QHT və MEDİA
A- A A+

Cənub bölgəsində Prezidentin Fərmanına ictimai dəstək

2018-07-13 17:10:51

.

11 iyul 2018-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu cənub bölgəsinin Lerik rayonunda Heydər Əliyev Mərkəzində “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə dəstək” layihəsində nəzərdə tutulmuş “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbiriə qonşu Lənkəran və Astara rayonlarındanda şəhid ailləri və müharibə veteranları gələrək iştirak ediblər. Tədbirdə Lerik rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik və Astara rayon şöbəsinin adiyyəti olan idarələrinin, QHT- rəhbərləri, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid ailələri, müharibə əlilləri və veteranlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsi yad edilərək öz işinə başladı. Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov çıxış edərək tədbir iştirakçılarını Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirovun adından salamlayaraq belə bir mühüm əhəmiyyətli layihənin cənub bölgəsinin ucqar Lerik rayonunda həyata keçirdərək şəhid ailələrinin birdəfəlik sığorta vəsaitinin almalarına və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə hüquqi köməklik gostərərk, onlar arasında maarifləndirmə işi təşkil etdikləri üçün, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun əməkdaşlarına öz təşəkkürünü bildirdi. Sonra Habil Məlikov rəsmi statistik məlumat verərək bildirdi ki, əhalisinin sayəna görə 80 min əhalisi olan Lerik rayonu üzrə 300 nəfər Qarabağ müharibəsi veteranı, 143 şəhid ailəsi vardır, onlardan 5 nəfəri Azərbaycanin Milli Qəhranıdır.

Daha sonra Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»nin direktoru Sərraf Oruc bildirdi ki, «Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin həm də cəmiyyətin başlıca vəzifələrindən biridir. Adları qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərəncamlar imzalayıb.

Həyata keçirilən layihənin əsas məqsədi, məhz 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə, Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixli Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik sığorta vəsaitinin almaları üçün ayrı-ayrı regionlarda maarifləndirmə işləri aparmaq və hüquqi köməklik göstərməkdən ibarətdir. Daha sonra Prezdentin məlum Fərmanının icrasına adiyyəti olan idarələrin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Polkovnik Arif Həsənov, Lerik rayon Axsaqqalar Şurasının sədri Həmzə Vəliməmmədov, “Ehtiyyatdda Olan Zabitlər Konfedreasiyası” İctimai Birliyinin sədir müavini, Azərbaycan Bayrağı Ordenli, Ehtiyatda olan polkovnik Hikmət Ağayev, “Ehtiyyatdda Olan Zabitlər Konfedreasiyası” İctimai Birliyinin idarə heyyətinin üzvü, Azərbaycan Bayrağı Ordenli, Ehtiyatda olan polkovnik Xətai Baxışov, “Ehtiyyatdda Olan Zabitlər Konfedreasiyası” İctimai Birliyinin üzvü, Azərbaycan Bayrağı Ordenli, Ehtiyatda olan polkovnik Əjdər Qurbanov, Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədov, Lerik rayon Dövlət Sosial Müdafiə Fondunun müdiri Malik Mirzəyev, Lerik rayonu Dovlıt Sığorta idarəsinin sədri Habil Əliyev və dgərl iştirakçılar çıxış ediblər.

Tədbirdə Lerik rayonunda şəhid ailələrinə, müharibə əlillərinə, vetranlara göstərdikləri diqqət və qayğıya və gənclərin hərbi vətənpərvərlik ruhunun aşılamasındakı xidmətlərinə görə bir neçə nəfərə Fəxri –Fərmanlar təqdim edilib.

Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 305

QHT və MEDİA

2019-02-16 11:30:34

QHT və MEDİA
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...

2019-02-16 09:25:20

QHT və MEDİA
Xocalı soyqırımının qurbanları Türkiyəni...
Xocalı soyqırımının qurbanları Türkiyəni...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri...

CƏMİYYƏT

2019-02-15 09:05:13

CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...

2019-02-14 16:25:23

CƏMİYYƏT
Əcnəbi media Xocalıdan yazdı
Əcnəbi media Xocalıdan yazdı

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, müəllif məqaləd...

İQTİSADİ

2019-02-16 08:55:20

İQTİSADİ
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...

2019-02-12 20:05:39

İQTİSADİ
Qocaman neftçinin 90 illik yubileyi
Qocaman neftçinin 90 illik yubileyi

Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentin...