TƏDQİQATLAR
A- A A+

SOYQIRIMLAR-TARIXI GERÇƏKLİK

2015-07-20 22:15:59

1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları

Ötən əsrin əvvəllərində erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Şamaxı, Qarabağ, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmiş, xalqımıza qarşı XX əsrin ən qanlı faciələrindən biri 1918-ci ilin mart-may soyqırımları törədilmişdir.

Ermənilər Azərbaycan bölgələrində azərbaycanlıları bir millət kimi yer üzündən silmək üçün dəhşətli, tarixdə analoqu olmayan cinayətlər ediblər. Onlar Türkiyə ərazisində də türklərə qarşı ağılasığmaz qətllər törədiblər. “The New York Times” 17 aprel 2005-ci il tarixli sayında yazırdı ki, Türkiyənin dövlət tarixi 1910-1922-ci illərdə qətlə yetirilmiş 523 mindən çox türkün siyahısını dərc etmişdi. Artıq tarixçilər də yeknəsək halda yox, sistemli şəkildə 1828-ci il 10 fevral tarixli bədnam “Türkmənçay” müqaviləsindən sonra o dövrün arxiv sənədlərinə əsasən ermənilərin İran, Türkiyə və yaxın Şərq ölkələrindən Azərbaycan torpaqlarına köçürülməsindən üzü bəri mərhələlərlə 1992-ci ilin 25-26 fevralında baş vermiş dəhşətli Xocalı faciəsinə qədərki dövrdə 2007-ci ildə aşkarlanmış 1918-ci ildə yaradılmış 93 il əvvəlin Quba kütləvi məzaqlığı da daxil olmaqla qətlə yetirdikləri azərbaycanlıların siyahısını açıqlayaraq beynəlxalq ictimaiyyətə təqdim etməli, yazıq, məzlum pərdəsinə bürünmüş vəhşi, terrorçu “erməniliyin” mahiyyətini bütün dünyaya göstərməliyik.

Son iki əsrdə (XIX- XX əsrlərdə) ermənilərin bu çirkin aksiyalarının ilk qurbanı yalnız bir millət-azərbaycanlılar olub. Ermənilər deportasiya və soyqırımı prosesini tələm-tələsik yox, müxtəlif tarixi şəraitlərdə və məqamlarda mərhələ-mərhələ, düşünülmüş plan və hazırlanmış ssenari əsasında həyata  keçirmişlər. Hətta onlar “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün saxta ideoloji tezislər də hazırlamışlar. Həmin tezislərə əsasən XIX əsrin 3-cü onilliyindən başlayaraq onların (ermənilərin –İ.Z.) Azərbaycan torpaqlarında məskunlaşdırılması əməliyyatının həyata keçirilməsində, erməni əhalisinin türklərə və azərbaycanlılara qarşı nifrət, şovinizm ruhunda tərbiyəsində rus imperiyasının hakim dairələrinin böyük yardımı və himayəsi olmuşdur.

Məlum olduğu kimi, Türkmənçay müqaviləsindən dərhal sonra erməni mənşəli rus zabiti X.Y. Lazarevin təklifi ilə Novruz bayramı günü imperator I Nikolay əsrlərdən bəri Naxçıvan diyarında yaşayan azərbaycanlılara bir növ “sürpriz etdi; 1828-ci il martın 21-də verdiyi fərmana görə İrəvan və Naxçıvan xanlıqları ləğv edilib, əvəzində Azərbaycanın bu qədim torpağında yeni inzibati bölgü-“Erməni vilayəti” (Армянская область) yaradıldı.

1828-1830-cu illərdə Türkiyədən 84 min 600, İrandan isə 40 min erməni köçürülüb Naxçıvan, İrəvan və kompakt halında Qarabağ ərazisində yerləşdirilmiş və onlara 200.000 desyatindən çox xəzinə torpağı ayrılmışdı.

Ümumiyyətlə, bu dövrdə rusların əlinə keçmiş Azərbaycan torpaqlarına 200.000 nəfərə yaxın erməni gətirilib yerləşdirildi.

Erməni şovinist dairələri hələ XIX əsrin əvvəllərindən başlayaraq Rusiyanın cənub regionlarında, Ukraynada, Qafqazda, eləcə də İran və Türkiyədə məskunlaşmış erməni əhalisini total şəkildə silahlandırmaq məqsədi ilə öz emissarlarını ABŞ-a, İngiltərəyə, Fransaya və digər ölkələrə ezam edir beynəlxalq ictimai fikri bir neçə ildən sonra “Böyük Ermənistan” ideyalarını gerçəkləşdirmək üçün törədəcəkləri dəhşətli soyqırımlara hazırlayırdılar. Məsələnin ən müdhiş cəhəti də o idi ki, erməni şovinizminin bütün bu cinayətkar aksiyaları imperiiyanın xüsusi xidmət orqanlarının nəzarəti altrında baş verirdi. Bunu son illər əldə olunmuş arxiv sənədləri də sübut edir. Onlar öz çirkin əməllərini həyata keçirmək üçün istər Çar Rusiyasının, istərsə də sovetlər birliyinin hakim dairələri ilə gizli sövdələşməyə girib iş birliyi qura bilmişdilər.

1885-ci ildə “Armenakan”, 1886-cı ildə “Hnçak” və 1890-cı ildə “Daşnaksütyun” partiyalarının yaradılması Azərbaycan türklərinə qarşı yönəlmiş bu mübarizənin yeni qanlı səhifələrini açdı. Bu partiyalar Anadolu və Azərbaycan türklərini məhv etmək, Türkiyə və Azərbbaycan torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaq kimi bir xülyanı qarşılarına məqsəd qoymuşdular.

Bu sərsəm ideyanın həyata keçirilməsi yolunda heç nədən çəkinməyən və getdikcə azğınlaşan ermənilər artıq XIX əsrin sonlarında terror aktlarına və qiyamlara əl atdılar. 1894-1896-cı illərdə Vanda ,Ərzurumda, Samsunda, Qarsda və digər yerlərdə təşkil olunmuş erməni qiyamları minlərlə günahsız türkün qətli ilə nəticələndi.

Ermənilər son 200 ildə dünyanın hər yerində dəhşətli qırğınlar törətdilər. Moskvadan Nyu-Yorka, Parisdən Lissabona, Cenevrədən Romaya, İstanbuldan Londona, Vyanadan Amsterdama, Madriddən Sidneyə, Belqraddan Beyruta, Kopenhagendən Vatikana, Frankfurtdan Brusselə... və nəhayət, Azərbaycanın bütün bölgələrinədək hər yerdə milliyyətindən, cinsindən, yaş həddindən asılı olmayaraq heç kəsə rəhm etməyiblər. Bütün cinayətlərdə ermənilərin qəddarlığı ön cərgədədir. Məşhur Amerika alimi Şamnel Uiniz “Ermənistan-terrorçu xristian ölkənin gizlinləri” əsərində nahaq yerə demirdi ki, “ermənilərin hamısı terrorçudur-alimi də, qocası da, cavanı da qadını da, uşağı da” 1. Azərbaycanda isə o mənfur millətin törətdiyi ağılasığmaz cinayətlərin sayı-hesabı yoxdur.

Belə cinayətlərin bir qismi XX əsrin əvvəllərində baş vermişdi. 1905-1907-ci illərdə çar Rusiyasının himayədarlığına sığınan ermənilər Azərbaycanı genişmiqyaslı qanlı aksiyalar meydanına çevirdilər. “Dənizdən-dənizə böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün 1905-ci ildə çar Rusiyasının köməyi ilə ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücuma keçdilər. Onlar azərbaycanlıları öldürür, evlərini yandırır, əmlakını talan edirdilər.

Tarixi sənədlərdə göstərilir ki, erməni quldur dəstələri 1905-1907-ci illərdə Bakıda, Tiflisdə, İrəvanda, Gəncədə, Qarabağda, Zəngəzurda azərbaycanlılara qarşı kütləvi şəkildə soyqırımı aktı həyata keçirdilər.2 Xaçpərəstlik amilindən məharətlə istifadə edən Zəngəzur, Vedibasar, Dərəçiçək, Göyçə, Qaraqoyunlu, Pəmbək, Qarabağ mahallarında azərbaycanlıların başını kəsir, diri-diri quyulara atıb üstünü daş-torpaqla örtürdülər.

