SİYASƏT
A- A A+

“Qaragen boynuna aldı ki, Azərbaycana qarşı təxribatlar aparır” – Şeyx

2018-07-18 07:00:01

“Gəncədə baş verən hadisələr bizi məyus edir və biz bu hadisəni terror adlandırırıq”

Məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Gəncə İmamzadə Dini Kompleksində QMİ-nin təşkilatçılığı ilə keçirilən müşavirədə deyib. A.Paşazadə qeyd edib ki, bu hadisə düşünülmüş şəkildə dövlət xadimlərinə, o cümlədən asayişi qoruyan insanlara qarşı törədilən bir terrordur: “Bu gün Azərbaycanın nailiyyətlərini, dünyada apardığı siyasəti, nüfuzunu gözü götürməyən qüvvələr var”.

A. Paşazadə hesab edir ki, burada ermənilərin əlaltılarının, “yoldaşları”nın əli vardır: “Bilirsiniz bunu nəyə görə deyirəm. Mən axırıncı dəfə Qaragenlə görüşəndə Partiarx həzrətləri ilə birlikdə idik, mən ona dedim ki, siz Azərbaycana qarşı bu qədər təxribatlar törədirsiniz, o dedi ki, siz çox inkişaf edirsiniz, varlı dövlətsiniz. O boynuna aldı ki, Azərbaycana qarşı təxribatlar aparır”.

QMİ sədri bildirib ki, Gəncə icra başçısına açılan atəş dövlətçiliyə açılan atəş idi: “Ona görə biz dindarlar bunu pisləyirik. Daha sonra insanların keşiyində dayanan iki polis zabitimizin şəhid olması bir daha göstərdi ki, bu məqsədyönlü şəkildə törədilən bir hadisə idi və Azərbaycanda iğtişaşlar törətmək istəyən, Azərbaycanın rifahını gözü götürməyən qüvvələrin işidir”.

A. Paşazadə əlavə edib ki, bu hadisədən sonra din xadimləri yekdilliklə bu hadisəni pislədilər: “Dindarlar da cəmiyyətin bir hissəsi kimi öz haqq səslərini qaldırdılar”. QMİ sədri əlavə edib ki, bu hadisəni törədənlər dindən istifadə edirlər: “Bu hadisələrin İslamla heç bir əlaqəsi yoxdur. Terrorçu heç zaman islamçı, dindar ola bilməz. Bir insan terrora əl atırsa, digər insanın həyatına qəsd edirsə, bu insan dindən uzaq insandır və ona qarşı ölçü götürülməlidir”. (trend)


Kateqoriya : SİYASƏT Baxış sayı : 613

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...