QHT və MEDİA
A- A A+

Rauf Zeyni: “Sabitliyin pozulmasına, qarşıdurmalara yönəlmiş hər bir cəhdin qarşısı alınmalıdır"

2018-07-19 10:15:01

“İyulun 3-də və 10-da Gəncə şəhərində baş verən hadisələr bəzi təxribatçı qüvvələr və onların xaricdəki havadarları tərəfindən hazırlanan və ölkəmizdəki sabitliyə yönələn bir plandır”

Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Zeyni qeyd edib ki, Azərbaycanda çaxnaşma, insanların arasında çaşqınlıq yaratmağa çalışanlar ölkəmizin sabit inkişafından narahatlıq keçirənlərdir: "Təbii ki, bu, yolverilməzdir. Azərbaycan xalqı, cəmiyyəti hər zaman belə təxribatlara qarşı qətiyyət nümayiş etdirib. Ölkəmizin apardığı qətiyyətli və milli maraqlara əsaslanan xarici-daxili siyasi kursa mane olmağı planlaşdıranların arzuları növbəti dəfə puç oldu. Bir neçə gün öncə Prezident İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda da dövlət başçısı bildirdi ki, "bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq". Bir daha qeyd etmək istəyirəm ki, bu məsələdə günahı olanlar, terror və təxribat vasitəsilə ölkəmizdəki sabitliyi pozmağa çalışanlar ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan bu gün dünyada multikultural dəyərlərin qorunduğu sabitlik adası kimi xarakterizə olunur. Sabitliyin pozulmasına, qarşıdurmalara yönəlmiş hər bir cəhdin qarşısı alınmalıdır".

Milli QHT Forumunun prezidenti onu da bildirib ki, baş verənlər bir daha göstərdi ki, ölkəmizdə formalaşmış vətəndaş birliyi bütün problemlərin öhdəsindən gəlməyə hazırdır: "Azərbaycan xalqı bütövlük nümayiş etdirərək baş verənləri pisləyir. Biz də Milli QHT Forumu olaraq Gəncədə törədilmiş terror aktını, təxribatı qəti şəkildə pisləyirik, o cümlədən vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, hər zamankı kimi dövlətçiliyimizin keşiyində olduğumuzu bəyan edirik". (qhtxeber.az)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 145

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...