SİYASƏT
A- A A+

Əli Həsənov: “Milli iradəyə qalib gəlmək olmaz”

2018-07-17 09:10:14

2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin ikinci ildönümü ilə əlaqədar qardaş ölkənin Azərbaycandakı səfirliyində anım tədbiri təşkil edilib

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə iştirak edib. Əvvəlcə 15 iyul hadisələrindən bəhs edən film göstərilib. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral anım mərasimində çıxış edərək deyib ki, iki il əvvəl iyulun 15-də türk milləti kiminsə onun əvəzinə qərar verməsini qəbul etmədiyini bütün dünyaya elan etdi. O vurğulayıb ki, 15 iyul günü milli dastanımızdır. Heç kim türk millətini zəncirlə bağlaya bilməz. Hər kəs bilsin ki, bu millət hər zaman dövlətinə, vətəninə sahib çıxacaq. Səfir vurğulayıb ki, həmin gün plan quranlar İslam dinindən sui-istifadə etdilər. Azərbaycanda da İslam dinini bəhanə edərək terror törətməyə çalışan xainlər var. Hər kəs bilməlidir ki, Azərbaycan və Türkiyə bu ünsürləri həmişə əzib yox edəcək gücdədir. Prezidentin köməkçisi Əli Həsənov çıxışında bildirib ki, 2016-cı il iyulun 15-də Türkiyədə baş verən hadisələr Azərbaycanda da çox həyəcanla izlənildi. Biz Türkiyə hökumətinə dəstəyimizi göstərdik. “Bir millət, iki dövlət” kəlamı həmin günlərin sınağından şərəflə çıxdı. Biz sarsılmaz Türkiyə-Azərbaycan dostluğunu nümayiş etdirdik. Bir neçə gün əvvəl Gəncədə baş vermiş hadisələrə də toxunan Prezidentin köməkçisi bildirib ki, Gəncə hadisələri dövlətçiliyə əl qaldırmaq istəyən xainlər tərəfindən törədilib. Dinc insanlar arasında olan iki polis zabiti qətlə yetirildi. O zabitlər ölkəmizin tarixinə adlarını qızıl hərflərlə həkk etdilər. Türkiyədəki hadisə ilə Gəncədəki bu hadisə oxşar tarixdir. Əli Həsənov Türkiyədəki hadisələrin 20 Yanvar hadisələri ilə oxşarlığına da diqqət çəkərək deyib: “Sadəcə, Türkiyədə bu hadisəni törədənlər Türkiyə ilə əlaqəli olanlar idi. Bakıda isə əhalini qanına qəltan edənlər erməni, erməni xislətli yad əsgərlər idi. Hər ikisi milli iradəyə qalib gəlmək istəyirdi. Millətin üzərinə getmək olar, tanklar, hərbi təyyarələr qaldırmaq olar, amma milli iradəyə qalib gəlmək olmaz. Milli iradə ilə mili lider, iqtidar birlikdə olanda bu, mümkün deyil.


Kateqoriya : SİYASƏT Baxış sayı : 372

QHT və MEDİA

2019-05-22 21:50:37

QHT və MEDİA
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətin...

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...