CƏMİYYƏT
A- A A+

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov: 14 iyul 1969-cu il-Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının başlanğıc nöqtəsi

2018-07-14 09:05:08

.

Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişi ittifaq dövləti daxilində geri qalmış respublikanın bir neçə il ərzində hərtərəfli inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün olaraq yazıldı və bununla da Azərbaycanın yeni tarixinin başlanğıcının əsası qoyuldu.

Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən 49 il ötür. Bu illər ərzində ölkəmizin inkişafında, beynəlxalq aləmdə imicinin daha da möhkəmlənməsində, xalqın sosial-rifah halının yaxşılaşdırılmasında və dövlətimizin gələcək strategiyasının müəyyənləşdirilməsində həyata keçirilən tədbirlər göz önündədir. Məhz 49 il əvvəl respublikamızda sosial-iqtisadi və siyasi inkişafın başlanğıc nöqtəsi qoyuldu. 1969-cu ildən Azərbaycana rəhbərlik edən Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi məmləkətimizi nəinki keçmiş SSRİ-də, hətta dünyada sivil bir respublika kimi tanıtdı və milli varlığımızı beynəlxalq aləmə nümayiş etdirdi.

Bununla da dünyaşöhrətli siyasi xadim Heydər Əliyev öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaratdı. Görkəmli dövlət və siyasi xadim Heydər Əliyev respublikaya rəhbərliyə başladığı ilk gündən qarşıya qoyduğu prioritet məsələ Azərbaycanın iqtisadiyyatını möhkəmləndirmək, onun şöhrətini, nüfuzunu yüksəklərə qaldırmaq, milli mənafeyini, milli mentalitetini, mədəniyyət və mənəviyyatını qorumaq və inkişaf etdirmək olmuşdur. Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təbiətdən gələn təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarının problemlərin həllinə yönəltməyə imkan verdi.

Bu dövrdə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri baş verdi. Mövcud müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, infrastrukturların yenilənməsi qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açdı. 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə 250 yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yerləri demək idi. Bir neçə ali, onlarla ixtisas məktəbləri açıldı. Həmin dövrdə Azərbaycanda mənzil fondu, faktiki olaraq 2 dəfə artdı. Bu dövrdə Azərbaycan nəinki SSRİ, hətta dünya miqyasında tanınmağa başladı. Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri dünya səviyyəsində ölkəmizin milli dəyərlərinin təbliğatçısına çevrilirdilər.

Həmçinin Azərbaycan alimləri əldə etdikləri elmi nailiyyətlərilə həm SSRİ-nin, həm də dünyanın aparıcı elm müəssisələri tərəfindən tanınır və qəbul edilirdi. Bununla yanaşı, milli düşüncə, təfəkkür gücləndi. Artıq dövlətimizin tarixi tədqiq edilməyə və öyrənilməyə başlandı, ədəbiyyata diqqət ayrıldı, Azərbaycan dilinin inkişafı üçün böyük işlər görüldü. 1970-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması, minlərlə azərbaycanlı gəncin aparığı təhsil müəssisələrinə göndərilməsi müstəqil Azərbaycanın ordusu üçün zabit kadr heyətinin formalaşmasına təkan vermişdi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə zaman-zaman baş qaldırmış erməni millətçiliyinə də son qoyulmuşdu.

Bir sözlə, 14 iyul 1969-cu il Azərbaycanda sosial-iqtisadi inkişafın başlanğıc nöqtəsi oldu. Azərbaycan xalqı dahi oğlu Heydər Əliyevin rəhbərliyilə inkişaf etdi və dünya miqyasında tanınmağa başladı. Bu gün hər bir Azərbaycan vətəndaşı Heydər Əliyevin əziz xatirəsini qəlbində yaşadır və iftixarla deyir ki, bəli, ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin xilaskarı və memarı daim yaşayır və həyat durduqca yaşayacaqdır.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 589

QHT və MEDİA

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

2019-04-18 11:15:30

QHT və MEDİA
Azay Quliyev Türkiyə parlamentinin vitse...
Azay Quliyev Türkiyə parlamentinin vitse...

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay...

CƏMİYYƏT

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

2019-04-16 08:45:44

CƏMİYYƏT
Prezident Dövlət Himnindən istifadə qayd...
Prezident Dövlət Himnindən istifadə qayd...

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərba...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...