akademiyasında səslənmə tarixi”, “Müasir zamanda ümumtürk musiqi anlayışının aydınlaşdırılması və onun əhəmiyyəti”, “Ü.Hacıbəylinin bərpa və redaktə olunmuş bəzi əsərləri”, “Ü.Hacıbəylinin Azərbaycan xalq musiqisinin əsasları” kitabı və s. mövzularda məruzələr dinlənəcək.

 

Konfransda Üzeyir Hacıbəyli yaradıcılığı ilə yanaşı, Zülfüqar Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov, İsmayıl Hacıbəyov və Azərbaycanın digər görkəmli bəstəkarlarının əsərlərinə dair elmi məruzələr də səslənəcək.

 


Kateqoriya : SOSİAL Baxış sayı : 879

QHT və MEDİA

2018-09-25 09:35:20

QHT və MEDİA
Milli Məclis Ermənistan parlamenti ilə ə...
Milli Məclis Ermənistan parlamenti ilə ə...

Fact-info.az "Report"a istinadən xəbər verir ki, bunu görüşdə iştirak edən Mi...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-25 10:35:01

CƏMİYYƏT
"Xaçaturov gizli erməni planlarında KTMT...
"Xaçaturov gizli erməni planlarında KTMT...

Bu barədə Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ...

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...