1905-ci ildə qırğınları zamanı təkcə indiki Ermənistan adlandırılan Qərbi Azərbaycan torpaqlarında 350.000-dən artıq soydaşımız yerindən-yurdundan didərgin düşüb, dağa-daşa səpələnmişdi. 150.000-dən artıq azərbaycanlı qətlə getirilmişdi. Yurd-yuvasından qovulanlar Azərbaycanın digər bölgələrinə, İrana, Türkiyəyə və orta Asiya ölkələrinə qaçırdılar.Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan edilmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi dağıdılmışdı. Bu bədnam siyasət sonrakı dövrlərdə də ardıcıl olaraq həyata keçirilmişdi.

1917-1920-ci illər sözün əsl mənasında azərbaycanlıların sıyqırımı dövrü idi. 1918-ci ilin mart-may aylarında qırğınların ən dəhşətlisi törədildi. Ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirdilər. Onlar Bakı əhalisinə qarşı xüsusi qəddarlıq göstərdilər. Belə ki, 1918-ci ilin martında qatı millətçi, daşnak, Azərbaycan xalqının qəddar düşməni S.Şaumyanın rəhbərliyi ilə törədilən qırğın Bakı quberniyasını azərbaycanlılardan tamamilə təmizləyib, onu erməni-daşnak ərazisinə çevirmək siyasətinin özəyi idi. Millətçilik mərəzinə tutulmuş bu adam “Azərbaycan” sözü barədə eşitmək belə istəmirdi. O heç cür başa düşmək istəmirdi ki, Azərbaycan adlı ərazi, onun yerli əhalisi vardır, bu müstəqil bir xalqdır. Şaumiyanın başçılıq etdiyi və tərkibinin əksəsriyyətini ermənilərin təşkil etdiyi Bakı Soveti höküməti Bakıda bir silahlı dəstəsi  belə olmayan azərbaycanlılara qarşı kütləvi soyqrımına başlamaq üçün əlverişli məqam gözləyirdi. Hətta “Daşnaksütyun” partiyasının təpədən-dərnağa qədər silahlanmış və mindən artıq döyüşçüsü, həmçinin, birinci dünya müharibəsinin sona yetməsi ilə əlaqədar İran və Qərb cəbhələrindən geri dönən və həmin vaxt Bakı-Tiflis dəmir yolunun bağlanması üzündən Bakıda qalmış on mindən çox silahlı əsgər Şaumyanın hücum əmrinə müntəzir dayanmışdılar. Bolşevik-daşnak qüvvələrinin birləşdiyi Bakı sovetinin ixtiyarında Qırmızı ordu adı altında əksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə cəmlənmişdi.

1918-ci ilin martında Bakıda siyasi vəziyyət son dərəcə gərgin idi. Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat”ın böyük səs çoxluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat edirdi. Belə ki, seçkilərin nəticələri məlum olduğu kimi, qeyri-sosialist partiyaların ictimai rəydəki rolunun gücləndiyini göstərdi: Müsavat” 9617, eserlər 6305, bolşeviklər 3823, menşeviklər 687, daşnaklar 528 səs topladılar. S.Şaumyanın seçkiqabağı kompaniyada dolaşıqlıq yaratmaq istəməsi səbəbindən “Müsavat” ın fəhlələr içərisində kifayət qədər təbliğat aparmağa imkan tapmamasına baxmayaraq, Zabrat rayonu istisna olmaqla bütün neft-mədən rayonlarında keçirilmiş seçkilərdə “Müsavat” partiyası qalib gəldi.

Rusiyadakı 1917-ci il fevral inqilabından sonra Rusiyanın, eləcə də Zaqafqaziya və Azərbaycanın siyasi həyatında ciddi dəyişikliklər baş verdi. Azərbaycanda bir çox yeni siyasi partiyalar və təşkilatlar yaranmağa başladı. “Müsavat” partiyası Azərbaycanın siyasi həyatında mühüm rol oynayırdı. Gizli iş şəraitindən çıxdıqdan sonra çox qısa bir müddətdə bu partiya Azərbaycanın siyasi həyatının ən nüfuzlu qüvvəsinə çevrildi. 1917-ci il oktyarın 22-də Bakı sovetinə keçirilən seçkilər zamanı “Müsavat” partiyası səslərin 40 faizini toplayaraq, digər siyasi partiyaları xeyli geridə qoydu. Özünü xalqın mənafeyinin yeganə müdafiəçisi kimi qələmə verən bolşeviklər yalnız 15 faiz səs toplaya bilmişdilər. “Müsavat” ın bu qələbəsi onun təkcə milli ideyalar və amallar uğrunda mübarizə aparan bir partiya kimi fəaliyyət göstərməklə yanaşı, dövrün ən aktual probleminin həllində onun inqilabi demokratik mövqeyində durması ilə də sıx bağlı idi. Lakin “Müsavat” partiyasının Bakı Sovetinin tərkibinə daxil olmaması onun liderlərinin səhvi idi.

S.Şaumyan başda olmaqla bolşevik qüvvələri, Erməni Milli Şurası və “Daşnaksütun”un rəhbərləri Azərbaycanın milli-demokratik qüvvələrinə qarşı əsl müharibəyə başladılar. Bu zaman Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və zəif silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara “dərs vermək” üçün milli qırğına hazırlıq görürdü. Azərbaycanda milli hərəkatın genişlənməsi, milli-azadlıq carçısı olan “Müsavat” ın nüfuzunun artması “Böyük Ermənistan” xülyası ilə yaşayan daşnakları ciddi narahat edirdi. Daşnaklar mart qırğınını törətməklə “Müsavat” ın sosial bazasını, şəhərin müsəlman əhalisini məhv  etməyi planlaşdırmışdılar. Bu məqsədlə təxminən 5 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Beləliklə, “Qırmızı qvardiya” adı ilə yaradılan 10-12 minlik ordunun da 70 faizi erməni idi. Əsasən ruslardan ibarət olan Xəzər donanması içərisində xüsusi təbliğat işi aparılmışdı. Həmçinin, Şamaxı və Muğanda ehtiyat rus-malakan silahlı qüvvələri də yaradılmışdı. Bu hadisələrin fəal iştirakçısı olan “bolşevik” N.Əsriyants sonralar öz xatirələrində yazırdı: “1918-ci ilin fevralında T.Əmirov bizi yığıb bildirdi ki, S. Şaumyan və A.Caparidzenin tapşırıqlarını yerinə yetirməliyik. Ş. Şaumyan əvvəlcədən bizə xəbər vermişdi ki, gecə saat 1-də siqnal olacaq, bu xəbərdarlıq siqnalından sonra biz hücum edib “Müsavat” ın qərargahını tutmalı idik və belə də oldu”.

Bu cinayəti həyata keçirmək üçün bəhanə lazım idi. Bu məqsədlə “Evelina” münaqişəsi törədildi. Hacı Zeynalabdin Tağıyevin oğıu Məhəmmədin dəfn mərasiminə gəlmiş əsgər yoldaşlarının Bakıda görünməsi azərbaycanlıların növbəti soyqırımına səbəb oldu.1918-ci il martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranış zamanı həlak olmuş milyonçu H.Z.Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyevin cənazəsini Lənkərandan Bakıya gətirən müsəlmanın diviziyası dəfn mərasimindən sonra geri qayıdarkən 48 nəfərdən ibarət kiçik bir dəstəsinin milyonçu Şəmsi Əsədullayevin oğu Ələkbər Əsədullayev başda olmaqla Bakı Soveti hökumətinin əsgərləri tərəfindən həbs edilməsi gözlənilməz çaxnaşmaya səbəb oldu.

Hadisə belə olmuşdu: Dəfn mərasimindən sonra mərhumu dəfn edən müsəlman dəstəsi “Evelina” gəmisi ilə Lənkıərana geri qayıtmalı idi. Bu ərəfədə ermənilər belə bir yalan şayiə yaymışdılar ki, guya həmin zabitlər Lənkəranda olan müsəlman hərbi hissələri ilə birlikdə Muğandan rus-malakan kəndlərini məhv etmək barədə tapşırıq alıblar. Əslində isə bu, boş bir iftira idi. Zabitləri tərksilah etməkdə məqsəd o idi ki, onlar müqavimət göstərsin və bu qarşıdurma azərbaycanlılara qarşı sıyqırıma başlamaq üçün bir bəhanə olsun. Gəminin körpüdən aralanmasına qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdilər. Təcili şəkildə, martın 30-da Bakı şəhəri mədən-zavod rayonlarının inqilabi müdafiə Komitəsi yaradıldı. Komitəyə S.Şaumyan, A.Caparidze, Q.Korqanov, İ.Suxartsev, S.Saakyan, M.Yolçiyan, N.Nərimanov daxil edildi. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab  verildi. İnqilabi Komitənin təşəbbüsü ilə “Evelina” nın Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərksilah edildi.Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu.

