İQTİSADİ
A- A A+

“Azərxalça”da yeni avadanlıqlar

2018-07-05 09:50:18

.

Xalçanın istehsal prosesi bir neçə mərhələdən ibarətdir. Xalça ilkin mərhələdə toxunur, çırpılıb yuyulduqdan sonra istifadəyə, yaxud satışa hazır vəziyyətə gətirilir. İstər yeni istehsal olunmuş, istərsə də uzun müddət istifadə edilmiş xalçaların yuyulması çox vacib məsələdir. Çünki xalçanın təmizliyi insan sağlamlığı üçün önəmlidir. Əl üsulu ilə yundan toxunmuş xalçaların təmizliyinə isə xüsusi fikir verilməlidir. Yundan toxunmuş xalçalar daha tez tozlanır ki, bu da tənəffüs yollarının infeksion və xroniki xəstəliklərindən əziyyət çəkən insanlara öz mənfi təsirini göstərir. Yeni toxunmuş xalçaların üzərində həm yunun tozunun, həm də onu toxuyanın əlinin, istifadə olunmuş avadanlığın çirkinin olması xalçanın yuyulmasını zərurətə çevirir.

Odur ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) istehsal etdiyi xalçaları yuyulduqdan sonra satışa çıxarır. Cəmiyyətin emalatxanalarında xalçaların toxunması başa çatdırıldıqdan sonra onlar fısdıq ağacından hazırlanmış dolabda çırpılmaqla toz və xov qırıntılarından təmizlənir, təbii yuyucu vasitələrlə yuyulur, xüsusi qurğularda qurudulur.

İndiyədək istehsal olunmuş xalçalar əl üsulu ilə, xüsusi avadanlıqlardan istifadə edilmədən yuyulub təmizlənirdi. Bu günlərdə yeni avadanlıqların alınıb gətirilməsi əl əməyini xeyli yüngülləşdirib, xalçaların daha keyfiyyətli yuyulmasına şərait yaradıb. “Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 4-də “Azərxalça”nın fəaliyyət göstərdiyi mərkəzi ofisdə yeni xalçayuma avadanlıqlarının təqdimatı olub və onlar sınaqdan çıxarılıb. Yeni avadanlıqların təqdimatında Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov iştirak edib.

Məlumat verilib ki, Türkiyədən alınıb gətirilən bu avadanlıqlar “Hilalfırça” şirkətinin istehsalıdır. Bu avadanlıq xalçanın ilməsinin dibində olan bütün tozları çıxarır, yunu yumşaldır və onun uzunömürlülüyünü artırır. Yeni texniki avadanlığın işlədilməsi çox sadədir. Yumşaq fırça ağızlığa malik avadanlıqla yuyulma zamanı xalça zədələnmir, xovunun elastikliyini, boyağının keyfiyyətini itirmir.

Bildirilib ki, “Hilalfırça” şirkəti bu sahədə keyfiyyətli avadanlıqlar istehsalı ilə tanınır. Şirkətin istehsal etdiyi məhsullar ABŞ, Rusiya, Almaniya, Gürcüstan və Qazaxıstana ixrac olunur. “Hilalfırça”nın məhsullarına üstünlük verilməsinin əsas səbəbi odur ki, bu şirkət əsasən xalçayuma avadanlığı istehsalı üzrə ixtisaslaşıb. Şirkətdə təcrübəli mütəxəssislər fəaliyyət göstərir. Məhz belə bir şirkətin istehsalı olan avadanlıqlar xalçaların keyfiyyətli yuyulmasına zəmanət verir. Təqdimatda xalçaların müasir avadanlıqlardan istifadə olunmaqla standartlara uyğun şəkildə yuyulmasının əhəmiyyətinə toxunularaq qeyd edilib ki, xalçanın ev şəraitində təmizlənməsi onun orijinallığına xələl gətirə bilər. Ev şəraitində yuyularkən xalça uzun müddət nəm qalır, tez sıradan çıxır. Xalça yuyulduqdan sonra sıxılmalıdır ki, bunu da ev şəraitində həyata keçirmək çətindir. Sonda yeni avadanlıqlar sınaqdan çıxarılıb.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 986

QHT və MEDİA

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

2020-06-01 08:10:21

QHT və MEDİA
Fransa mediası 28 May Respublika Gününə...
Fransa mediası 28 May Respublika Gününə...

Fransanın “Agoravox” portalında “Rusiya və Azərbaycanın qeyri-adi tarixi “ ad...

CƏMİYYƏT

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...