SİYASƏT
A- A A+

Azay Quliyev ATƏT PA-nın sessiyasında Dağlıq Qarabağ məsələsini qaldırdı

2018-07-08 18:45:23

.

Fact-info.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Berlində Reyxstaqın binasında (Almaniya Bundestaqının iqamətgahında) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclasında ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllində ATƏT-in Minsk qrupunun qeyri-effektivliyi məsələsini qaldırıb. Deputat ATƏT-in üzv dövlətlərin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməsinin zəruriliyini və bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğal edilməsi faktının qəti surətdə qəbuledilməz olduğunu qeyd edib.

ATƏT-in vitse-prezidenti bu kontekstdə ikili standartların tətbiqinin yolverilməz olduğunu vurğulayıb. O, Minsk konfransının çağırılmasını zəruri hesab edərək bildirib ki, orada münaqişə Minsk qrupunun cəhd göstərdiyindən daha qısa vaxtda öz həllini tapa bilər.

ATƏT-də İtaliya sədrliyini təmsil edən xarici işlər nazirinin müavini Quqlielmo Pikki Azərbaycan nümayəndəsinin sualına cavab verərkən deyib ki, həlli indiyədək uzadılan münaqişələrin tənzimlənməsində tərəqqiyə nail olmaq üçün İtaliya sədr-dövlət kimi malik olduğu bütün imkan və mexanizmləri işə salmağa hazırdır. O, məlumat verib ki, azərbaycanlı həmkarının danışıqlar prosesini irəlilətmək məqsədilə Minsk konfransını çağırmaq barədə təklifi də nəzərə alınıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 878

QHT və MEDİA

2020-02-19 09:05:29

QHT və MEDİA
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...

Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında yerləşən Par...

2020-02-18 09:55:39

QHT və MEDİA
Azərbaycan aliminin Berlin Humboldt Univ...
Azərbaycan aliminin Berlin Humboldt Univ...

Həmyerlimiz, tarixçi alim Lalə Əliyeva Humboldt Universitetinin tələbə və dok...

CƏMİYYƏT

2020-02-17 09:00:23

CƏMİYYƏT
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəze...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...

2020-02-14 10:15:50

İQTİSADİ
Prezident İlham Əliyevin təsdiq etdiyi y...
Prezident İlham Əliyevin təsdiq etdiyi y...

Tədbirlər Planında minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair tək...