Müsəlman əhalisi məscidlərə toplanaraq silahların qaytarılmasını tələb etdi. Vəziyyətin çox ciddi xarakter olduğunu görən Azərbaycanın milli təşkilatlarının nümayəndələri inqilabi Komitəyə gəlib, alınmış silahları “Hümmət” müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərdilər. Lakin bu cəhd bolşevik-daşnak koalisiyasının təqsiri üzündən baş tutmadı. Beləliklə, əvvəlcədən sövdələşmə əsasında bolşevik-erməni koalisiyası, S.Şaumyanın dediyi kimi, həlledici döyüşlərə hər cür hazırlıq görmüşdü və dərhal bütün cəbhə boyu hücuma başladı. 1918-ci il mart ayın 29-da ermənilər Azərbaycanın hər yerində müsəlman əhalinin üzərinə yenidən hücuma keçdilər. Stepan Şaumyan etiraf edərək yazırdı: “Biz ilk ələ düşən bəhanədən atlı dəstəmizin üzərinə ilk basqın cəhdindən istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim yaxşı silahlanmış 6 min nəfər əsgərimiz vardı. Üstəlik, “Danaksütyun”un 4 minlik silahlı milli hissələri də bizim sərəncamımızda idi.”

1918-ci il marıtn 30-da axşam saat 5-də Bakıda ilk atəşlər açıldı. Şəhər ermənilər tərəfindən silahlı dəstələrlə doldurulmuşdu. Onlar cənub hissədə səngərlər qazıb torpaq və daşlardan sədlər qurmağa başlamışdılar. Erməni Mili Şurasının və “Daşnaksütyun” rəhbərlərinin müsəlman cəmiyyətləri ilə apardığı danışıqlar təxribat xarakteri daşıyırdı. Ermənilərin rəhbərlik etdiyi bolşevik və daşnaklardan başqa heç kim hadisələrin belə qanlı xarakter alacağını, müsavatçılara qarşı birləşmiş qüvvələrdən şəhərin bütün müsəlman əhalisini məhv etmək üçün istifadə ediləcəyini qabaqcadan gözləmirdi. Martın 30-da axşam Bakı Soveti hərbi dəstələri başçılarının təcili iclası keçirildi. Döyüşə başlamaq haqqında qərar çıxarıldı, hərbi dəstələr hərəkət gətirildi. Onların fəaliyyətinə A.Mikoyan və N.Anançenko rəhbərlik edirdilər. Onların müsəlman silahlı dəstələrinin toplandığı yerə qəfil hücumu qələbə ilə başa çatdı. Xəzər donanması gəmilərindən müsəlman məhəllələrinin atəşə tutulması şəhərdə vahiməli vəziyyət yaratdı. Hərbi gəmilərə göndərilmiş xüsusi təbliğatçılar onları aldadıb inandırdılar ki, guya müsəlmanlar şəhərdə rus əhalisini qırır. Bir neçə saatlıq bombardmandan sonra matroslar bunun təxribat olduğunu, “Müsavat” a qarşı mübarizə bəhanəsi ilə müsəlman əhalisinin qırğına verildiyini bildikdə atəşi dayandırdılar. Xeyli malakan-rus hərbi dəstələri də eyni qaydada aldadılaraq, Muğandan Bakıya gətirilmişdi. Lakin onlar şəhərdə ayrı vəziyyət olduğunu görüb döyüşdən imtina etdilər və buna görə Bakı Soveti və erməni qoşunları tərəfindən tərksilah olundular. Malakanlardan aslınmış silahlar növbəyə durmuş erməni “könüllü” lərinə paylandı. Çıxılmaz vəziyyət yarandığını görən “Müsavat” liderləri əhalini xilas etmək üçün, daha çox hisslərin təsiri altında hərəkət edib qırğına bəhanə verən “məhəllə qoçu dəstələri” nin əksinə olaraq, İnqilabi Müdafiə Komitəsinin ultumatumunu qəbul etdilər. Martın 31-də danışıqlar aparmaq üçün müsəlman nümayəndələri Bakı Müdafiə Komitəsinin Ultimatunun qəbul edilməsinə baxmayaraq, orada P.Caparidze ilə aprarılan danışıqlar  nəinki heç bir müsbət nəticə vermədi, hətta müsəlman heyətindən üç nəfər geri qayıdarkən güllələndilər.

Martın 31-də səhərə yaxın bütün hərbi dəstələrin başçıları və silahlanmış erməni ziyalıları İnqilabi Müdafiə Komitəsinin qərargahına gəldilər. Onlar qısa bir vaxtda təlimatlandırılaraq müsəlman məhəllələrinə göndərildilər. Müsəlman nümayəndələri qanlı toqquşmalara yol verilməməsi üçün İcraiyyə Komitəsinin tələbini qəbul etdiklərini bildirdikləri ərəfədə martın 31-də səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başlandı. Hədəf şəhərin Şamaxinka deyilən ərazisində erməni silahlıları azərbaycanlıları qırmağa başladılar. Azğınlaşmış erməni quldur dəstələri dinc azərbaycanlı əhaliyə qarşı ən amansız üsullara əl atdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluge bu komissiyanın sədrinə yazırdı: “Yaxşı silahlanmış və təlim keçmiş erməni əsgərləri çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər... Ermənilər müsəlmanların evlərinə soxulur, evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını qırırdılar.” Qadınları saçlarından biri-birinə bağlayıb küçə boyu çılpaq qaçmağa məcbur edir, qocalara rəhm etmirdilər. Bu insana bənzərlər (ermənilər-İ.Z.) hətta adamları öldürməklə kifayətlənmir, onların qulaqlarını, burunlarını kəsir, qarınlarını yırtır və sair vəhşiliklər törədirdilər. Bunlar barədə o dövr hadisələrinin salamat qalmış bir çox şahidlərinin söylədiklərini sakitcə dinləmək sadəcə mümkün deyildir.

Dinc əhalini qorxudan dəhşətə gətirib istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər: yetirirdilər:şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, 57 müsəlman qadınının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar qoyulmuşdu.

Daşnak bolşevik dəstələri azərbaycanlılara qarşı birləşərək Tatevos Əmiryanın başçılığı ilə İsmailiyyə binasını dağıtdılar. Müsəlman Xeyriyyə Cəmiyyəti,  Xalq Evi, “Kaspi” və “Açıq söz” qəzetlərinin redaksiyaları dağıdıldı.

Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra, martın 31-də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Bu qırğın əməliyyatında N.Anançenko başda olmaqla, gənc Suren Şaumyan, Ovçiyan, Qalstyan, Sarkis, Qaber-Kori, Artak, Manuçarov, Akopov  və başqa “qırmızı qvardiyaçılar” fəal iştirak etdilər. Müsəlman meyitlərinin yandırılması və iyrənc formada təhqir edilməsinin erməni ziyalıları və kilsə xadimləri tərəfindən törədildiyini təsdiq edən onlarla sənəd mövcuddur. Hadisəyə hüquqi siyasi qiymət vermək məqsədilə AXC nazirlər Şurasının deputat X.Xasməmmədovun sədrliyi ilə yaratdığı Fövqəladə istintaq Komissiyası onun Ədliyyə Nazirliyinə təqdim etdiyi məruzəsində aşağıdakı faktlar göstərilir: “ Nikolay (indiki İstiqlaliyyət) küçəsilə hücuma keçmiş erməni əsgərlərinə başlıca olaraq, erməni ziyalılarının nümayəndələri rəhbərlik ediblər. Belə dəstələrdən biri evə girib səkkiz qadın və uşağı güllələmişdir. Başqa dəstə Əhməd Muxtarovun evinə girərək doqquz müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında güllələmişlər, meyitlərin ikisini “Dağıstan” mehmanxanasının alovu içinə atmışlar...”

İstintaq Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-cı ilin mart soyqırımı zamanı Bakı şəhərində 12 min nəfər türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdı. Çünki, şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər.

Müsəlmanları öldürməklə yanaşı, ermənilər onların əmlaklarını da dağıdır, az-çox qiymətli olan əşyalarını isə özləri ilə aparırdılar. Daşnak-bolşevik birləşmələri Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə etmiş, bir çox ziyarətgahları və tarixi abidələri dağıdaraq yerlə-yeksan etmişdilər. Daşnaklar uzaqvuran toplarla Təzə pir məscidini zədələmiş, Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar.

