QHT və MEDİA
A- A A+

İtaliya mətbuatı Ermənistanın həmvətənlərimiz Dilqəm Əsgərovun və Şahbaz Quliyevin hüquqlarını pozmasından yazır

2018-07-18 08:25:25

.

Soydaşlarımız Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsinin 4-cü ildönümü ilə əlaqədar İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun (IREPI) prezidenti Domeniko Letizianın müəllifliyi ilə nüfuzlu “L’Opinione” qəzetində “Ermənistan və insan hüquqlarının pozulması” və “Agenzia Nova” xəbər agentliyi tərəfindən “Azərbaycan: vətəndaşlar Əsgərovun və Quliyevin girov götürülməsinin 4-cü ildönümü” adlı məqalələr dərc olunub.

Məqalələrdə 2014-cü il iyulun 11-də azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsindən, onların yanında olan Həsən Həsənovun isə qətlə yetirilməsindən dörd il keçdiyi, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan, Ermənistanın nəzarəti altında olan qondarma rejimin qanunsuz olaraq D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etdiyi bildirilir. Habelə sözügedən vətəndaşların insan hüquqlarına zidd rəftara məruz qaldıqlarını sübut edən görüntülərin mövcudluğu səbəbindən məsələnin beynəlxalq müstəviyə çıxdığı, o görüntülərin Ermənistan tərəfindən mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyası qarşısında götürdüyü öhdəlikləri kobud şəkildə pozduğunu sübut etdiyi vurğulanır. Bu xüsusda Ermənistanın Azərbaycan tərəfinin humanitar hüquq normalarına əməl olunmasına və saxlanılmış mülki şəxslərin tez bir zamanda azad edilməsinə dair çağırışlarına məhəl qoymadığı diqqətə çatdırılır.

Yazılarda Ermənistanın bu addımı qeyri-humanist bir addım kimi qiymətləndirilərək münaqişənin sülh yolu ilə həllinə çətinliklər yaratdığı, təcavüz və Azərbaycan torpaqlarının işğalını möhkəmləndirməyə istiqamətlənmiş məqsədyönlü siyasət yürütdüyü qeyd olunur. Məqalələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, habelə Xocalı soyqırımı barədə məlumat verilir və beynəlxalq ictimaiyyətin çağırışlarına, beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığı bildirilir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 247

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...