SOSİAL
A- A A+

“Azərbaycan münaqişənin beynəlxalq prinsiplər əsasında həllinə çalışır”

2018-07-19 09:05:28

“Azərbaycan dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri əsasında həllinə çalışır”

Bunu Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaranmasının 20-ci ildönümü münasibətilə keçirilən mərasimdə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, işğal olunan ərazilər azad edildikdən sonra ANAMA-nın üzərinə məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəraitdə qayıtmalarının təmin olunması kimi önəmli vəzifə düşəcək.

F.Ələsgərov ANAMA-nın fəaliyyətindən danışarkən vurğulayıb ki, fəaliyyət göstərdiyi 20 il ərzində ANAMA qarşısına qoyulan tapşırıqları yerinə yetirib və sıralarına peşəkar kadrlar cəlb edib, maddi texniki bazasını müasir standartlar səviyyəsində yüksəldib: “2017-ci ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı qısa müddət ərzində 3.5 milyon kvadrat metrdən çox ərazi minalardan təmizlənib.

ANAMA fəaliyyətə başladığı dövrdən bir çox beynəlxalq təşkilatla, eləcə də ayrı-ayrı dövlətlərin müvafiq strukturları ilə səmərəli əməkdaşlıq qurub, qarşılıqlı təcrübə mübadiləsi aparıb. Agentliyin yalnız Azərbaycan ərazisində deyil, başqa dövlətlərin ərazilərində də əməliyyatlara cəlb edilməsi onun əməkdaşlarının yüksək peşəkarlığının göstəricisidir. Minalardan təmizləmə peşəsinin sahibləri əksər hallarda həyat və sağlamlıqlarını təhlükə altına ataraq şərəfli və humanist vəzifələrini icra edirlər. Onların fəaliyyətinə ölkə rəhbərliyi tərəfindən də xüsusi diqqət yetirilir, Agentliyin maddi-texniki təchizatı gücləndirilir, əməkdaşları dövlət mükafatları ilə təltif olunur”. (Azadinform)


Kateqoriya : SOSİAL Baxış sayı : 527

QHT və MEDİA

2019-08-20 15:40:01

QHT və MEDİA
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənist...

2019-08-20 12:20:39

QHT və MEDİA
“Azərbaycanın müstəqillik şairləri” kit...
“Azərbaycanın müstəqillik şairləri” kit...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...