Talançılar “İsmailiyyə” binası ilə yanaşı, “Kaspi” qəzeti redaksiyasını, “Dağıstan” və “İsgəndəriyyə” mehmanxanalarını da yandırmışdılar. “Kaspi” qəzeti redaksiyasında Azərbaycan dilində kitablar nəşr edilirdi. Bina yandırılan vaxt burada Quranın yenicə çap edilmiş 5 min nüsxəsi saxlanılırdı. Onların hamısı yanıb külə dönmüşdü.

Mart qırğınında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı, erməni ziyalıları və gəncləri də iştirak edirdilər. İstintaq komissiyasının materiallarında göstərilir ki, “erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu müharibədə iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, müəllimlər var idi, bir sözlə erməni əhalisinin bütün təbəqələri öz “vətəndaşlıq borcu” nu yerinə yetirirdi”.

Beləliklə, üç günün -18-21 mart (30 mart-1 aprel)-qətl və qarətlərindən sonra, Fövqəladə Təhqiqat Komissiyasının ümumiləşdirdiyi hesabatına görə, Bakıda “əksinqilabçı” adı ilə 12 min nəfər azərbaycanlı əhalisi qətlə yetirilmişdi. Menşevik qəzeti «Наш голос» mart qırğınından sonra şəhərdəki vəziyyəti belə təsvir edirdi: “Hər yerdə meyitlər qıc olmuş, eybəcər hala salınmışdır. Təzə Pir məscidinin yanında ağır mənzərə var. Məscid atəşdən zərər çəkmişdir. Ziyarətgahın təhqiri geniş kütlələrin qəlbini ağrıdır, meyitlər onları daha çox həyacanlandırır... “Nifrət və təhqir zəhərinin necə dərinliyə işlədiyi hiss olunur. Bu düşmənçiliyi arada qaldırmaq, bu nifrətin qəzəbli intiqam hissinə çevrilməsinin qarşısını almaq  üçün çox iş görmək lazım gələcək”. Martın 31-də müxtəlif bəhanələrlə danışıqları pozan İnqilabi Müdafiə Komitəsi atəşkəs haqqında saziş imzalanmasına baxmayaraq, erməni və “sovet və hərbi dəstələrinin aprelin 2-də axşama qədər hücumları davam etdirmələrini görməməzliyə, bilməməzliyə qoydu, hətta tüstüsü ərşə qalxan “İsmailiyyə” dəki yanğını söndürməyə gələn müsəlman əhalisini yenidən atəşə tutdular.

Şəhərin sağ qalan azərbaycanlı əhalisi kütləvi surətdə şəhəri tərk etməyə başladılar. Göründüyü kimi, erməni daşnak birləşmələri Bakı əhalisinin soyqırımını atəşkəsə nail olunduqdan sonra da dayandırmadılar. Bakı hadisələrinin şahidi olan Seyid Cəfər Pişəvəri yazırdı: “Mən 1918-ci ilin mart ayında daşnakların vəhşiliklərini, günahsız adamların, xüsusilə bitərəf iranlıların öldürülüb, karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşəm. Bu çox faciəli və niftərə layiq bir hərəkət idi. Kulna adlı bir xarici turist Bakıda gördüklərini belə qələmə alıb: Ancaq azərbaycanlılar yaşayan məhəllələrə hücum edən ermənilər adamları öldürür, qılıncla parçalayır, süngülərlə dəlik-deşik edir, evləri yandırır, uşaqları yanan evlərə atır, diri-diri yandırırdılar. 3-4 günlük südəmər uşaqları süngülərə taxırdılar. Onlarda bir sözlə, nə uşağa, nə qadına, nə qocaya, nə də gənc azərbaycanlıya rəhm etmək yox idi”.

Bütün bunları törədən “Böyük Ermənistan” iddiası ilə yaşayan Şaumyan və onun daşnak məsləkdaşlarının törətdikləri faciələr ciddi siyasi nəticələrə səbəb oldu. Belə ki, bu hadisələr zamanı Şaumyanın azərbaycanlılara qarşı olan siyasəti açıq şəkildə özünü göstərirdi. Eyni zamanda Azərbaycanda Sovetlər ideyasına ciddi zərbə vurdu.

Üç gündən artıq davam edən faciəli hadisələrə inqilabi don geyindirmək üçün M.Əzizbəyov Bakının onsuz da boş qalmış müsəlman hissəsinə komissar təyin edildi. O, müsəlman əhalisinin şəhərdən çıxmasını və yerləşməsini qadağan etsə də, bunun elə bir əhəmiyyəti olmadı. Yerli dinc əhalinin qırğınından və özünümüdafiə dəstələrinin ağır məğlubiyyətindən sonra imzalanmış saziş haqqında Bakı Sovetinin yığıncağına məlumat verən İnqilabi Müdafiə Komitəsinin üzvü İ.Şuxartsev riyakarcasına sevinc içərisində elan etdi ki, “Müsavat” firqəsi darmadağın edildi və Türkiyənin Bakı cəbhəsi alındı”... Əslində 1918-ci ilin mart soyqrımından sonra həmin ilin sentyabrına qədər müxtəlif komissiyalarda olan ermənilər Bakıda tüğyan edirdilər, imkansızlıq ucbatından şəhəri tərk edə bilməyən və ətraf kəndlərdə yaşayan əhalini əzabla qırır, işgəncələr veridilər. Bakıda törədilən türk-msəlman soyqrımının saxtalaşdırılmasına, ona “vətəndaş müharibəsi” donu geydirilməsinə, qətlə yetirilənlərin sayının azaldılmasına ilk cəhdi bu hadisələrin təşkilatçısı S.Şaumyan etmişdir. Ermənilərin 1918-ci ilin mart ayında Bakıda törətdikləri soyqrımı və özbaşınalıqlar dövründə bir çox görkəmli memarlıq nümunələri dağıdılmış, yandırılmış, yararsız hala salınmışdı. Bunların sırasında xalq evini, Müsəlman Xeyriyyə Cəmiyyətinin binasını, müsəlman siyasi partiyaları iqamətgahlarını, qəzet redaksiyalarını (Rusca çıxan “Kaspi”, Azərbaycanca çıxan “Açıq söz” qəzetləri) göstərmək olar. Bakının ən böyük məscidlərindən biri (Təzə Pir Məscidi) top mərmiləri ilə dəlik-deşik edilmişdi.

Bu vəhşiliklərin nəticəsi olaraq çoxlu azərbaycanlı Bakını və onun neft mədənlərini tərk etməli olmuşdular. Ən görkəmli müsəlman siyasi xadimləri həbs edilmiş və güllələnmişdi. Yerli azərbaycanlı əhalinin rəhmsizliklə məhv edilməsi və öz doğma şəhərindən didərgin salınması, heç şübhəsiz, uzaq məqsədlər güdən erməni millətçilərinin siyasi niyyətlərinə xidmət edirdi. Onlar bu yolla Bakını yerli əhalidən təmizləmək, onun sərvətlərinə sahib çıxmaq, hadisələrin özləri üçün sonrakı uğurlu cərəyanı təqdirində isə bu qədim Azərbaycan şəhərini Ermənistan torpağı kimi elan etmək istəyirdilər. Erməni Milli Şurası Bakı bölməsinin göstərişi ilə azərbaycanlılara qarşı vəhşiliklərdə nizami erməni ordusu əsgərlərinin də Bakı ermənilərinə yaxından yardım göstərməsi, erməni qoşunlarına başçılıq edən Amazasp, Stepan Lalayan və başqaları kimi bədnam ad çıxarmış daşnakların şəraitin tələblərindən, bolşeviklərin rəğbətindən istifadə edərək Qızıl Ordunun komandirlərinə çevrilməsi, erməni polkları da daxil olmaqla, bütün milli qoşun dəstələrinin Qızıl Ordu sıralarına cəlb edilməsi nə qədər sərsəm görünsə də, belə bir planın həqiqətən mövcud olduuna dəlalət edir.

“Müsəlman hətta bolşevik olsaydı belə, ona aman vermirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olmağın kifayətdir”. Onlar kefi istədikləri adamı öldürür, evləri dağıdır, xaraba qoyurdular... Bolşevizm bayrağı altında daşnaklar müsəlmanlara qarşı hər cür vəhşiliyə yol verirdilər. Nəinki kişilərə, hətta hamilə qadınlara da rəhm etmirdilər”. Bu sözlərin müəllifi İnqilabi Müdafiə Komitəsinin üzvü Nəriman Nərimanov idi. Onun  münaqişənin ikinci dövrü haqqında bu qeydləri sadəcə daşnaklara qəzəbini ifadə etmirdi, həm də msəlmanlar əleyhinə bolşevik-daşnak ittifaqına mənfi münasibətini bildirirdi. Bakıda azərbaycanlıların kütləvi qırğınından sonra oyuncaq hökumətin (daşnakların və ermənipərəst komissarların daxil olduqları Bakı kommunasının) başçısı daşnak S.Şaumyan özünün baş planını (azərbaycanlıların bir millət kimi məhvi barədə) həyata keçirmək məqsədilə Şamaxı, Quba, Salyan və Göyçay bölgələrində törədilərək qırğınları həyata keçirməyə başladı.

