SİYASƏT
A- A A+

Prezident Sercio Mattarella: İtaliya radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri dəstəkləyir

2018-07-19 09:55:39

İyulun 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasında rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə görüşüb

Görüşdə Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete və Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının nümayəndəsi Mifodiy Efendiyev də iştirak ediblər.

Görüşdə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğu vurğulandı, ölkəmizdə bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı qeyd edildi. Allahşükür Paşazadə Azərbaycan ilə İtaliya arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirdi. Şeyxülislam qeyd etdi ki, Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında nümunəvi ölkə kimi tanınır, respublikamızda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa olunur və yeniləri inşa edilir. Bu işə dövlət fəal dəstək verir. Ölkəmizdə bütün dinlərin nümayəndələri üçün hərtərəfli şərait yaradılıb və dini abidələrə xüsusi qayğı ilə yanaşılır.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və ölkəmizdəki dini icmaların nümayəndələri ilə görüşündən məmnunluğunu vurğuladı. Prezident qeyd etdi ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər çox yüksək səviyyədədir, bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün ardıcıl işlər görülür.

Prezident Sercio Mattarella İtaliyanın Azərbaycanın dünyəviliyini və dini tolerantlığa olan hörmətini yüksək qiymətləndirdiyini xüsusi vurğuladı, radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri İtaliyanın dəstəklədiyini dedi. Görüşdə Azərbaycan ilə İtaliya arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.


Kateqoriya : SİYASƏT Baxış sayı : 418

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...