2018-07-15 11:40:29 | QHT VƏ MEDİA
“Səhra həkimləri” sənədli filminin təqdimatı keçirildi

Vətən hər bir vətəndaş üçün əvəzolunmaz bir ünvandır. Vətənpərvərlik isə vətənə bağlılıq, vətən sevgisinin göstəricisidir. Nəzərə alsaq ki, müharibə şəraitində yaşayırıq, demək ki biz vətənimizin bütövlüyünün qorunmasında eyni dərəcədə maraqlı olmalı və hər hərəkətimizdə bunun üçün çalışmalıyıq

Bugünki vəziyyətdə Azərbaycanın ərazi bütövlüyünün bərpası güclü vətəndaşlıq mövqeyində vətənpərvərliyin təbliğini tələb edir. Gənclərdə vətənpərvərlik hissinin aşılanması “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin əsas məqsəd və məramıdır. Bu baxımdan birliyin sədri Şəmistan Əliamanlının rəhbərliyi ilə davamlı olaraq gənclərdə vətənpərvərlik hissinin aşılanması yolunda bir çox uğurlu layihə və tədbirlər həyata keçrilib.

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin hazırladığı layihələrdən biri də “Səhra həkimləri” sənədli filmidir.Bu filmin ərsəyə gəlməsindən ötrü Respublika Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası xüsusi dəstək göstərdi. Filmin təqdimat mərasimi 13 iyul tarixində Respublika Gəncliyə Yardım Fondunda baş tutdu.

Filmin ssenari müəllifi Rey Kərimoğlu, rejissoru Anar Şuşalıdır. Film Azərbaycanın hərbi tibb sahəsinə olunub və bu sahədə zəhməti olan bəzi həkim və tibb bacılarının xidmətləri işıqlandırılmışdır. Film Azərbaycan Xalq Cümhuriyyəti zamanı, daha dəqiq desək, əsası 15 noyabr 1918-ci ildə Səməd bəy Mehmandarov tərəfindən qoyulan ilk tibb məntəqəsi, II dünya müharibəsi zamanı xidmət göstərən həkim və tibb bacılarının fəaliyyəti, eləcə də Qarabağ müharibəsi zamanı səngərdə əsgərlərlə çiyin-çiyinə mübarizə aparan hərbi həkim və tibb bacılarının fəaliyyətini əhatə edir. Filmdə adları çəkilən həkimlərdən Qurban Qurbanov(dünyasın dəyişib), Səməd Abdullayev, Muxtar Qasımov, Gültəkin Əsgərova(hər iki həkim şəhid olub), tibb bacılarından Radə Abbas və başqalarının müsahibələri öz əksini tapmışdır.

İlk öncə film nümayiş olundu. Filmin təqdimatı zamanı çıxış edənlər- “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri, hərbi diktor, hərbi marş və mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı, Respublika Milli Məclisinin deputatı, Respublika Mətbuat Şurasının sədri Əflatun Amaşov, sənədli filmin ssenari müəllifi, Qarabağ qazisi Rey Kərimoğlu, ehtiyatda olan polkovnik Xətai Baxışov, “Azərbaycan Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri, II dünya müharibəsi əlili Ədalət Məhərrəmov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, hərbi həkimlər Şahlar Quliyev, tibb bacısı Radə Abbas və digər qonaqlar öz çıxışlarında dövlətin bu kimi filmlərin ərsəyə gəlməsinə dəstəyini yüksək qiymətləndirərək, bu tipli layihələrin davamlı olmasını arzu etdilər. Müharibə şəraitində yaşayan Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan hər bir zabitin, gizirin, əsgərin, torpaq uğrunda canından keçən igidlərin haqqında bu cür filmlərin çəkilməsinin zəruriliyini qeyd etdilər.

Biz, “Səhra həkimləri” sənədli filminin hazırlanmasında zəhməti olan hər bir şəxsə öz təşəkkürümüzü bildiririk. Qeyd etməyi özümüzə borc bilirik ki, 1992-ci il fevralın 17-də yaradılmış Azərbaycan hərbi tibbi səhiyyəsinin digər qurucuları-Tibb xidməti polkovniki Xanlar Hacıyev, Rahim Hüseynov, Səxavət Allahverdiyev,Məcid Məsimov, Romiq Məhərrəmov kimi...dəyərli tibb işçilərinə yer ayrılması da yaxşı olardı. Dəyərli dostlar, vətənpərvərlik hissinin aşılanması, gənc nəslin məlumatlandırılması üçün “Səhra həkimləri” kimi yüzlərlə sənədli və bədii filmin lentə alınması, onların təbliği işinin düzgün qurulması çox vacibdir.

Şamil Sabiroğlu, Xatirə Tahirqızı

“fact-info.az”saytının xüsusi müxbirləri

Baxış sayı : 1184
Gürcüstandakı ermənilər təxribat mənbəyidir 2020-10-01 09:30:37 Milli QHT Forumunun rəhbərliyi döyüş bölgəsinə səfər edib 2020-10-01 09:20:13 Ermənistan siyasi-hərbi rəhbərliyinin yalanları “Hədəf”də müzakirəyə çıxarılıb 2020-10-01 08:20:22 DTX ermənilərin fəallığı ilə bağlı vətəndaşlara müraciət etdi 2020-10-01 07:40:43 Düşmənin məhv edilən döyüş texnikasının siyahısı 2020-10-01 07:20:21 Ermənistanın terrorçu qüvvələrdən Azərbaycana qarşı istifadəsinə reaksiya verilməlidir 2020-10-01 07:15:01 "Ermənistan dünyanın gözü qarşısında mülki şəxsləri hədəf alır" 2020-09-30 13:00:29 BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsini təqdir edirik - Prezidentin köməkçisi 2020-09-30 12:35:55 Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib 2020-09-30 08:55:11 BMT Təhlükəsizlik Şurası iclas keçirib 2020-09-30 08:40:30 Polad Bülbüloğlu Rusiya XİN-ə çağırıldı 2020-09-30 06:55:59 Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb 2020-09-29 22:45:51 Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq müdafiə hüququnu reallaşdırılır 2020-09-29 18:30:11 Prezident İlham Əliyev dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib 2020-09-29 18:20:24 İşğal edilmiş ərazilərimizdəki mədəniyyət obyektlərinin sayı açıqlanıb 2020-09-29 09:55:19 ABŞ mediası erməni vəhşiliyindən yazdı 2020-09-29 09:25:59 “Mədəniyyət naminə elm” 2020-09-29 09:25:55 Rusiyalı politoloq: Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətində yüksək dəstəklənir 2020-09-29 08:10:22 Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş oldu 2020-09-29 07:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını və hücumlarını qınayır 2020-09-28 19:25:14 “Ermənistan adlı suveren dövlət mövcud deyil” 2020-09-28 16:05:34 Beynəlxalq təşkilatlar məlumatlandırılıb 2020-09-28 11:50:08 Ermənilər Azərbaycanın 26 mülki vətəndaşını yaralayıb - Baş Prokurorluq 2020-09-28 10:20:13 TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb 2020-09-28 08:50:46