Bakıda 15 min azərbaycanlı əhalinin (itkilərin sayı barədə rəqəmlər müxtəlifdir) qətlə yetirilməsi uzun müddət  gizlədilmışdı. Mart qırğınından bir il sonra ermənilər bu hadisəni bolşeviklərlə müsəlmanlar arasında baş vermiş hakimiyyət mübarizəsi kimi təqdim etməyə başladılar. 1919-cu ilin payızında Bakıya gəlmiş ABŞ missiyasının başçısı general Harborda təqdim etdiyi sənəddə Bakıdakı erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını danıb gizlədir, saxtakarlıqda S. Şaumyandan da irəli gedərək, Bakıda mart qırğın hafisələri vaxtı 1000 nəfərin-300 nəfər erməni və rus, 700 nəfər müsəlmanın öldürüldüyünü həyasızcasına iddia edirdi. Mart soyqrımı “Mart qiyamı” kimi qələmə verilir, kütləvi müsəlman qırğınları “müsavat qırğını”, “Sinfi mübarizə” və “Vətəndaş müharibəsi” adı ilə təqdim edilir. Bu qanlı faciəni törədən əsl günahkarlar və cəlladlar olan ermənilər və onların mənfur havadarları olan rus bolşevikləri Sovet imperiyasının mövcud olduğu 71 il ərzində təmizliyə çıxarılmış, xalqı müdafiə edənlər isə günahlandırılmış və cəzalandırılmışlar.

Beləliklə, 1918-ci ilin mart soyqırımı Sovet tarix ədəbiyyatında uzun müddət təhrif edilmiş, saxtalaşdırılmışdır.

1918-ci ilin iyulunda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici işlər naziri Mehdi bəy Hacınski hökumətin iclasında ermənilərin mart soyqırımı haqqında yalan məlumatlarını ifşa edərək deyirdi: “Dörd aydır ki, erməni cəlladlar dinc müsəlman əhalisinin həyatı və əmlakı üzərində görünməmiş vəhşiliklər törədirdilər. Bununla yanaşı zorakılıq təşkilatçılarının yalan xəbərləri nəticəsində Avropa ictimaiyyətində tam əks əhval-ruhiyyə yaradılır”. Ermənilər indi də 93 il keçməsinə baxmayaraq bütün tarix boyu azərbaycanlıara və türklərə qarşı törətdikləri soyqırımlarını müxtəlif saxta məlumatlarla danmağa çalışırlar. Lakin 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər şurasının 1918-ci il iyulun 15-də Ələkbər bəy Xasməmmədovun sədrliyi ilə hökumətin yaratdığı “Fövqəladə Təhqiqat Komissiyası” bütün faktları araşdıraraq Bakı və qəzalar üzrə soyqırımına dair geniş məruzələr hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etdiyi hesabat 1918-ci ilin mart sıyqrımı haqqında ən etibarlı mənbə hesab olunur. 36 cilddən və 3500 səhifədən ibarət həmin hesabat Respublika Prokurorluğu tərəfindən hazırlanıb Haaqa Beynəlxalq Məhkəməsinə təqdim ediləcəkdir.Hesabata cəlb edilmiş sənədlərdə əsl tarixi həqiqət üzə çıxır və müsəlmanlara qarşı törədilmiş həmin cinayətlər haqqında geniş məlumat verilir.

Danılmaz tarixi fakt kimi məlumdur ki, Azərbaycan-müsəlman Soyqırımı təkcə Bakı ilə məhdudlaşmadı. Bakıdan sonra ermənilər 1918-ci il aprel ayının ilk genlərindən etibarəın eynilə Şamaxı, Quba, Xaçmaz, Gəncə, Qarabağ, İrəvan, Zəngəzur və Naxçıvanda yerli azərbaycanlılara qarşı soyqırımı siyasətlərini həyata keçirdilər. Azərbaycanın bu bölgələrində amansız qəddarlıqla cinayətlər törədildi. Azərbaycanın qəzalarına “sovet qoşunları” adı altında göndərilən cinayətkar dəstələrə quldur erməni “hərbçiləri T.Əmiryan, H.Amazasp rəhbərlik edirdilər. Daşnak cəlladlarından ən ağır ziyan çəkən Şamaxı qəzası oldu.

Erməni siyasətçilərinin Bakıdan sonra Şamaxı şəhərini bir hədəf kimi seçib burada qırğın törətmələri heç də təsadüfi deyildi. Azərbaycan çar Rusiyası tərəfindən işğal olunduqdan sonra onun bir çox şəhərlərində, o cümlədən Şamaxı şəhərində qeyri-müsəlman millətlərin, Rusiyadan ruslar, Türkiyədən və İrandan isə xeyli erməni köçürülüb yerləşdirilmişdi. Çarizmin bu köçürmək siyasəti onun Azərbaycanda müstəmləkəçilik niyyətlərinə xidmət etməli idi. Tarixi faktlar göstərir ki, ermənilər bu qırğını həyata keçirmək üçün əvvəlcədən möhkəm hazırlaşmışdılar. Şamaxı şəhəri də başqa iri sənaye mərkəzləri kimi qırğın üçün əsas obyekt seçilmişdi. Ona görə də Bakıdakı Bolşevik-daşnak soveti Şamaxını ələ keçirmək üçün ciddi cəhd göstərirdi.

1918-ilin ilk aylarından başlayaraq bolşevik maskası altında Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirən daşnak S.Şaumyan öz erməni soydaşları ilə əlaqəyə girərək bu  planı hazırlanmışdı. Onun müavini Atabekyan Şamaxı qəzası rəsisinin köməkçiləri Serebryakov və yerli ermənilərin başçısı Gülbəndov ilə əlaqə saxlamış, qısa müddət ərzində bu regionda bütün erməni əhalisini qabaqcadan silahlandırmışdı. Cəmi bir həftə ərzində Bakıdan göndərilən xeyli pulemyot və güllə ilə təchiz olunmuş Şamaxının erməni kəndləri mərkəzdən veriləcək əmri gözləyirdilər. Beləliklə, 1918-ci ilin mart günlərində Azərbaycanın qədim şəhəri Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxı şəhərində və Şamaxı qəzasında ermənilərin törətdikləri vəhşiliklər haqqında Fövqəladə Təhqiqat Komissiyası tərəfindən 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq-Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir qibləgah, həm də qədim abidə kimi əziz idi.

1918-ci il martın birinci yarısında Şamaxıya göndərilən toplar, pulemyotlar və böyük miqdarda hərbi sursatla təchiz olunmuş iki min nəfərlik dəstəyə S.Şaumyandan bilavasitə təlimat almış S.Lalayan başçılıq edir və mərkəzdən göndərilən əmri gözləyirdilər. Şamaxı qırğınının təşkilatçıları bu işdə yerli erməni kəndlilərinə bir o qədər bel bağlamır, bu məqsədlə xüsusi təşkil edilmiş quldur dəstələrinə daha çox arxalanırdılar. Onlara kömək məqsədi ilə Bakıdan və Ermənistandan Mədrəsə kəndinə xeyli silahlı erməni dəstələri də gətirilmişdi.

İnsan qanına susamış bu cəlladlar erməni kəndliləri arasında təbliğat işini gücləndirir, onların bu siyasətini rus bolşeviklərinin müdafiə etdiklərini bildiridilər.

Erməni silahlı qüvvələrinin başçıları öz milli psixologiyalarına uyğun olaraq müsəlmanlara yalandan vəd verdilər, arxayın etdilər ki, guya onların Azərbaycan əhalisi ilə heç bir işi olmayacaqdır. Riyakarlıqdan uzaq olan azərbaycanlılar isə ermənilərin bu vədlərinə inandılar.

Lakin erməni məkri çox davam edə bilmədi, danışıqlar hələ başa çatmamış azğın erməni quldurları öz vəhşi niyyətlərini həyata keçirməyə başladılar. Şamaxı şəhəri amansızcasına top atəşinə tutuldu. Axşamüstü isə silahlı erməni dəstələri şəhərə daxil olub, əvvəlcədən nəzərdə tutduqları qırğını həyata keçirdilər. Martın 15-də sübh çağı S.Lalayanın quldur dəstəsi Şamaxıya ilk dəfə hücum edərək, şəhərin müsəlmanlar yaşayan hissəsini top atəşinə tutdu. Bu atışma nəticəsində dinc əhali arasında çoxlu tələfat oldu. Yalnız axşama yaxın şəhərdə bir qədər sakitlik yarandı.

