SOSİAL
A- A A+

Professor İbrahim Yıldırım: Azərbaycanın və Türkiyənin bir yerdə olması özlüyündə güc deməkdir

2018-07-07 09:05:10

.

Azərbaycan və Türkiyə bundan sonra da bir yerdə olmalı, eyni inkişaf hədəflərinə doğru irəliləməlidirlər. Bir yerdə olmağımız özlüyündə güc deməkdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində türkiyəli professor, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Mustafa Vəkiloğlunun qohumu İbrahim Yıldırım Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən möhtəşəm hərbi parad barədə fikir və mülahizələrini bölüşərək deyib. Bildirib ki, Türkiyənin “Solo Türk” və “Türk Ulduzları” aviaqruplarına daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşlar tarixi bir hadisədir. Azərbaycanın və Türkiyənin bütün məsələlərdə məramı xoşniyyətlidir. Ordularımızın qüdrətlənməsi və hər zaman bir-birinin yanında olması milli təhlükəsizliyimiz üçündür.

Professor fikirlərini belə tamamlayıb: “Tərəqqi dövlətlərimizin siyasətində əsas istiqamətdir. Hər zaman sülh tərəfdarı olmuşuq. Səmimilik və qonaqpərvərlik xalqlarımızın gözəl xüsusiyyətlərindəndir. Lakin bütün bunlar rahat gələcək üçün yetərli deyil. Ölkələrimizin və xalqlarımızın təhlükəsizliyinin təminatı ordularımızın qüdrətindən asılıdır”.


Kateqoriya : SOSİAL Baxış sayı : 639

QHT və MEDİA

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

2019-10-16 16:20:39

QHT və MEDİA
Müstəqil dövlətin azad övladları
Müstəqil dövlətin azad övladları

15.10.2019-cu il tarixində Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində Azər...

CƏMİYYƏT

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...