QHT və MEDİA
A- A A+

Ölkəmizdə xalq-iqtidar birliyi möhkəmdir

2018-07-11 16:00:48

.

Dünən gecə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə Şəhər İcra Hakimiyyətinin inzibatı binası qarşısında bir qrup radikal tərəfindən asayişin pozulmasına cəhd edilməsi və iki nəfər polis zabitimizin şəhid olması bir daha göstərdi ki, bu hadisə qabaqcadan planlaşdırılmış məqsədyönlü antiazərbaycançı güc mərkəzləri tərəfindən təşkil edilmiş terror hadisəsidir. Bunun isə yalnız bir adı var: dünyanın sabitlik, təhlükəsizlik və əminamanlıq adası olan Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq.

Əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq asayişi pozmağa cəhd göstərmək, xidməti vəzifəsini yerinə yetirən şəxsləri qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir. Bu, yalnız və yalnız ölkədə sabitliyi, ictimai asayışı pozmağa, xaos yaratmağa yönəlmiş bir addımdır. Bu gün ölkemizin yüksək templə inkişafı ve sabitliyi bəzi antiazərbaycan qüvvələrinin maraqlarına zidd gəldiyi üçün əllərindəki kuklaları ilə belə məkrli oyunlar oynuyurlar. Ancaq hadisələrin inkişafı göstərdi ki, belə bir çirkin planı Azərbaycanda həyat keçirmək mümkün deyil.

Çünki bu ermənipərəst qüvvələr, öz maraqları naminə dövlətinə, xalqına xəyanət edənlər, dinc sakinləri təşvişə salmaq istəyənlər, xaricdə oturub burada qarışıqlıq yaratmaq istəyənlər, sapı özümüzdən olan baltalar anlamırlar ki, bizim ölkədə xalq-iqtidar birliyi var, heç bir qüvvə Azərbaycan dövlətini sarsıda bilməz. Bizim sabitliyimizin əsasında Azərbaycn xalqı dayanır. Bizim düşmənlərimizi də narahat edən elə budur.

Ona görə də ölkəmizdə vətəndaş müharibəsi yaratmaq istiyirlər. Lakin dünən bir daha sübut olundu ki, müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisi ictimai asayişin qorunmasında, dövlətə qarşı yönələn qəsdlərin qarşısının alınmasında, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunmasında, cinayətkarlığın səviyyəsinin azaldılması istiqamətində şərəflə çalışır, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirir. Bu gün hər bir vətəndaşımızın başlıca istəyi odur ki, Azərbaycan polisinə qarşı bu cinayəti törətmiş şəxslər mütləq öz layiqli cəzasını alsın.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 793

QHT və MEDİA

2019-01-23 19:40:21

QHT və MEDİA
Şuranın dövlət orqanları tərəfindən veri...
Şuranın dövlət orqanları tərəfindən veri...

Bu gün Şuranın cənab prezident İlham Əliyevin “Dövlət orqanları tərəfindən qe...

2019-01-22 09:05:43

QHT və MEDİA
Ermənilərlə barış planı necə ola bilər?...
Ermənilərlə barış planı necə ola bilər?...

Hətta bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana və Ermənistana ...

CƏMİYYƏT

2019-01-24 08:25:18

CƏMİYYƏT
Sətir-sətir oxu məni
Sətir-sətir oxu məni

Torpaq-yurd sevgisi, dünyanın müəmmaları, böyüyə hörmət, müəllimlərə ehtiram,...

2019-01-22 20:20:14

CƏMİYYƏT
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...

Əfsanəvi qəhrəmanın abidəsi önünə əklillərin qoyulması ilə başlanan mərasimdə...

İQTİSADİ

2019-01-22 18:40:25

İQTİSADİ
"Azərbaycan inkişaf strategiyasını beynə...
"Azərbaycan inkişaf strategiyasını beynə...

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prez...

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...