İki gün ərzində azərbaycanlıların evləri yandırıldı, talan edildi, günahsız insanlar vəhşicəsinə qətlə yetirildilər. Hadisənin üçüncü günü müqavimətə rast gəlməyən ermənilər şəhərdə özlərinin yerli hökumətini yaratdılar. Şəhərə tam yiyələndikdən sonra erməni silahlı dəstələri salamat qalmış, yandırılmamış müsəlman evlərinə soxuldular, silah, hədə-qorxu gücünə soyğunçuluq etməyə başladılar. Onlar kişiləri guya “idarəyə aparırıq” adı ilə evdən çıxarıb kütləvi şəkildə öldürürdülər.

Martın 18-də Şamaxı gecə ikən cənubdan ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən mühasirəyə alındı. Onlar şəhərin müsəlmanlar yaşayan hissəsini bombalamağa başladılar. Müsəlmanlar topların qarşısında dayana biləcək vəziyyətdə olmadıqlarından geri çəkildilər. Dəhşətli qarışıqlıq baş verdi. Ermənilər və malakanlar axşama yaxın şəhərin ən varlı hissəsi “Piran-Şirvan” a daxil oldular. Evlər yandırılır, yanan evdən qaçan kişilər, qadınlar, uşaqlar və ümumiyyətlə, küçədə görünən hər kəs güllələnirdi.  Dəstənin quldur üzvləri evlərə soxularaq, sakinləri öldürüb qarət edirdilər. Şəhərin küçələrində türk –müsəlman meyitləri üst-üstə qalanmışdı.

Şamaxı qırğınının sədası tezliklə hər tərəfə yayıldı. Ermənilər Gəncədən gələn müsəlmanların silahlı dəstələri gələnə qədər öz çirkin fəaliyyətlərini davam etdirir, hər yerdə azərbaycanlıları vəhşicəsinə öldürürdülər. Gəncədən köməyə gələn silahlı dəstələr Şamaxı şəhərini tezliklə bu qaniçənlərdən azad etdilər. Gəncəlilərin gəlişindən sonra ermənilər və malakanlar Şamaxıdan malakanlar yaşayan Qozlu kəndinə çəkildilər.

Xalq bu qırğın zamanı qətlə yetirilənləri hələ ayırd etməmiş, dəfn eləməyə macal tapmamış Bakıdan gələn erməni silahlı dəstələrinin təzyiqi altında Gəncə silahlarıları şəhəri tərk etməyə məcbur oldular.

Müsəlman qoşunları onları təqib edərkən aydın oldu ki, ermənilər və malakanlar geri çəkilməli, şəhərin, demək olar ki, bütün müsəlman əhalisini də özləri ilə aparıb Şamaxını tərk etməli oldular. Şamaxı ikinci dəfə erməni və makanların əlinə keçdi. Şamaxı ikinci dəfə qan ocağına çevrildi. Azərbaycanın başqa ərazilərində qırğınlar törədən erməni quldurları Şamaxıda bu dəfə misli görünməmiş cinayətlərə əl atdılar. Onlar qadınların və kişilərin tənasüf üzvlərini kəsmiş, körpə uşaqları yerə mıxlamış, meyitlərin başına min bir oyun açmışdılar.

Əhalinin qabağını kəsib şəhərdən çıxmağa qoymayan, onlara şirin vədlər verən Göyçaydan gəlmiş axundun özü də ermənilərin qəzəbinə düçar olmuşdu. Əvvəlcə onun dilini, qulaqlarını, burnunu kəsmiş sonra isə başının dərisini soymuşdular.

Şamaxı qırğınının əsas təşkilatçılarından biri olan Stepan Lalayan, Şamson Aspirov və Saatsazbəyov ilə birlikdə böyük bir erməni silahlı dəstəsi şəhərə gələrək erməni sakinlərinin başçısı Gülbəndon və başqalarına məscidi mühasirəyə almağı tapşırdı. S.Lalayan yaxşı bilirdi ki, Azərbaycan əhalisinin böyük bir qismi-qocalar, qadınlar və uşaqlar qırğından salamat qalmaq üçün Allahın evinə -məscidə pənah gətirib, burada gizlənmişlər. (Azərbaycanlıları öldürməkdən həzz alan qaniçən quldur məscidi yandırmağı, eşiyə çıxanlara aman vermədən güllələməyi əmr etmişdi.

Məscidə toplanmış yüzlərlə dinc əhali, xüsusən qocalar, qadınlar, uşaqlar, bir sözlə, dəhşətli qırğından qaçıb canlarını xilas edə bilməyən və ümidlərini Allahın dərgahına bağlayan günahsız insanlar diri –diri bu məsciddə yandırıldılar. Eşiyə qaçmaq istəıyənlər isə dərhal güllələndilər.

Şamaxıda böyük hörmət sahibi olan axund Cəfərquluya olmazın işgəncələr verilmişdi. Ermənilər ona axund olduğu məsciddə dəhşətli əzab-zəiyyət verərək, bu allah bəndəsinin saqqalının tüklərini bir-bir yolmuş, dişlərini, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişdilər. Ermənilər Axunda pənah gətirmiş saysız-hesabsız qadın və uşağı da öldürmüşdülər. Hacı Axundun tamamilə yandırılmış evinin həyətində sonralar Fövqəladə Təhqiqat Komissiyasının üzvləri tərəfindən çoxlu miqdarda insan sümükləri aşkar edilmişdi. Qafqaz-İslam Ordusu 1918-ci ilin iyulunda Şamaxını Ermənilərdən azad edərkən meyitlərin iri sümüklərini yığıb basdırmışdılar. Komissiya üzvləri 1918-ci ilin oktyabr və noyabrında bu barədə hazırladığı məruzədə qeyd edirdilər ki, həyətdə hələ də çürümüş meyitlərin qalıqları qalmaqdadır.

1919-cu ilin martın 30-da “Azərbaycan” qəzetində Fövqəladə Təhqiqat Komissiyasının “Çağırış”ı dərc edilmişdi. Komissiyanın sədri Ə. Xasməmmədovun imzaladığı bu sənəddə deyilirdi: “Şamaxının yalnız xarabalıqları qalmışdır. Şəhərin müsəlman hissəsindəki bu xarabalıqlarda məscidlərin ən qədimi, 800 ildən çox tarixi olan Cümə məscidinin ancaq yanıb qaralmış minarələri görünür, şəhərin on beş minlik müsəlman əhalisindən sağ qalanlar isə bütün Zaqafqaziyaya dağılmış, əllərində qoltuq ağacı və bellərində torba qapı-qapı düşüb dilənirdilər ki, acından ölməsinlər. Adlarını bolşevik qoyan qaçaq-quldur dəstələrinin əlindən qaçıb can qurtaran əhalinin qalan hissəsi türk qoşunları Azərbaycana gəldikdən sonra öz el-obalarına qayıtmışdır. Onlar qayıdıb gəldikdə əsrlərdən bəri yaşadıqları ocaqlarını yandırılmış və yerlə yeksan edilmiş halda görmüşlər”.

Nəticədə Şamaxı şəhəri və qəzasının 72 kəndi Bakı Sovetinin bolşevik-daşnak qoşunları tərəfindən dağıdıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatların-şahid ifadələri, zərərçəkənlərin dindirilmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatları, ölən və yaralananların siyahısı və s. əsasında 53 kənd üzrə tərtib olnumuş yekun aktlarında ayrı-ayrı kəndlər üzrə öldürülənlərin sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu aktlarda olan rəqəmlərə əsasən, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manat idi. Yerli əhaliyə dəyən maddi ziyan isə o dövrün qiymətləri ilə bir milyard rubldan çox idi.

1918-ci ilin martında baş vermiş qanlı hadisələrdən sonra Şamaxı şəhəri uzun müddət özünə gələ bilmədi. Həmin hadfisələr ərəfəsində 15 minlik əhalisinin 80 faizdən çoxu azərbaycanlılar olan Şamaxıda 1921-ci ildə cəmisi 1700 nəfər yaşayırdı. Təhqiqat Komissiyasının əhaliyə “Çağırış” ı bu sözlərlə qurtarırdı: “Şamaxı qəzasının zərər çəkmiş əhalisinə yardım göstərmək hər bir vətəndaşın, xüsusən müsəlmanın vətəndaş vəzifəsi və mənəvi borcudur. Vətəndaş müsəlmanlar, Şirvanı xilas edin!”

