İQTİSADİ
A- A A+

Zurab Pololikaşvili: Azərbaycanda turizm yüksək templə inkişaf edir

2018-07-13 10:25:36

Dünya Turizm Təşkilatının (DTT) Madrid şəhərində yerləşən mənzil-qərargahında Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığındakı səfiri, DTT yanında daimi nümayəndəsi Anar Məhərrəmovla qurumun baş katibi Zurab Pololikaşvili arasında görüş keçirilib

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin nəticəsi kimi müvafiq sahədə sürətli inkişafa nail olunduğu, Bakıda və regionlarda yüksək səviyyədə turizm infrastrukturunun yaradıldığı qeyd edilib, respublika ilə DTT arasında əməkdaşlığın əsas istiqamətləri və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. DTT-nin baş katibi Z.Pololikaşvili Azərbaycanda turizmin yüksək templə inkişaf etdiyini, dövlətin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi Azərbaycana turist axınının artdığını bildirib. Cari il aprelin 4-də Bakda Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayan baş katib, müzakirə edilən məsələlərin turizmin inkişafına töhfə verəcəyini qeyd edib. Z.Pololikaşvili 2019-cu ildə Bakının Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi edəcəyinin, respublikanın bu il iyunun 7-də İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalı tərəfindən beynəlxalq turizm məkanı mükafatına layiq görülməsinin bir daha Azərbaycanın regionda turizm mərkəzinə çevrildiyinin təcəssümü olduğunu və əldə edilmiş nailiyyətlərin təkcə respublikada deyil, həm də dünyada turizmin inkişafına töhfə verdiyini qeyd edib.(Azərtac)


Kateqoriya : İQTİSADİ Baxış sayı : 267

QHT və MEDİA

2019-03-18 11:50:47

QHT və MEDİA
Məcburi köçkün məktəbinin şagirdləri lay...
Məcburi köçkün məktəbinin şagirdləri lay...

Azərbaycan Gənclər Fondunun maliyyəsi və Laçın rayon Təhsil Şöbəsinin təşkila...

2019-03-18 11:10:25

QHT və MEDİA
Prezident İlham Əliyevin əfv Sərəncamı ...
Prezident İlham Əliyevin əfv Sərəncamı ...

Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqla...

CƏMİYYƏT

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

2019-03-11 08:35:14

CƏMİYYƏT
Politoloq: Həm leqal miqrasiya, həm də t...
Politoloq: Həm leqal miqrasiya, həm də t...

Həm leqal miqrasiya, həm də turizm xəttində təhlükəsizliyə təhdidlərin qarşı...

İQTİSADİ

2019-03-18 08:35:58

İQTİSADİ
Azərbaycan üzərindən keçən tranzit layih...
Azərbaycan üzərindən keçən tranzit layih...

Bakının neft sənayesinin beşiyi olduğunu xatırladan Pərviz Şahbazov bir əvvəl...

2019-03-12 10:15:16

İQTİSADİ
UNEC-də növbəti yeniliklər
UNEC-də növbəti yeniliklər

UNEC-in əcnəbi məzunlarla əlaqələrinin qorunub saxlanılması, xarici ölkələrdə...