Ermənilərin Bakıda və Şamaxıda qazandıqları uğurlar S.Şaumyana qol-qanad vermişdi. Öz hərəkətlərinə haqq qazandırmağa çalışan daşnak lideri Rusiya proletariatının başçılarından da xeyir-dua almışdı. O vaxtlar B.İ.Lenin S.Şaumyana yazdığı xüsusi məktubda Bakıda “müvəffəqiyyətlə” başa çatmış mart soyqrımında S.Şaumyanın möhkəm və qəti siyasətinə məftun olduğunu bildirmiş və həmin siyasəti davam etdirməyi məsləhət görmüşdü.

1918-ci ilin aprelində Bakı şəhəri və Bakı quberniyası bolşeviklərin əlinə keçdiyi bir vaxtda S.Şaumyanın tapşırığı ilə Quba qəzasında hakimiyyəti ələ keçirmək üçün hazırlıq işləri görülməyə başlandı.

1918-ci ilin mart aprel aylarında kütləvi qanlı qırğınlar törətmək məqsədilə “Sovet hakimiyyəti” nin daşnak-bolşevik dəstələri Bakı quberniyasından sonra azərbaycanın digər ərazilərini işğal etmək fikrində idi.

Bakı, Şamaxı, Kürdəmir, Salyan, Quba, Lənkəran şəhərlərini zəbt edib, hədəfi Yelizavetpolu (Gəncəni) ələ keçirmək idi. Bunu S.Şaumyan may ayında Xalq Komissarları Sovetinə məlumatında da etiraf etmişdi. Onun fikrincə, Sovet qoşunları Yevlax körpüsünü ələ keçirib Kür boyunca müdafiə xətti tutduqdan sonra onları tez Yelizavetpola (Gəncəyə) yetirmək lazımdır ki, orada, sonra isə başqa yerlərdə ermənilər üsyan etsinlər.

Əvvəlcədən qurulmuş olana əsasən daşnak-bolşevik qüvvələri Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi.

1918-ci ilin aprelində Bakı şəhəri və Bakı quberniyası bolşeviklərin əlinə keçdiyi bir vaxtda S.Şaumyanın tapşırığı ilə Quba qəzasında hakimiyyəti ələ keçirmək üçün tədbirlər görülməyə başlandı. Xaçmazda yaşayan ermənilər bu barədə xəbərdar edilmiş, onlara xeyli əlavə silah və sursat göndərilmişdi.

Bakı sovetinə rəhbərlik edən daşnak S.Şaumyan Cənubi Qafqazda “Böyük Ermənistan” dövləti yaratmaq üçün bütün imkanlardan istifadə edirdi ki, Azərbaycan deyilən dövlət qurumu yaranmasın. Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna geniş hazırlıq işi görülmüşdü. Qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi.

Fövqəladə Təhqiqat Komissiyasının üzvləri-Gəncə quberniyasının Nuxa və Ərəş qəzalarında yoxlama aparmış N.N.Mixoylovun və N. Klassoviskinin məruzəsində göstərilirdi ki,  təkcə bu qəzaların erməni dəstələri deyil, həm də başlıca olaraq gəlmə hərbi hissələr və İrəvan quberniyasının erməniləri müsəlmanı əhalisini ucdantutma qırmaq, kəndləri dağıtmaq və dövlət hakimiyyət orqanlarını və müsəlman ərazilərini tutmaq üçün bütöv bir plan hazırlamışdılar.

Erməni daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. Qubada yaşayan M.Kasparov, H.Hayrapetov, A. Mukanyans və A.Boqdanov tərəfindən göndərilən teleqramda iddia olunurdu ki, guya Qubada müsəlmanlar milli ədavət, qırğın törədir, erəmni və rus kəndlərini dağıdır, kilsələrə od vurub yandırırlar.

1918-ci il martın əvvəllərində əmlaklarını sataraq Qubadan tələsik çıxıb gedən varlı ermənilərdən bunun səbəbini soruşduqda demişdilər: “Sizinlə bizim aramızda nə isə gözlənilir, ona görə də komitə bizi geri çağırır”.

1918-ci ilin mart ayının son günləri Azərbaycan xalqının qanlı və faciəli günləri kimi tarixə düşmüşdür. Bakıda və Şamaxıda azərbaycanlıların kütləvi qırğınından sonra S.Şaumyan aprelin ortalarında özünün sadiq məsləkdaşı David Gelovanini iki yüzə yaxın silahlı əsgərlə (ermənilərdən ibarət) Qubaya göndərir. Burada özünü Quba qəza Komissarı elan edən D.Gelovanı yerli əhaliyə bildirir ki, onlar mütləq bolşeviklərin hakimiyyətini tanımalıdırlar. Vəziyyətin çox ağır olduğunu görən qubalılar bu təkliflə razılaşırlar. Bir neçə gündən sonra Qubada sakitliyin yarandığını görən D.Gelovani yerli camaatın tərksilah edib həbsxanada saxladıqları iki yüzdən artıq ermənini azadlığa buraxdırır.

D.Gelovaninin Qubada bolşevik idarə üsulu uzun çəkmir. Bir neçə gündən sonra şəhərin özünün və ətraf kəndlərin cammatı bolşevik komissara silahlı müqavimət göstərib onun ya Qubanı tərk etməsini, ya da təslim olmasını təklif edirlər. Arxadan köməyə gələn toplu pulemyotlu xüsusi hərbi dəstə belə D.Gelovaniyə kömək edə bilmir.

D.Gelovani Qubanı tərk etmək məcburiyyətində qalır. Şəhərdən çıxarkən o, buradakı erməniləri də özü ilə aparır. Qubalılar bu hadisələr zamanı həm şəhərdə yaşayan, həm də Gelovaninin əsgərlərindən olan ermənilərdən az da olsa Bakı qırğınının əvəzini çıxırlar.

D.Gelovani Qubadan qovulduqdan iki həftə sonra bolşeviklərin bu mahala yeni və güclü təcavüzü başlanır. Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətmişdilər. Qubaya ilk hücum edənlər içərisində özünü bolşevik kimi qələmə verən və 2 min əsgərə başçılıq edən – bolşevik Sturua da olmuşdur. Onun dəstəsində min (1 min) əsgər var idi. Onlardan əvvəl isə Muradyanın rəhbərlik etdiyi 2 min erməni əsgəri Quba qəzasında qırğın törətmişdi. Həmin dəstə dünya müharibəsində özünü rus çarizminin ən yaxın müttəfiqi kimi qələmə vermiş, “Daşnaksütun” partiyasının əsgərlərindən ibarət idi. Qəzaya gəlmiş işğalçılara 300-dən çox yaraqlısı olan Avakanov və Vartanın yerli ermənilərdən ibarət quldur dəstələri də kömək edirdi.

1918-ci il may aıyının 1-də Türkiyə (Ərzurum) ermənisi, məşhur daşnak zabiti, Amazaspın başçılığı ilə ancaq ermənilərdən ibarət olan böyük hərbi dəstəsi Qubanı mühasirəyə alaraq şəhəri toplardan və pulemyotlardan atəşə tuturlar. Bu dəstə elə belə adi əsgərlərdən ibarət olmayıb, xüsusi “Cəza dəstəsi” adı altında birləşən, vəhşilikləri ilə seçilən ermənilərdən ibarət qoşun hissələri idi. Onları Qubaya şəxsən S.Şaumyan hərbi komissar Q.Korqanov təlimləndirdikdən sonra göndərmişdi. Q.Korqanov S.Şaumyanın təklifi ilə Amazaspın dəstəsinə yalnız “Daşnaksütyun” partiyasının üzvü olan əsgərləri (iki min nəfər seçmə əsgər) daxil etmiş və ona qatı millətçi Vernutsu, dəstə komissarı, Nikolay adlı hərbçini isə köməkçi təyin etmişdi.

Amazaspın Qubanı işğal etdikdən sonra şəhər camaatına hədə-qorxu müraciətində onun dəstəsinin bu yerlərə hansı məqsədlə göndərildiyi açıq şəkildə ifadə olunur. O vaxt Amazasp demişdi: “Mən erməni xalqının qəhrəmanı və onun marağının müdafiəçisiyəm. Mən buraya –Qubaya xüsusi Cəza dəstəsi ilə ona görə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülən ermənilərin hayıfını sizdən alım. Mən buraya qayda-qanun yaratmaq üçün, sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Bu yerlərdə erməniləri qırdığınıza görə Xəzər dənizinin sahillərindən tutmuş Şah dağına qədər olan ərazidə yaşayan bütün müsəlmanları məhv etmək barədə mənə göstəriş verilib. Mənə sizin yurd-yuvanızı yerlə-yeksan etmək, Şamaxıda törətdiklərimizi sizin də başınıza açmaq, erməni qardaşlarımızın qanının intiqamını almaq tapşırılıb”.

Amazaspın dəstəsi istər Qubaya gələrkən bütün yol boyu, istər şəhərə girərkən, istərsə də qəzanın digər ərazilərində olarkən çox dəhşətli və qansız hərəkətlər etmişdilər. Ermənilər qarşılarına çıxan kəndləri, obaları, yurd yerlərini dağıdır, yandırır, rastlaşdıqları kişiləri, qadınları, uşaqları qəddarcasına qətlə yetirirdilər. Amazasp Bakıdan Şaumyan rejimindən belə bir tapşırıq almışdı: Quba qəzasında bütün müsəlmanları qırıb məhv etmək, onların yaşayış məntəqələrini dağıtmaq, sonra isə bu qırğını sünni və şiə məzhəbləri arasında toqquşma kimi qələmə vermək.

Fövqəladə təhqiqat komissiyasının sənədlərindən məlum olur ki, top və pulemyotlarla silahlanmış Amazaspın quldur dəstəsi aprelin ortalarında Qubaya daxil olub şəhəri odlamağa başladı. Daşnaklar küçədə qarşılarına çıxan bütün adamları ucdantutma gülləyə tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deşik-deşik edir, gözlərini oyurdular. Yaxınlıqdakı meşəyə qaça bilməyənlər evlərinə girib qapıları bağlayırdılar. Onları evlərindən zorla çıxarır, yerindəcə güllələyir və yaxud qabaqlarına qatıb meydana aparırdılar. Bir neçə saatın ərzində yüzlərlə insan qətlə yetirildi.

Şahidlərdən birinin ifadəsində deyilir: “Daşnakların son dərəcə azğınlaşdığını görəndə onlarla qeyri-bərabər döyüşə girməli olduq. Bir gün davam edən atışmada 200-dən çox döyüşçünü itirib, 40 nəfərlə Digah kəndinə tərəf geri çəkildik. Amazasp bundan həm hirsləndi, həm də bir qədər ehtiyat etdi. Quba camaatını meydana yığıb bildirdi ki, mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm 200 dən çox türk kəndini yandırıb xaraba qoymuşam. Uzun müddət türklərlə vuruşmuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Buraya da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam”. Quba qırğınları zamanı erməni qaniçən cəlladları şəhərdə bir-bir evlərə girib bəzən bütün ailəni məhv edən qatillər hamilə və uşaqlı qadınlara belə rəhm etməmişlər. Məsələn, onlar Kərbəlayı Məmməd Tağı oğlunu 14 nəfərdən ibarət  kilsəsini, Məhəmməd Rəsul oğlunun 5 nəfərlik ailəsinin başlarını kəsmiş, Hacı Dadaşbala Qasım oğlunun arvadı Məşədi Bibixanımı və oğlu Abdul Qasımı diri-diri oda ataraq yandırmış, Kərbəlayi Abuzər Məstan oğlunu və iki qızı-Höküməni və Bustanı qucaqlarındakı körpələri ilə birlikdə tikə-tikə doğramış, Məşədi Qənbər Molla Məhəmməd Saleh oğlunu, onun arvadını və beş uşağını şaqqalamışlar.

Qubanın o vaxtki ağsaqqalarından Molla Şahbaz, Usta Məhəmməd Rəsul Bayram oğlu, Məşədi Musa Zeynal oğlu, Məşədi Əli Feyzulla oğlu, Kərbəlayı Dadaş Bağır oğlu, Cabbar Məmməd Əli oğlu, Səfərli Məşədi Talıb oğlu və onlarca digər ailə başçısı qətlə yetirilmişdir. Hər cür vəhşilik və talanlarla yanaşı, ermənilər ən alçaq və rəzil hərəkətlərə də əl atmaqdan çəkinmirdilər. Belə ki, qansız erməni əsgərləri şəhərin hörmətli ağsaqqallarına əmr etmişlər ki, onlara əylənmək üçün müsəlman qadın və qızları gətirsinlər. Bununla qəti şəkildə razılaşmayan Əlipaşa Kərbəlayi Məhərrəm oğlu və onun oğlu yerindəcə vəhşicəsinə güllələnmişlər. Bəzən ermənilər onların əmirlərini yerinə yetirməyən kişilərin gözlərini çıxarmış, qarınlarını xəncərlə doğram-doğram etmişlər. O vaxt şəhərdə iki mindən artıq kişini öldürən azğın erməni-əsgərləri yüzə yaxın qadın və qızı zorlamış, namusuna toxunmuşlar...

Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı beş mindən artıq olmuşdur. Ona görə də onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta bilmiş, iki gün ərzində yalnız Quba şəhərində 4 minədək insanı məhv etmişdilər. Bu, Quba şəhər əhalisinin beşdə-biri demək idi.

Ermənilərin Quba çəhərində törətdikləri özbaşınalıqlar və vəhşiliklərlə bərabər şəhər əhalisinin əmlakı da tar-mar edilərək talan edildi, oğurlandı. Təkcə Qubanın özündə Amazaspın əsgərləri dörd milyon manat nəğd pul, xeyli qızı pul, qızıl və qiymətli daş-qaş və beş milyon manatlıq əşya-mal, iyirmi-beş milyon manatlıq ərzaq ehtiyatı ələ keçirmişdilər. (Həmin qızılların və qızıl pulların bir hissəsi sonralar S.Şaumyan öz məsləkdaşları ilə birlikdə həbs edilərkən onun yük çamadanlarındakı 80 milyon məbləğindəki qızıl pulun içərisində olmuşdur).

Təkcə Qubanın özündə Amazaspın dəstəsi 105 ev yandırmışdır. Ibrahim bəy Şıxlarlıya, Məşədi Əli Hüseynova, Orucəli Məmmədova, Bəkir Mehrəliyevə, Səttar Məmmədyarova, Hidayət Əmirbəyova, Qafar Orucova, Əli bəy Zizikliyə, Rəcəb Orucova, Yusif bəy Abdulsəlimbəyova, İsgəndər Abdullayevə məxsus böyük mülk-evlərin, şəhərdəki məscidlərin, bir sıra idarə və digər inzibati binaların yandırılıb külə döndərilməsi əhaliyə olduqca böyük məbləğdə ziyan vurmuşdu.

 Fövqəladə Təhqiqat Komissiyasının hesabatından: Daşnaklar Quba qəzasının kəndlərində eyni cinayət və vəhşilikləri törətmişdilər. Onları kəndləri yandırmaqla yanaşı, həm də xeyli qadın və uşaq da qırmış, yerli camaatın bütün əmlakını tar-mar etmişlər. Ermənilər bütün kəndlərdəki məscidləri dağıdaraq, müqəddəs Quran kitablarını təhqir etmək məqsədilə ayaqlar altına atmış və yandırmışlar. Bütün Quba qəzasında daşnaklar 122 kəndi dağıtmış, yandırmış, viran qoymuşlar Bəzi kəndlərdə, məsələn, Nardərə, Qarabulaq, Nığır düzü kimi qədim yaşayış məskənlərində hətta indinin özündə vaxtilə yandırılmış 3-5 ev qalıb.” Adları qeyd olunan onlarla yaşayış məntəqəsində indi də yeni binaların özülü qazılarkən 93 il əvvəl ermənilərin yandırdıqları binaların külü üzə çıxır.

Sonralar Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci ilin mart-may aylarında daşnakların Azərbaycan ərazisində törətdikləri soyqırımı cinayətlərini öyrənən Fövqəladə Təhqiqat Komissiyası hadisələrin şahidlərindən bir sıra ifadələr almışdır”. Həmin komissiyanın üzvü A.Novatskinin hazırladığı məruzə erməni vəhşiliklərini kifayət qədər əks etdirmişdir. Ermənilərin Quba qəzasında törətdikləri vəhşilikləri öz gözləri ilə görən, yaralanan, həm də təsadüf nəticəsində sağ qalan adamlar olmuşdur. Onların söylədikləri daşnak əməllərinin necə dəhşətli və amansız hərəkətlər olduğunu sübut edir.

Professor İslam Zeynalov

 

 
 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1404

QHT və MEDİA

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

2019-05-23 09:20:12

QHT və MEDİA
Cənubi Karolina ştatının qubernatoru ADR...
Cənubi Karolina ştatının qubernatoru ADR...

Bəyannamədə 1918-ci il may 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli re...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...